Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər ixtisası 14 universitetdə 21 proqram üzrə tədris olunur. 2025 keçid balları: 255,4 – 562,6 bal.

14universitet
562,6ən yüksək keçid
255,4ən aşağı keçid
9dövlət sifarişli proqram

Beynəlxalq münasibətlər — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
ADA Universitetitədris ingilis dilində
Əyani · 131332
Əyani 562,6
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əyani · 129227
Əyani 511,4 511,4
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111771
Əyani 499,7 499,7
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158411
Əyani 493,1 348,5
Naxçıvan Dövlət Universitetitədris ingilis dilində
Əyani · 142551
Əyani 490,1 323,7
Azərbaycan Dillər Universitetitədris ingilis dilində
Əyani · 126327
Əyani 488,1 425,8
Bakı Dövlət Universiteti
Əyani · 111755
Əyani 481,4 407,6
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123768
Əyani 480,6 429,5
Azərbaycan Dövlət İqtisad Universitetitədris türk dilində
Əyani · 123751
Əyani 480,3 390,8
Azərbaycan Dillər Universiteti
Əyani · 126295
Əyani 387,3
Bakı Slavyan Universiteti
Əyani · 127291
Əyani 370,9
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136241
Əyani 361,4
Qarabağ Universiteti
Əyani · 152336
Əyani 344,8
Bakı Slavyan Universiteti
Qiyabi · 127315
Qiyabi 310,6
Bakı Avrasiya Universiteti
Əyani · 162242
Əyani 309,4
Azərbaycan Universiteti
Əyani · 155366
Əyani 304,6
Qərbi Kaspi Universiteti
Əyani · 157456
Əyani 286,3
Naxçıvan Dövlət Universiteti
Əyani · 142543
Əyani 280,7
Bakı Avrasiya Universitetitədris ingilis dilində
Əyani · 162259
Əyani 268,4
Odlar Yurdu Universiteti
Əyani · 164421
Əyani 267,9
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157448
Əyani 255,4

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Beynəlxalq münasibətlər ixtisası haqqında

beynelxalq munasibetler

İxtisasın təsviri

Beynəlxalq münasibətlər nəzəri baxımdan siyasət elminin bir qoludur. Bütün ölkələr, beynəlxalq arenada təmsil olunan təşkilatlar, transmilli korporasiyalar bu sahənin əsas predmet obyektlərdir. Beynəlxalq münasibətlər ixtisasının məqsədi bu sahə üzrə ixtisalaşmaq arzusunda olan şəxslərə sahənin əsas predmeti olan ölkələrin və təşkiatların beynəlxalq iqtisadi və hüquqi normalar çərçivəsində inteqrasiyası və sıx əməkdaşlıq münasibətlərinin qurulması üçün lazım olan bilik və bacarıqları verməkdir. Bu ixtisas hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. Bu sahədə nəzəri biliklərin əsasını sadalanan sahələr üzrə nəzəri biliklər təşkil edir:

  • Beynəlxalq münasibətlər nəzəriyyəsi;
  • Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü;
  • Avropa və Amerika; Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti;
  • Beynəlxalq təşkilatlar; Beynəlxalq iqtisadi münasibətlər;
  • İqtisadi diplomatiya; Dünya iqtisadiyyatı;
  • Siyasi və iqtisadi coğrafiya;
  • Beynəlxalq hüquq, beynəlxalq müqavilələr;
  • Beynəlxalq təhlükəsizlik; Dünya siyasəti;
  • Geosiyasət;
  • Azərbaycanın xarici siyasəti;
  • Diplomatiya və konsul xidməti; Diplomatik protokol;
  • Konfliktologiya;
  • İnteqrasiya prosesləri;

Peşənin tarixi

Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsilin əsası ilk dəfə 1919 – cu ildə Britaniyada qoyulmuşdur. Bu ixtisas üzrə ali təhsilin magistratura pilləsi üzrə ilk proqram isə 1928 – ci ildə Çikaqo Universitetində yaradılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Dövlətin və ya şirkətin daxili və xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
  • Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
  • Layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası;
  • Müxtəlif mənbələrdən vacib məlumatların toplanması və inkişafların təhlili;
  • İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
  • Beynəlxalq Təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • Beynəlxalq nümayəndə heyətlərinin müşayiəti, beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;
  • Protokol işləri;
  • Rəsmi səfərlərin hazırlanması;
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • Mediya ilə iş, müasir informasiya texnologiyalarından istifadə;
  • Millətlərarası ünsiyyət mədəniyyətini, xarici ölkələrin iş mədəniyyətini qorumaq;
  • Müxtəlif xarakterli qlobal proseslərin tənzimlənməsi: iqtisadi, mədəni, hərbi, siyasi, ekoloji;
  • Dövlət xaricində soydaşlarımızın maraqlarını qorumaq (Dövlətin diaspora fəaliyyəti);

Harada bu ixtisasa sahiblənmək olar

Dövlət universitetləri

  • Azərbaycan Diplomatik Akademiyası
  • Azərbaycan Dillər Universiteti
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • Bakı Dövlət Universiteti
  • Bakı Slavyan Universiteti
  • Naxçıvan Dövlət Universiteti

Özəl uiversitetlər

  • Bakı Avrasiya Universiteti
  • Xəzər Universiteti
  • Naxçıvan Universiteti(Naxçıvan şəhəri)
  • Qərbi Kaspi Universiteti
  • Odlar Yurdu Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Xarici İşlər Nazirliyində,
  • Diplomatik nümayəndəlikərdə;
  • Beynəlxalq təşkilatlarda;
  • Xarici şirkətlərdə;
  • Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
  • Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
  • Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • Transmilli Korporasiyalarda.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

Bu ixtisas sahibləri sahə bilikləri ilə yanaşı

  • Geniş dünyagörüşünə, intellektə;
  • Analitik düşünmə tərzinə və sürətli qərarvermə qabiliyyətinə;
  • Beynəlxalq dillərdən əlavə(ingilis dili mütləq səviyyədə), bir və ya iki xarici dil üzrə dil bilikləri;
  • Xarici dil öyrənmək bacarığı;
  • Yüksək kommunikasiya,dinləmək və fikrini düzgün ifadə etmək bacarığı;
  • Liderlik bacarıqları;
  • Siyasi düzgünlük və nəzakət bacarıqları;
  • Məlumatı tez qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • Stres davamlılıq, dözümlülük və özünü idarəetmə bacarığı;
  • İşdə dəqiqlik;
  • Vətənpərvərlik;

Qeyd

Bu ixtisas sahibləri gündəlik olaraq dünyadakı iqtisadi və siyasi proseslərdən tez zamanda və ətraflı məlumatlar əldə etmək üçün nüfüzlu xəbər agentliklərinin paylaşımlarını izləmək, məqalələrini anlamaq üçün mütləq şəkildə ingilis dilini yaxşı səviyyədə bilməlidirlər. Ümumiyyətlə, bu dildən ayrı düşünmək qeyri-mümkündür. Tələbələr hələ universitetin ilk illərindən ingilis dili bacarıqlarını inkişaf etdirməlidirlər. Əks halda, ixtisas üzrə bir çox zəruri bilikləri əldə edə bilməyəcəklər və bu da onların bu istiqamət üzrə ixtisaslı kadr olmalarına ciddi əngəl olacaq. Dil bilikləri ilə yanaşı, həmçinin yüksək inkişaf etmiş kommunikasiya, liderlik bacarıqları (Emosional zəka (EQ) üzrə inkişaf etmiş keyfiyyətlər) ixtisas üzrə əsas tələblərdən hesab edilir. Həmçinin bu ixtisas üzrə çalışanlar tez-tez təmsil etdikləri təşkilat və ya ölkələrin maraqlarınının təmsili və qorunması üçün danışıqlar aparmaq məcburiyyətində olduqlarından, kompramisə getməyi bacarmalı, lakin öz maraqlarını ön planda tutmalı ve ehtiyac olarsa, bu məqsədlə reallıqları maraqları leyhinə təqdim etməyi də bacarmalıdırlar.

Bu sahənin gələcəyi

Yaşadığımız müasir dövr qlobalaşma və inteqrasiya dövrüdür. Bu isə öz növbəsində birbaşa olaraq beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadrlara tələbin artacağına işarədir. Bununla belə bu ixtisas ölkələrarası siyasi münasibətlərdən yüksək dərəcədə asılı olduğundan lokal perspektivi görmək üçün bu sahə üzrə fəaliyyət göstərməyi planlaşdırdığınız ölkənin iqtisadi və siyasi əlaqələrini araşdırmaq önəmlidir.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:

500-1000 AZN

İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)

Bu mövzu üzrə materiallar v məqalələr (növbəti mərhələdə edəcəyik)

Tez-tez verilən suallar

Beynəlxalq münasibətlər ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Beynəlxalq münasibətlər ixtisası üzrə keçid balları 255,4 ilə 562,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 511,4 baldır.

Beynəlxalq münasibətlər ixtisası hansı universitetlərdə var?

Beynəlxalq münasibətlər ixtisası 14 universitetdə tədris olunur: ADA Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Qarabağ Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və digərləri.

Beynəlxalq münasibətlər hansı qrupa aiddir?

Beynəlxalq münasibətlər 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Beynəlxalq münasibətlər ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Beynəlxalq münasibətlər ixtisasına ən aşağı keçid balı 255,4 olub. Ödənişli yerlər 20 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂