Balını yoxla

Təhsildə sosial-psixoloji xidmət

Təhsildə sosial-psixoloji xidmət ixtisası 14 universitetdə 19 proqram üzrə tədris olunur. 2025 keçid balları: 295,9 – 496,6 bal.

14universitet
496,6ən yüksək keçid
295,9ən aşağı keçid
18dövlət sifarişli proqram

Təhsildə sosial-psixoloji xidmət — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Pedaqoji UniversitetiŞamaxı filialı
Əyani · 122447
Əyani 496,6 325,4
Bakı Dövlət Universiteti
Əyani · 111739
Əyani 481,7 481,7
Azərbaycan Dillər Universiteti
Əyani · 126287
Əyani 474,5 474,5
Azərbaycan Dövlət Pedaqoji UniversitetiAğcabədi filialı
Əyani · 122633
Əyani 454,9 332,6
Naxçıvan Müəllimlər İnstitutu
Əyani · 143589
Əyani 449,1 329,7
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 122236
Əyani 444,5 444,5
Bakı Slavyan Universiteti
Əyani · 127275
Əyani 443,8 443,8
Lənkəran Dövlət Universiteti
Əyani · 151559
Əyani 439,9 342,2
Azərbaycan Dövlət Pedaqoji UniversitetiŞəki filialı
Əyani · 122544
Əyani 436,6 330,6
Azərbaycan Dövlət Pedaqoji UniversitetiQuba filialı
Əyani · 122788
Əyani 435,8 349,2
Gəncə Dövlət Universiteti
Əyani · 145476
Əyani 435,3 403,4
Mingəçevir Dövlət Universiteti
Əyani · 149559
Əyani 435,3 366,3
Qərbi Kaspi Universiteti
Əyani · 157431
Əyani 434 320,2
Azərbaycan Dövlət Pedaqoji UniversitetiCəlilabad filialı
Əyani · 122699
Əyani 433,2 329,6
Bakı Qızlar Universiteti
Əyani · 163174
Əyani 432,8 351,6
Azərbaycan Universiteti
Əyani · 155358
Əyani 432,6 409,7
Sumqayıt Dövlət Universiteti
Əyani · 148579
Əyani 432,5 416,9
Odlar Yurdu Universiteti
Əyani · 164413
Əyani 432 314,1
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154386
Əyani 295,9

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Təhsildə sosial-psixoloji xidmət ixtisası haqqında

Təhsildə sosial – psixoloji xidmət ixtisasına 3- cü qrupdan imtahan verməklə qəbul olmaq mümkündür. Eyni zamanda 4- cü qrupdan da psixologiya ixtisasına daxil olmaq mümkündür. Fərq isə Təhsildə Sosial Psixoloji Xidmət üzrə bakalavr oxuyan tələbələr magistrda klinik psixologiya istiqaməti seçə bilmirlər. Yəni bu ixtisası oxuyan şəxslərin daha çox cəmiyyətin aktiv olduğu təhsil və digər sosial mühitlərdə çalışmaları düşünülüb. Ancaq hələ ki bu sistem tam oturmayıb. Çünki 4 – cü qrup psixologiya ixtisası bitirən şəxslər də məktəblərdə və digər buna yaxın sahələrdə çalışmaqdadır. Bu ixtisasla polis və ədliyyə sistemlərində, penitensiar xidmətdə, təhsil sahəsində, özəl mərkəz və şirkətlərdə, uşaq inkişafı və reabilitasiyası mərkəzlərində çalışmaq mümkündür. 4 – cü qrupdan qəbul olanlar isə bundan əlavə, psixiatrik xəstəxanalarda (magistr şərtdir) çalışa bilərlər.
Ümumiyyətlə, mənə görə uğur nisbi anlayışdır. Bəzilərinə görə uğur sadəcə Bakıda bakalavr təhsili almaq ola bilər, digərlərinə görə isə professor olmaq. İkinci tərəfdən psixologiya 3 sahənin qarışığıdır. Burda həm şəxsi karyera, həm xidmət, həm də ən əsası sağlamlıq aspektləri var. Yəni psixoloqların əsas uğuru o ola bilər ki, hər hansı məktəb şagirdinə və ya ona müraciət edən pasientə həyatını yaxşılaşdırması üçün yardım göstərməkləri olsun. Bir növ psixoloqun uğuru daha çox nə qədər insana müsbət istiqamət verə bilməsi ilə bağlıdır.
Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün öncə özünü bu sahədə yoxlamaq gərəkdir. II və III kursdan təcrübə proqramlarına baş vurmaqla başlaya bilərsiniz. Kinolarda və sizə göstərilən psixoloq tipləri ümumiləşdirmədir. Ona görə bu sahədə çalışa bilmək üçün işin gedişatını prosesin özündə yoxlamaq gərəkdir. Eyni zamanda hər hansı terapiya istiqaməti seçərək o üzrə ixtisaslaşmaqla Koqnitiv Davranış Terapiyası, Geştalt Terapiya, Pozitiv Terapiya və s.)bakalavrın sonunda digərlərindən daha avantajlı CV- yə sahib olmaq mümkündür. Çox yayılmasa da, hər hansı psixiatr və ya psixoloq yanında assistent olaraq da inkişaf etmək mümkündür. Əlavə olaraq bu sahədə tələbələrə dəstək olmaq üçün də Gənc Psixoloqlar İctimai Birliyi fəaliyyət göstərir. Gənc Psixoloqlar İctimai Birliyi ölkə ərazisində layihə və təlimlər keçməklə bərabər eyni zamanda Avropa Tələbə Psixoloqları Federasiyaları Assosiasiyasının (EFPSA)üzvü və təmsilçisidir. Adı keçən təşikilatla da mübadilə proqramları həyata keçirir. Eyni zamanda EFPSA hər il konqres və konfranslar müəyyən araşdırma layihələri ilə ona üzv olan 35 Avropa ölkəsinin nümayəndəsini bir araya toplayır.
Azərbaycanda təəsüf ki, psixologiya sahəsində olan yanaşmalar köhnəlib. Yeniləri ilə də əvəz edilmir. İstər universitetlərin dərs proqramları, istərsə də universitetlərin təşkil etdiyi təcrübələr çoxu tələbələrin işinə yaramır. Bunun üçün magistr təhsili ən azından müəyyən kurslar belə olsa keçmək lazımdır.
Yuxarıda qeyd etdiyim kimi psixologiya bir sağlamlıq və xidmət sahəsidir. Buna görə də karyera planlaması etmək tələbənin yönəldiyi istiqamətə görə dəyişir. Bunun üçün maraqlı olduğu istiqamətdə çalışan psixoloqları araşdırıb onlardan mentorluq və ya superviziya xidməti ala bilər.

Sağlamlıq sahəsi olduğu üçün bu işdə hər hansı işi tapmaq üçün təcrübə şərtdir. Təcrübəni də könüllü proqramlarda toplamaq mümkündür. Bu iş tələbəlik dövründə də ola bilər. Önəmli olan çalışmaq istədiyiniz sahəni tez tapmaq və bunun üçün uyğun bacarıqları və bilikləri özündə cəmləşdirməkdir. Sevdiyiniz peşələrdə çalışmanız diləyi ilə.

Murad Akifsoy

Tez-tez verilən suallar

Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) ixtisası üzrə keçid balları 295,9 ilə 496,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 496,6 baldır.

Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) ixtisası hansı universitetlərdə var?

Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) ixtisası 14 universitetdə tədris olunur: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Universiteti, Sumqayıt Dövlət Universiteti və digərləri.

Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) hansı qrupa aiddir?

Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Təhsildə sosial-psixoloji xidmət (Ağcabədi filialı) ixtisasına ən aşağı keçid balı 295,9 olub. Ödənişli yerlər 19 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂