Bizi xilas edən motivasiya

Bizi xilas edən motivasiya

Bizi xilas edən motivasiya

 Hər birinizi salamlayıram, dostlar! Sizə motivasiya mövzusu üçün gəlmişəm və mən də I kurs tələbəsi kimi fikirlərimi bölüşəcəyəm. Keçən il abituriyent olduğum günlər yadıma düşür və sizləri gözümün önünə gətirərək “Dostum, mənim motivasiyamı qaldıra bilərsən?” cümlələrini yadıma salıram. 

 Əvvəla, gəlin görək bu motivasiya nədir? Bizə nə qata bilər? Motivasiyanı itirsək nə edə bilərik? 

 Motivasiya - bizim işimizi həvəslə, sevərək, ona diqqətli yanaşaraq görməyə vadar edən, bir anda gəlib-gedə bilən haldır. Çoxumuzda sual yarana bilər ki, gəlib-gedən? Bəli, təəssüf ki, belədir. Dostlar, fikrimi daha aydın izah etmək üçün sizə 2 nümunə verim.

  1. Əlimizdə fincan var və o fincana düşünək ki, su tökürük. Suyu içib bitirdikdən sonra özümüzü qüvvətli hiss edirik və bu qüvvət bizdə ömrümüzün sonuna kimi deyil bir neçə saat və ya bir neçə gün qalır. Yəni, gəlib-gedən olacaq. 

 

  1. İdmanla məşğul olarkən, protein tozundan istifadə edirik, amma, bilirik ki, bunu qəbul etdikdən sonra idman etməsək bədənimizdə inkişaf ola bilməyəcək və proteinin rolu az olacaq. Beləliklə istədiyimiz bədən formasını ala bilməyəcəyik. Yəni, gəlib-gedən olacaq

Hazırda bu yazılar sizi demotivasiya edə bilər, amma YOX!  Davamını diqqətlə oxuyaq.

 Bu nümunələrdən gördüyümüz kimi motivasiyanın izahını sadə yollarla izah etmək və onun mənasını açmaq mümkündür. 

 Növbəti sualımız isə “motivasiya bizə nə qata bilər?”  idi. Gəlin, bu möhtəşəm sualın cavabını aydınlaşdıraq.

  • İşimizi görməkdə həvəs

  • Dayanmamaq istəyi

  • Zövqlə çalışmaq

  • Pozitiv enerji almaq

  • Ətrafa bu enerjini yayaraq motivasiyadan düşənlərə yardımçı olmaq

  • Ən əsası : İşi tam bitirmək

 

 Fikir versək görərik ki, bu punktların hamısı insanda xoş təəssürat yaradır və işimizi görməyə sövq edir, amma nəzərə almaq lazımdır ki, bayaq verdiyim nümunədə olduğu kimi bunlar tükənə bilər. Bəs bu zaman nə etməliyik? Hansı yola əl atmalıyıq? Necə özümüzü bu hala uyğunlaşdıra bilərik?

 

  1. Bu halı yaşayarkən özümüzə verməli olduğumuz sual niyə? olmalıdır. Əmin olun ki, ağlınıza gələn ilk cavab sizin doğru cavabınız olacaq bu səbəbdən sonradan gələn cavablar niyə sualının cavabı yox, səbəblər ola bilər.

 

  1. Niyə? Sualının cavabları isə müxtəlif ola bilər. Məsələn : 

  • İmtahana az qalıb və fənn barədə biliklərim azdır

  • Artıq səbrim qalmayıb

  • Evdən çox təzyiq var bu səbəbdən çalışa bilmirəm

  • Yoruldum və.s

 

  1. Sualın cavabını tapdıqdan sonra bu hadisələri tam olaraq normal qəbul etməli və özümüzü sakitləşdirməyi bacarmalıyıq. Sakitləşdirmək dedikdə yəni:

  • Beynimizdə gedən problemləri bir anlıq kənara qoymalı

  • Ən əsası :  “Ən pisi nə ola bilər ki?!” deyib, rahat nəfəs almalıyıq.

 Dostlar,yadda saxlayaq ki, bu təsəlli deyil, ən doğru variantdır.

Hətta, sakitləşdirməyin daha effektiv yolu bir neçə saatlıq hərşeyi udunub meditasiya edərək beynimizi dinləndirməkdir.

Bu situasiyanı yaşayıb daha sonra dincələ biliriksə 99% hər şey qaydasına düşəcək. Qalan 1%  isə sizin iradənizdən və dözümlüyünüzdən asılıdır.

Əziz dostlar, unutmaq olmaz ki, motivasiya bizi bir anda həm qaldıra, həm də özümüzün gözləmədiyi halda yerə çıxa bilər. Buna görə də, sizə tövsiyəm odur ki, motivasiya  bitəndə belə öz masanızda əyləşin, qələminizi əlinizə alıb düşünün. Çünki o sırada xəyal etdiyiniz universitet, istədiyiniz ixtisas, çalışmaq istədiyiniz iş yeri ağlınıza gələcək. O andan etibarən sizə motivator rolunu oynayan kimsə yox, özünüz olacaqsınız. 

Heç düşünməyəcəksiniz ki, “mənim motivasiyam var ya yox?,

Əgər bu sual ağlınıza gələcəksə, sizi təbrik edə bilərəm. Çünki, artıq öz işinizə fokuslanmış olacaqsınız və ətrafda ancaq öz işlərinizi görəcəksiniz. Ad günlərində, bayram günlərində bir restorana getdikdə belə yanınızda ən çox sevdiyiniz fənnin ləvazimatlarını götürmək istəyəcəksiniz. Bu haldan etibarən özünüz özünüzün motivasiyası olacaqsınız. Bir müddət sonra bu hal vərdişə çevriləcək və davamlı olaraq bunu edəcəksiniz. 

Abituriyentlərə sual veriləndə məşhur verdikləri cavab var:

+Dərslər necə gedir?

-Getmir.

Hətta, bəzən  bu cavabı belə verməyəcəksiniz. Bəzən ola bilər ki, təkrarən yuxarıda yazdığım situasiya ilə yenidən qarşılaşasınız. Hazırda “Bəs o zaman nə edim?” kimi suallar eşidirəm.  Çox sadə! Sadəcə, həvəslə çalışdığınız zamanları yada salın və oraya geri dönün.

Dostlar, mənim özümə aid şüarım var. Everything is possible! - Hər şey mümkündür!

 Biz istəsək vaxtı-vaxtında özümüzü rejimə salıb hər şey ilə məşğul ola bilərik. Təki, bunu istəyək və əzmlə çalışaq. Çünki sonda qazanan biz olacağıq və o zaman güzgünün qarşısında özümüzə baxıb fəxr edəcəyik. Mən bu xoş hadisələri yaşamışam deyə öz üzərində çalışan abituriyentlərdə də bunların olacağına tam şəkildə inanıram. Siz də  bacaracaqsınız, çünki mümkünsüz heçnə yoxdur. Hər şey mümkündür!


INFOGRAPHIC] Behind the Scenes of Motivation | KnowledgeOne

    


 


 

İsmayıl Axundov.

İxtisas.az layihəsinin PR meneceri.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Sosial iş fakültəsinin I kurs tələbəsi.

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.