Balını yoxla

Elektroenergetika mühəndisliyi - Elektrik təchizatı (sahələr üzrə)

Elektroenergetika mühəndisliyi - Elektrik təchizatı (sahələr üzrə) ixtisası haqqında

İxtisasın qısa təsviri

Elektrik enerjisi təchizatı istehlakçıların gecə-gündüz, tələb olunan həcmdə və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Elektrik enerjisi təchizatı sisteminin layihələndirilməsi təmir işlərinə başlamazdan əvvəl həyata keçirilməlidir. Çünki elektromontaj işləri bəzək işləri ilə paralel şəkildə, ilkin mərhələlərdə – dizaynın hazırlanması mərhələsində icra olunur.

Elektromontaj işləri zamanı təhlükəsizlik əsas şərtlərdən biridir. Qeyri-peşəkar icra nəticəsində insanların sağlamlığı və həyatı təhlükə altına düşə bilər. Elektrik enerjisi təchizatı sisteminə artırıcı və azaldıcı yarımstansiyalar, paylayıcı elektrik şəbəkələrini qidalandıran transformatorlar, müxtəlif köməkçi qurğular və tikililər daxildir.

İxtisasın gələcəyi

Bu gün elektrik mühəndislərinə xüsusilə tikinti sənayesində böyük tələbat var. Binaların elektrik enerjisi ilə təchiz olunması, bu prosesə nəzarət və əlaqəli texniki işlər elektrik mühəndislərinin əsas vəzifələrindəndir. Ölkəmizdə istehsal sahələrinin modernləşdirilməsi və xarici sənaye şirkətlərinin artan fəaliyyəti bu ixtisasın gələcəkdə daha da inkişaf edəcəyini göstərir.

Harada bu ixtisasa yiyələnmək olar

Azərbaycan Texniki Universiteti

Sumqayıt Dövlət Universiteti

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂