Balını yoxla

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası 9 universitetdə 12 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 643 bal.

9universitet
643ən yüksək keçid
200ən aşağı keçid
9dövlət sifarişli proqram

Proseslərin avtomatlaşdırılması mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141247
Əyani 643
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141255
Əyani 580,4
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114655
Əyani 450,2 450,2
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128514
Əyani 370 370
Milli Aviasiya Akademiyası
Əyani · 138389
Əyani 367,3 367,3
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114639
Əyani 358,2 358,2
Bakı Mühəndislik Universiteti
Əyani · 128499
Əyani 351,9 351,9
Azərbaycan Texniki Universiteti
Əyani · 116461
Əyani 347 347
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118421
Əyani 335,9 335,9
Sumqayıt Dövlət Universiteti
Əyani · 148319
Əyani 226,7 200
Naxçıvan Dövlət Universiteti
Əyani · 142292
Əyani 200
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147266
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Hər bir şirkət biznesin təşkili, istehsalı və şirkətin gəlirini artırmaq, bununla belə xərcləri azaltmaq üçün mütəmadi olaraq həllər axtarır. Proseslərin avtomatlaşdırılması mühəndisi məhz bununla məşğul olur. Tələbələr məhsulun keyfiyyətini qiymətləndirməyi, konstruktor sənədlərini (çertyoj) hazırlamağı, avtomatlaşdırılmış sistemlərin proqram kompleksini layihələşdirməyi, vəsait və məhsulun sertifikatlaşdırılmasını aparmağı və s. öyrənirlər. Proseslərin avtomatlaşdırılması mühəndisliyini kafedrası, istehsal proseslərinin avtomatlaşdırılması üçün istifadə olunan metod və vasitələrin layihələndirilməsi, yaradilması və istismarı ilə məşğul olan mütəxəssislər hazirlayır. İstehsal sahələrinin avtomatlaşdırılması, kompüter və informasiya texnologiyaları, idarəetmə nəzəriyyəsi, mikroprosessor texnikası, proqramlaşdırılabilən məntiqi kontroller, SCADA, elektronika, ölçmə texnikası, instrumental cihazların layihələndirilməsi müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərdə istifadə edilir. Proseslərin avtomatlaşdırılması mühəndisliyi mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhkükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsilini başa vurmuş tələbələr avtomatlaşdırılmış sistemlərin idarəsi mühəndisliyi, avtomatlaşdırılmış sistemlərin konstruktoru, istehsal proseslərinin mexanikləşdirməsi və optimallaşdırılması mühəndisliyi, proqramçı, avtomatlaşdırılmış idarə sistemlərini işləyib-hazırlayan və s.kimi vəzifələrdə çalışa bilər.

Peşənin tarixi

Avtomatlaşdırma termini ilk dəfə 1946-cı ildə avtomobil sənayesində mexanikləşdirilmiş istehsal xətlərinin və avtomat qurğuların idarəsində işlənmişdir. Bu termin Ford Avtomobil şirkətinin mühəndisi olan D.S. Harder ilə bağlıdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

➡ dizayn;
➡ proqramlaşdırma;
➡ simulyasiya;
➡ Texniki cihazların modelləşdirilməsi və hesablanması üçün tətbiqetmə proqramlarında işləmək;
➡ avtomatlaşdırmış maşın və prosesləri test edərək işlərini yekunlaşdırmalı;
➡ Mürəkkəb elektron və elektromexaniki sistemlərin təhlili və sintezi üçün hesablama sxemlərinin tərtib edilməsi;
➡ konstruktor sənədlərini (çertyoj) hazırlamalı;
➡ avtomatlaşdırılmış sistemlərin proqram kompleksini layihələşdirməli;
➡ vəsait və məhsulun sertifikatlaşdırılmasını aparmalı;
➡ Texniki obyektlərin tədqiqatı, dizaynı, istehsalı və istismarı mərhələlərində ekoloji təhlükə dərəcəsinin və insan istehsal fəaliyyətinin təhlükəsinin təhlili və qiymətləndirilməsi;
➡ İlkin dizayn və texniki layihələrin, işçi rəsmlərin nəzərdən keçirilməsində, həmçinin quraşdırma, sınaq, avtomatlaşdırma və mexanizasiyanın tənzimlənməsi, monitorinqdə iştirak;
➡ İstehsalın avtomatlaşdırılması və mexanizasiyası, avtomatlaşdırma və mexanizasiyanın (alətlər, qurğular, avadanlıqlar və s.) alınması üçün ərizələrin hazırlanması tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi;
➡ Tətbiq olunan avtomatlaşdırma və mexanizasiya vasitələrinin səmərəliliyinin təhlili, aşkar edilmiş çatışmazlıqların, nasazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması, satış sonrası xidmət, zəmanət və zəmanət sonrası təmir, istehlak materiallarının dəyişdirilməsi və s.

Harada bu ixtisasa sahiblənmək olar?

➡ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
➡ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
➡ Azərbaycan Memarlıq və İnşaat Universiteti
➡ Azərbaycan Texniki Universiteti
➡ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
➡ Bakı Ali Neft Məktəbi
➡ Bakı Mühəndislik Universiteti
➡ Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Məzunlar həm dövlət, həm də özəl sektorda işləyə bilər.

➡ Sənaye məhsulları, avtomatlaşdırma sistemləri yaradan (ABB, Emerson, Avandsis Group, Schneider Electric, Rockwell Automation, NOC&A və s.);
➡ Sənaye məhsulları istifadə edən şirkətlər (SOCAR, BP və kağız sənayesi, avtomobil sənayesi, qida və kənd təsərrüfatı sənayesi);
➡ Bina və fərdi evlərin avtomatlaşdırılması kimi qeyri-sənaye sektoru.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➡ kompüterdə proqramlaşdırma və proqram təminatının yaradılması bacarığı;
➡ yaradıcı düşüncə və detallara yönəlməli;
➡ problemi ətraflı analiz etmə qabiliyyəti formalaşdırmalı;
➡ peşəkarlıq;
➡ komandanın digər üzvləri ilə yaxşı ünsiyyət və liderlik bacarığı;
➡ layihənin idarə olunması;
➡ Tənqidi düşünmə bacarığı;
➡ Detallara diqqət yetirməyi bacarmaq;
➡ Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmaq;
➡ Riyazi və arifmetik bacarıqlar
➡ Texniki bacarıqlar;
➡ Analitik düşüncə;
➡ süni intellekt;
➡ əl çevikliyi.

Bu sahənin gələcəyi

Təlim prosesində universitetlər, fəaliyyəti dizayn və tədqiqat üçün innovativ proqram vasitələrinin inkişafı ilə əlaqəli olan mütəxəssislər hazırlayır. Gələcək məzunların vəzifələri istehsal proseslərinin avtomatlaşdırılması üçün yeni idarəetmə sistemlərinin və proqramlarının işlənib hazırlanmasını da əhatə edəcəkdir.

Bu ixtisas üzrə maaşlar

Bu ixtisas üzrə maaşlar 700 AZN-dən başlayır və şirkətlərə əsasən dəyişir.

Tez-tez verilən suallar

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 643 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 643 baldır.

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası 9 universitetdə tədris olunur: Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti.

Proseslərin avtomatlaşdırılması mühəndisliyi hansı qrupa aiddir?

Proseslərin avtomatlaşdırılması mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 11 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂