Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Filologiya(Azərbaycan dili və ədəbiyyatı)

Filologiya(Azərbaycan dili və ədəbiyyatı) ixtisası 14 universitetdə 18 proqram üzrə tədris olunur. 2025 keçid balları: 288,1 – 579,4 bal.

14universitet
579,4ən yüksək keçid
288,1ən aşağı keçid
5dövlət sifarişli proqram

Filologiya(Azərbaycan dili və ədəbiyyatı) — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Qiyabi · 111877
Qiyabi 579,4 372,5
Gəncə Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 145484
Əyani 504,3 364,8
Xəzər UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 158428
Əyani 502,3 319,2
Bakı Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 111869
Əyani 498,2 451,1
Naxçıvan Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyat üzrə
Əyani · 142576
Əyani 497,8 355,1
Azərbaycan Dillər UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 126376
Əyani 431,3
Azərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 122252
Əyani 408,2
Bakı Slavyan UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 127331
Əyani 400,4
Sumqayıt Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyat üzrə
Əyani · 148587
Əyani 376,9
Azərbaycan UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 155399
Əyani 347,2
Bakı Qızlar UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 163182
Əyani 332,1
Bakı Avrasiya UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 162267
Əyani 331,3
Mingəçevir Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 149567
Əyani 331,2
Bakı Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyat, Qazax filialı
Qiyabi · 112816
Qiyabi 324
Bakı Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyat, Qazax filialı
Əyani · 112792
Əyani 312,7
Qərbi Kaspi UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 157489
Əyani 297,7
Naxçıvan Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyat üzrə
Qiyabi · 142584
Qiyabi 292
Odlar Yurdu UniversitetiAzərbaycan dili və ədəbiyyatı üzrə
Əyani · 164438
Əyani 288,1

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Filologiya(Azərbaycan dili və ədəbiyyatı) ixtisası haqqında

İxtisasın qısa təsviri

Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. Fransız dili və ədəbiyyatı filologiyası özlüyündə fransız dilinin düzgün üslubiyyatını,akademik yazı qaydalarını öyrənir. Həmçinin,klassik ədəbiyyat nümayəndələrinin əsərləri ilə yanaşı müasir ədəbiyyat nümunələri ilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətləri ilə tanış edir. Əlavə olaraq,lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrənir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

➝ Dilin quruluşunu və inkişafını öyrənir

➝ Qədim və müasir dillərin ailəsinə və mənşəyinə görə təsnifləşdirir

➝ Sözlərin dəqiq mənasını müəyyənləşdirir

➝ Filologiya jurnallarında məqalələr dərc edir

➝ Dilçilik və filologiya tələbələrinə kollec və universitetlərdə təlimlər(dərs) keçir

➝ Mətnləri redaktə edir

➝ Materialı nəşrə hazırlayır

➝ Mətnləri və digər ədəbi əsərləri təhlil edir

➝ Sahəyə uyğun olaraq jurnalist, tərcüməçi, yazıçı, tənqidçi və ssenari müəllifi kimi fəaliyyət göstərə bilər.

Harada bu ixtisasa sahiblənmək olar

➝ Bakı Dövlət Universiteti

➝ Azərbaycan Dillər Universiteti

➝ Bakı Slavyan Universiteti

➝ Gəncə Dövlət Universiteti

➝ Sumqayıt Dövlət Universiteti

➝ “Azərbaycan” Universiteti

➝ Qərbi Kaspi Universiteti

➝ Xəzər Universiteti

➝ Bakı Avrasiya Universiteti

➝ Odlar Yurdu Universiteti

Peşənin tarixi

Bu ixtisas üzrə harada çalışmaq olar

➝ Filoloq müvafiq ixtisas üzrə tədqiqatçı kimi işləməklə yanaşı gələcəkdə türkoloq və azərbaycanşünas kimi də fəaliyyət göstərə bilər.

➝ Təhsilini müvafiq pillələr üzrə davam etdirərək ixtisas üzrə elmi dərəcəyə yiyələnməklə universitetdə işləyə bilər.

➝ Elmi institutlarda müvafiq dərəcə aldıqdan sonra elmi işçi kimi (məs, AMEA).

➝ Yenidən hazırlanma kursu keçərək müəllim kimi işləyə bilər

➝ Dövlət qulluğuna imtahan verməklə ixtisası üzrə mövcud vakansiyalarda (əsasən yazı işləri ilə bağlı olur)

➝ Mətbuatda, televiziyada

➝ Təhsil, ədəbi və elmi nəşriyyatlarda

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➝ Azərbaycan dilinin qrammatikasını mükəmməl bilməli

➝ Əməli yazı nümunələrini mükəmməl bilməli

➝ Tədqiqat bacarığı

➝ Azərbaycan dilinin tarixinin əsas mərhələlərini, xronologiyasını bilməli

➝ Azərbaycan mədəniyyətini dil vasitəsilə qoruyub saxlamağı bacarmalı

➝ Azərbaycan ədəbiyyat tarixinin əsas mərhələlərini, xronologiyasını bilməli

➝ Azərbaycan dilində əsas ədəbi, mədəni və tarixi cərəyanları müəyyənləşdirməli

➝ Dilçilik, ədəbiyyat, tarix və mədəniyyət amilləri, prosesləri və hadisələri arasındakı əlaqəni müəyyənləşdirməli və izahını verə bilməli

➝ Məlumatları dəqiq toplamalı, şərh etməli və idarə etmək bacarığı olmalı

➝ Tənqidi düşüncə və problemin həlli

➝ Kitabxana, arxivlə işləməli

Bu sahənin gələcəyi

Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi ümumtürk mədəniyyəti və dünya ədəbiyyatı kontekstində təqdim olunur. Bu,universitetin məzunlarına gələcəkdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini ümumbəşəri kontekstdə tədqiq edə bilmək imkanı verir.

Bu ixtisas üzrə maaşlar

Namizədin bilik və bacarıqlarına, elmi dərəcəsinə və s. uyğun olaraq 300-1500 arası dəyişir.

Tez-tez verilən suallar

Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisası üzrə keçid balları 288,1 ilə 579,4 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 579,4 baldır.

Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisası hansı universitetlərdə var?

Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisası 14 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti, Bakı Avrasiya Universiteti, Mingəçevir Dövlət Universiteti və digərləri.

Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) hansı qrupa aiddir?

Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisasına ən aşağı keçid balı 288,1 olub. Ödənişli yerlər 18 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂