Balını yoxla

Cihaz mühəndisliyi

Cihaz mühəndisliyi ixtisası 4 universitetdə 6 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 321,3 bal.

4universitet
321,3ən yüksək keçid
200ən aşağı keçid
5dövlət sifarişli proqram

Cihaz mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138178
Əyani 321,3 321,3
Milli Aviasiya Akademiyası
Əyani · 138161
Əyani 316,2 316,2
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114177
Əyani 302,8 302,8
Azərbaycan Texniki Universiteti
Əyani · 116145
Əyani 223,6 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114152
Əyani 209,9 200
Qərbi Kaspi Universiteti
Əyani · 157131
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Cihaz mühəndisliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Elm və texnikanın əksər sahələrində dəqiq və etibarlı cihazlara ehtiyac var. Buna görə, onları yarada və inkişaf etdirə bilən mütəxəssislərə müasir dünyada çox təlabat var. Bu ixtisas informasiyanın alınması, çevrilməsi, ötürülməsi, emalı və tətbiq edilməsi üçün istifadə olunan cihazlar, informasiya – ölçmə sistemləri və kompleksləri yaratmaq və idarə etmək üçün ölçmə texnikası və texnologiyalarının aparat və proqram təminatı məsələlərinin öyrənilməsini əhatə edir. Bütün sənayeyə və digər sahələrə daxil olan cihazların hazırlanması, istehsalat prosesi, istehsalatdan sonra isə keyfiyyətinin, fəaliyyətinin yoxlanılması, ölçülməsi sahənin əsas prioritet sahələrindəndir. İxtisas ölkəmizin sənaye sektoruna daxil olan əksər sahələr üçün o sahələrə çox önəmli hesab edilən bilgilərə yiyələnən mütəxəssis hazırlayır. Məzunlar tədqiqat fəaliyyəti həyata keçirə bilər, proqramçı, mühəndis və layihə meneceri kimi işləyə bilər. Onların bilikləri diaqnostik, ölçmə və nəzarət məlumatlarının saxlanması, toplanması, işlənməsi və əks olunması üsulları və metodları sahəsində də tətbiq olunur. Bu ixtisas fizika, riyaziyyat və rəsmxət ilə maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • İstehsalatda elektron cihazların və qurğuların:

1.İnformasiya – ölçmə sistemlərinin tədqiq edilməsi.

2.Layihələndirilməsi.

3.Yaradılma texnologiyası və istismarı.

  • Cihazın layihələndirilməsı üçün məlumatlarının toplanması və təhlili;
  • Ölçmə vasitələrinin istehsalında nanotexnologiyadan istifadə etmək.
  • Müəyyən bir metoda əsasən təcrübələr aparmaq, nəticələrin təhlili;
  • Cihazların pilot nümunələrinin toplanması, sınaqdan keçirilməsi və istismara verilməsi;
  • Sistemlər üçün kompleks sınaqların aparılması.
  • Ölçmə cihazlarıyla əksər cihaz və avadanıqların (məişət əşyalarından sənaye cihazlarına qədər) yoxlanılması.
  • Texnoloji proseslərin metroloji dəstəyinin təşkili, məhsulların keyfiyyətinə nəzarətin standart metodlarından istifadə;
  • Ölçmə və müşahidələr aparmaq, davam edən tədqiqatların təsvirini tərtib etmək, icmallar, hesabatlar və elmi nəşrlər tərtib etmək üçün məlumat hazırlamaq;
  • Yeni məhsulların istehsalına hazırlıq zamanı texnoloji proseslərin dəqiqləşdirilməsində və inkişafında iştirak;
  • Yeni məhsulların innovativ potensialının qiymətləndirilməsi;
  • Standart kompüter dəstəkli layihələndirmə və tədqiqat paketləri əsasında proseslərin və obyektlərin riyazi modelləşdirilməsi;
  • Görülən iş barədə hesabat hazırlamaq, tədqiqat və inkişaf nəticələrinin həyata keçirilməsində iştirak etmək;
  • Texniki sənədlərin hazırlanması (iş cədvəli, təlimat, plan, smeta, material, avadanlıq və s.), habelə təsdiq edilmiş formalar üzrə müəyyən edilmiş hesabat;
  • Ekoloji təhlükəsizliyə riayət olunmasına nəzarət etmək;
  • Texnoloji intizama riayət olunmasına nəzarət etmək;
  • Texnoloji avadanlıqlara qulluq;
  • Elmi – texniki məlumatın, tədqiqat mövzusunda yerli və xarici təcrübənin öyrənilməsi;

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Qərbi Kaspi Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Bundan başqa tələbələrin PLC, SCADA proqramlaşdırmaları üzrə sertifikatları qazanmaqları üstünlük kimi qiymətləndirilir.

Bu ixtisas üzrə harada çalışmaq o lar

Müvafiq ölçmə cihazları barədə lazımi biliklərə yiyələndikdən sonra

  1. Tibb
  2. Aviasiya
  3. Kosmik,
  4. Neft – qaz sənayelərində

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Qurğular, sistemlər və komplekslər ilə işləmək bacarıqlarına malik olmaq;
  • Bacarıqlı olmalıdır: texniki tənzimləmə məsələlərində, beynəlxalq və yerli standartlarda, informasiya texnologiyalarının vasitələri və metodlarında;
  • Mühəndislik bacarıqları;
  • Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
  • Detallara diqqət yetirməyi bacarmaq;
  • Yaxşı müşahidə qabiliyyəti;
  • Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • Məkan təsəvvürünə malik olmaq;
  • Məntiqi təfəkkür;
  • Güclü yaddaş;
  • Dəqiqlik;
  • Məsuliyyət;

Bu sahənin gələcəyi

Növbəti ildən etibarən ixtisasın fakültəyə daxil olan digər 2 ixtisasla (“Biotibbi texnologiya mühəndisliyi” və “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi”) birləşəcək və bununla “Cihaz mühəndisliyi” ixtisasın yaradılacağı, və bu sahədə tələbədə ilk kurslarda hər 3 ixtisas barədə təsəvvür formalaşdırılaraq yuxarı kurslarda öz ixtisas istiqamətini seçməsinə şərait yaradılacaq.

Bu ixtisas üzrə maaşlar

Maaşlar qurumlara görə dəyişilir. Savadlı kadr yerli şirkətlərdə 1500 – 2000 AZN arası, (Azərbaycandakı) xarici şirkətlərdə isə 6000 -7000 AZN arası maaş ala bilər.

Tez-tez verilən suallar

Cihaz mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Cihaz mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 321,3 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 321,3 baldır.

Cihaz mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Cihaz mühəndisliyi ixtisası 4 universitetdə tədris olunur: Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti.

Cihaz mühəndisliyi hansı qrupa aiddir?

Cihaz mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Cihaz mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Cihaz mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 6 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂