Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Hüquqşünaslıq

Hüquqşünaslıq ixtisası 7 universitetdə 12 proqram üzrə tədris olunur. 2025 keçid balları: 547,2 – 664,5 bal.

7universitet
664,5ən yüksək keçid
547,2ən aşağı keçid
8dövlət sifarişli proqram

Hüquqşünaslıq — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111982
Əyani 664,5 664,5
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əyani · 129268
Əyani 655,4 655,4
ADA Universitetitədris ingilis dilində
Əyani · 131357
Əyani 633,6
Bakı Dövlət Universiteti
Əyani · 111941
Əyani 621,7 621,7
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138526
Əyani 618,5 618,5
Naxçıvan Dövlət Universiteti
Əyani · 142592
Əyani 612,3 577,1
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 141563
Əyani 611,1 607,9
Milli Aviasiya Akademiyası
Əyani · 138486
Əyani 611,1 602,9
Qarabağ Universiteti
Əyani · 152344
Əyani 590,8
Bakı Dövlət Universiteti
Qiyabi · 111958
Qiyabi 566,2
Milli Aviasiya Akademiyası
Qiyabi · 138494
Qiyabi 561,2
Naxçıvan Dövlət Universiteti
Qiyabi · 142616
Qiyabi 547,2

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Hüquqşünaslıq ixtisası haqqında

İxtisasın təsviri

Bu sahə insanlığın qədim peşələrindən biri kimi qəbul edilir. Adından da göründüyü kimi, hüquqşünas hüquq müdafiəçisidir. Hüquqşünaslıq bəzi xüsusiyyətlərinə görə digər ixtisaslardan fərqlənir. Əvvəla, hüquqşünas olmaq üzərinə böyük bir məsuliyyət götürmək tələb edir. Sadəcə gəlir əldə etmək üçün bu sahəni seçən şəxs böyük uğur əldə edə bilməz. Hüquqşünas bəzən hüquqlarını müdafiə etdiyi şəxsin bütün problemlərini öz üzərinə götürməyi bacarmalıdır. Hüquq sistemi və qanunvericilik daim dəyişib inkişaf etdiyindən hüquqşünas da daim öz üzərində işləməlidir. Hüquqşünaslıq çox geniş fəaliyyət sahəsini nəzərdə tutur. Hüquqşünas anlayışına əsasən bir sıra peşələr var: vəkil, hakim, prokuror, notarius, hüquq məsləhətçisi, müstəntiq. Hamısını qanunlar və hüquq normaları haqqında bilikləri birləşdirir. Hüquqşünas, hüquq bazası haqqında məlumatı yaxşı bilən bir mütəxəssisdir. Onlar əsaslı sübutlar və dəlillər toplayır və bunun əsasında qərar verirlər. Bu sahə o qədər genişdir ki, hüquqşünaslar əsas diqqət mərkəzlərinə görə təsnif edilirlər. Müdafiəçi, ittihamçı,ekspert, professor və hakim kimi çıxış edirlər. Sahə hüquq və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

Hüquqşünaslıq peşəsinin tarixi haqqında dəqiq məlumat vermək çox çətindir. Bildiyimiz kimi, hüquqşünas hüquq müdafiəçisidir və hələ qədim dövrdən insanların hüquqlarının müdafiə olunmasına zərurət yaranmışdır. Hüquqşünaslığın təməlinin qədim Romada qoyulduğu güman edilir və günümüzə qədər müxtəlif yollardan keçərək inkişaf edib və etməkdə davam edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Adından da göründüyü kimi, hüquqşünas hüquq müdafiəçisidir. İşlədiyi sahədən və vəzifəsindən asılı olaraq hüquqşünasın gördüyü işlər dəyişə bilər. Belə ki, fiziki və hüquqi şəxslərin (müəssisələr, təşkilatlar, korperativ şirkətlər və s.) hüquqlarını və mənafelərini qorumalı, lazım gəldikdə bunun üçün məhkəmədə çıxış etməli, danışıqlar aparmalı, lazımı sənədləri (ərizələr, şikayətlər, müqavilələr və s.) hazırlamağı bacarmalıdır.

Gördüyü işləri belə də sıralamaq olar

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi.
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən edilmiş vaxt ərzində cavabların hazırlanması.
  • Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər və s.) və digər dövlət orqanlarına sənədlərin hazırlanması.
  • Müqavilələrin tərtib edilməsi, təhlili, müqavilə üzrə risklərin qiymətləndirilməsi, müqavilə danışıqlarında iştirak etmək.
  • Hüquqi tədqiqat.
  • İcraatında olan işlərlə bağlı aidiyyəti olduğu dövlət, bələdiyyə və məhkəmə orqanlarına müraciətlərin hazırlanması, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədlərin toplanması və şirkətin həmin orqanlarda təmsil edilməsi.
  • Şirkətin hüquqi sənədlərinin tərtib edilməsində iştirak etmək.
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəltmək və məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarları icra etmək.
  • Digər departament və şöbələrdən daxil olan hüquqi məsələləri həll etmək və ya rəy vermək.
  • Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək

Harada bu ixtisasa sahiblənmək olar

Azərbaycanda Hüquqşünaslıq ixtisası aşağıdakı universitetlərdə mövcuddur

  • ADA Universiteti.
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası.
  • Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik akademiyası.
  • Bakı Dövlət Universiteti.
  • Milli Aviasiya Akademiyası.
  • Naxçıvan Dövlət Universiteti.

Bakalavr təhsilini başqa ixtisas üzrə almış şəxs magistr təhsilini hüquq üzrə ala bilməz! Bunun üçün ikinci təhsil kimi (qiyabi təhsil də mövcuddur) hüquq fakültəsinə qəbul olmaq şərtdir. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən diplomunun tanındığı xarici ölkə universitetlərində də təhsil almaq olar. Azərbaycanda roman-german hüquq sistemi olduğundan anqlo-saksan hüquq sisteminə malik olan ölkələrdə (məsələn, İngiltərə) təhsil almaq tövsiyə olunmur. Çünki öyrənəcəklərinizin əksəriyyətinin ölkəmizdə tətbiqi mümkün deyil.

Bu ixtisas üzrə harada çalışmaq olar

Digər sahələr kimi hüquq sahəsini də dövlət və özəl olmaqla, 2 hissəyə ayırmaq olar.

  • Dövlət sektorunda çalışmaq istəyən şəxslər istədiyi orqanın (DİN, prokurorluq, məhkəmə (dövlət qulluğu), vəkillik, gömrük, ədliyyə, vergi) qəbulla bağlı keçirdiyi müsabiqədən (imtahandan) müvafiq balı toplayaraq keçməklə müəyyən işə qəbul ola bilər.
  • Özəl sektorda (hüquq şirkətləri, banklar, xarici və yerli korperativ şirkətlər və s.) işə qəbul olmaq üçün parlaq rezume’yə (CV), o cümlədən, müəyyən bilik və bacarıqlara, təcrübəyə, dil biliklərinə malik olmaq lazımdır.

Hal-hazırda bu ixtisası müvəffəqiyyətlə bitirmiş məzunlar

  1. Məhkəmə
  2. Ədliyyə
  3. Prokurorluq
  4. Nazirliklər və digər hüquq mühafizə orqanlarında, o cümlədən müxtəlif şirkət və müəssisələrdə çalışırlar.

Hərbi hüquqşünas – hərbi sahədə xidmət edən hüquq təhsilli hüquqşünaslardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi hüquqşünaslar hərbi prokurorluqda, Silahlı Qüvvələrin hüquq idarələrində, Ali Hərbi Məktəblərin müvafiq kafedralarında müəllim kimi xidmət edirlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

Bu sahədə çalışmaq üçün universitetin öyrədəcəyi biliklərdən əlavə bir sıra bacarıqlara da malik olmaq zəruridir.

  • Azərbaycan Respublikasının Konstitusiyasını, mülki, mülki prosessual, cinayət, cinayət prosessual, inzibati xətalar və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi mükəmməl səviyyədə bilməli;
  • Yaxşı səviyyədə tədqiqat apara bilmək;
  • Səlis nitq qabiliyyəti və yazı yazmaq bacarığı;
  • İnandırma bacarığı;
  • Təqdimat bacarığı;
  • Yüksək analitik düşüncə bacarığı;
  • Gərgin iş rejimində işləmək bacarığı;
  • Operativlik;
  • Problemləri həll etmə bacarığı;
  • Cəld, dəqiq və düzgün qərarvermə bacarığı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli;
  • Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməli;
  • Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalı;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməl;
  • Kompüter bilikləri üzrə: MS Office Word, Excel və Outlook proqramlarını mükəmməl bilməlidir;
  • Dürüst, Vicdanlı olmalı;
  • Stresədavamlı olmalı;
  • Məsuliyyətli olmalı;
  • Öz üzərində daima çalışmaq.

Bu sahənin gələcəyi

Ölkəmizdə hüquq sahəsinin gündən-günə inkişaf etməsi, hüquqşünasa daha çox ehtiyac duyulması, yeni şirkətlərin açılması və hüquqşünaslara müraciətlərin çoxalması peşənin gələcəyi barədə müsbət xəbər verir.

Bu ixtisas üzrə əməkhaqqı

Əməkhaqqı işlədiyiniz sahədən asılı olaraq olduqca dəyişkəndir. Aylıq nə qədər gəlir əldə etməsi də hüquqşünasın özündən asılıdır. Hələ ki, ən aşağı əmək haqqı məhkəmə işçilərində müşahidə olunur (300 AZN təqribən). Digər orqanlar və əksər özəl sektorlarda əmək haqqı 600 – 2000 AZN arası təşkil edir. Bəzi sahələr rüsumlardan əldə olunan gəlirin müəyyən faizi aylıq əmək haqqının üzərinə əlavə olunur. Vəkilin aylıq qazancı isə sərbəstdir. Gördüyü işdən asılı olaraq çox böyük məbləğ də əldə edə bilər.

9.İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)

10.Bu mövzu üzrə materiallar v məqalələr (növbəti mərhələdə edəcəyik)

Tez-tez verilən suallar

Hüquqşünaslıq ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Hüquqşünaslıq ixtisası üzrə keçid balları 547,2 ilə 664,5 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 664,5 baldır.

Hüquqşünaslıq ixtisası hansı universitetlərdə var?

Hüquqşünaslıq ixtisası 7 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Qarabağ Universiteti.

Hüquqşünaslıq hansı qrupa aiddir?

Hüquqşünaslıq 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Hüquqşünaslıq ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Hüquqşünaslıq ixtisasına ən aşağı keçid balı 547,2 olub. Ödənişli yerlər 11 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂