Bu kino ki, var cox qəliz məsələdir
Rejissorluq, film yaranandan günü bu günə qədər var olan bir ixtisasdır. Filmin Tanrısı və idarəedici qüvvəsi məhz rejissordur. Fransız sözü olub, idarə etmək, təşkil etmək deməkdir. Doğrudur, nə qədər məşəqqətli olsa da, bir o qədər də özülüyündə maraqlı olmasını daşıyır. İxtisaslara görə teatr, kino və televiziya sahələrinə bölünsə də, ümumilikdə rejissorun yolu eynidir. Yəni, insanlara həyatdan bir parçanı çatdırmaq. İstər bir kadrda, istərsə də saat yarım, iki saatlıq bir bədii, ya da sənədli filmdə.
Əgər Siz bu sahədə uğur əldə etmək istəyirsinizsə, mütləq Azərbaycan standartlarından özünüzü çıxardın. Xarici filmlərə, IMDb'si yüksək olan sənət əsərlərinə baxın. Rejissor öz peşəsində savadlı olduğu qədər, həm də güclü tənqidçi də olmalıdır. Hər bir filmdən bir səhnə, bir musiqi, bir parça səni özlüyündə hazırlayır və bu ixtisasın bir parçasına çevrilərək onu bədənində yaşayırsan. Uğur qazanmaq üçün, sadəcə öz üzərində işləmək və əsla yerində dayanmamaq lazımdır.
Az öncə yuxarıda qeyd etdiyim kimi, sadəcə çabalamaq və çalışmaq lazımdır. Güclü fikir yürütmək bacarığı, məsələyə tənqidi yanaşmaq yönü və səlist düşünmək. Bunlar, rejissorda əsas xətt olaraq götürülür. Çoxlu mütaliələr, səyahətləriniz, müxtəlif insanlar və onların həyatları ilə tanışlıq, tarixi bilikləriniz, mədəniyyətə və sənətə olan sevginiz sizi bu sahədə yüksək biliklər əldə etməyə sövq edəcəkdir. Bu arada çalışın ki, tipik Azərbaycanlı psixologiyasından çıxın. Hədəflərinizi qloballaşdırın. Böyük düşünün.
Hollywood dünya film industriyasının mərkəzi sayılır. Təbii ki, ölkəmizdə bu standartlarda filmlərin çəkilməsinə hələ ki, mən özüm də inanmıram, amma siz peşəkar bir rejissor olmaq istəyirsinizsə, standartlarınızı daha böyük edin. Stereotipləri sındırın. Bu ixtisasın xaricdə-Rusiyada ВГИК, Böyük Britaniyada London Film Academy, Türkiyədə isə İstanbul Kültür Üniversitesi kimi yerlərdə yüksək təhsili görülür. Sözsüz ki, siz bu yerlərdən birinə qəbul olsanız, həyata 1:0 öndə başlayacaqsınız.
Məqsədlərinizi Azərbaycan daxili etməyin. Ölkəmizdə televiziya sahəsi o qədər acınacaqlı durumdadır ki, televiziyalarımız rejissorluq sarıdan korluq çəkirlər. Düşüncəniz lokaldırsa, Azərbaycanda öz dəsti xəttinizlə nələrsə etməyə çalışın. Əsla mənasız belaltı zarafat edən kommersiya filmlərinin qurbanına çevrilən rejissorlardan olmayın. Yox, məqsədiniz qlobaldırsa, yuxarıda sadaladıqlarım təhsil ocaqlarında öz karyeranızı daha yüksək inşikaf dinamikası ilə inkişaf etdirə bilərsiniz. Hər şey sizdən aslıdır. Təki siz istəyin.
Praktika məqsədi ilə kanallarda çalışa bilərsiniz. Ən yaxşı halda hansısa production'da ya da YouTube sektorunda çalışan bir kanalda işləyə bilərsiniz. Planlamalarınız sizdən asılıdır. Bu elə də asan olmayacaq, amma siz yenə də vazkeçməyin. Never give up! :)
Rəfi Müslümov IV Kurs ADMİU Tələbə.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.