Balını yoxla

Aerokosmik mühəndislik

Aerokosmik mühəndislik ixtisası 2 universitetdə 3 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 412,2 bal.

2universitet
412,2ən yüksək keçid
200ən aşağı keçid
3dövlət sifarişli proqram

Aerokosmik mühəndislik — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138137
Əyani 412,2 412,2
Milli Aviasiya Akademiyası
Əyani · 138112
Əyani 355,5 355,5
Azərbaycan Texniki Universiteti
Əyani · 116137
Əyani 241,9 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Aerokosmik mühəndislik ixtisası haqqında

kosmik mwh'ndislik

İxtisasın qısa təsviri

Kosmos bəşəriyyətin gələcəyidir. Kosmik texnika mühəndisi konversiya, innovasiya sahəsində yüksək ixtisaslı mütəxəssisdir. Mütəxəssislərin hazırlanması zamanı intellektual sistemlərin, kosmik aparatların, qanadlı raketlərin layihələşdirlməsi, istismarı öyrədilir. Təlim zamanı tələbələrə raket qurğularının əsasları, materialların müqaviməti, ballistika, aerokosmik qurğuların və uçan aparatların istismarı, mühəndis qrafikası, raket mühərrikləri, kosmik-raket komplekslərinin yerüstü avadanlıqları, və s. kimi fənlər tədris edilir. İxtisas ballistika və peyk sistemərinin quruluşu (xüsusilə enerji sistemləri) üzərində qurulub. Peşə “insan və texnika” kateqoriyasına aiddir, fizika, kimya və riyaziyyatı bütün məktəb fənlərindən fərqləndirən abituriyentlər bu ixtisasa müraciət edə bilər.

Peşənin tarixi

Peşənin ölkəmizdəki tarixi SSRİ ilə birlikdə başlayıb. (Bu barədə ən çox istifadə edilən fikir roket yanacağının Bakida istehsal edilmə tarixidir.)

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Kosmik uçuş aparatlarınının quruluşu, altsistemləri və idarə edilməsi
  • Məlumatların təhlili və təfsiri
  • Texniki baxım planlaşdırması və nəzarəti;
  • Prototiplərin sınağı
  • Kosmosda və ya Yerdəki fəaliyyət ölçmək üçün istifadə olunan kompüter sistemləri və avadanlıqlarını araşdırmaq, dizayn etmək, inkişaf etdirmək və sınaqdan keçirmək;
  • Texniki sənədlər tərtibi;
  • Avadanlıqların təmirini həyata keçirmək;

Harada bu ixtisasa sahiblənmək olar

  1. Milli Aviasiya Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Hərbi və aerokosmik sənayedə
  • Raket-kosmik kompleksi üçün məhsul hazırlayan zavodlarda
  • Elmi – tədqiqat institutlarında
  • Elektronika və Elektrotexnika sahəsində istənilən yerdə
  • Milli Aerokosmik Agentlikdə
  • Azərkosmosda
  • Təhsil qurumlarının daxilində

Bu ixtisas üzrə lazım olanbilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Güclü riyazi və analitik düşüncə
  • Texniki peşəkarlıq
  • Layihənin idarə edilməsi
  • Vaxtın idarə edilməsi
  • Detallara yönəlməli
  • Təhlükəsizlik məsələlərində məlumatlı olmalı
  • Şifahi və yazılı ünsiyyət
  • Təzyiq altında işləmək
  • Yaradıcı və yenilikçi düşüncə
  • Elektronika və Ballistika bilikləri
  • Mexanika
  • Kodlaşdırma

Bu sahənin gələcəyi

Kiçik dövlət quruluşları üçün kommersial olaraq faydalı deyil və əsasən məsafədən zondlama və digər təhkükəsizlik məqsədləri üçün bu sahəyə investisiya ayrılır. Kosmik sahənin ölkəmizdəki gələcəyi ondan digər sahələrdə istifadə edərək necə mənfəət əldə edə biləcəyimizlə bağlıdır.

Bu ixtisas üzrə maaşlar

Milli aerokosmik agentlik 250 AZN, Azərkosmos 800 -1000 AZN arası dəyişir. Riskli sahə olduğu üçün yaşayış xərclərini qarşılayacaq iş tapa bilmək üçün xüsusilə mikrosxemləşdirmə və elektronika sahələrində yetərincə ixtisaslaşmış olmaq tələb olunur.

Tez-tez verilən suallar

Aerokosmik mühəndislik ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Aerokosmik mühəndislik ixtisası üzrə keçid balları 200 ilə 412,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 412,2 baldır.

Aerokosmik mühəndislik ixtisası hansı universitetlərdə var?

Aerokosmik mühəndislik ixtisası 2 universitetdə tədris olunur: Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti.

Aerokosmik mühəndislik hansı qrupa aiddir?

Aerokosmik mühəndislik 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Aerokosmik mühəndislik ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Aerokosmik mühəndislik ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 3 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂