Hesabat elmi

Hesabat elmi

Hesabat elmi

Hesabat elmi

  Gənclər, peşə seçəndə arzu, istək, maraq formalaşan bilik və s. nüanslarla yanaşı, əsas məsələ kimi gələcəkdə iş tapmaq sual olaraq meydana çıxır. Bu sual istər-istəməz seçilmiş peşənin cəmiyyətdə tətbiq sahəsini xəritə kimi göz önündə canlandırılmasını tələb edir. Sözsüz ki, peşənin lazımsızı olmur. Peşəni seçən gəncin yiyələndiyi bilik və bacarığı gələcəkdə onun karyerasının əsasını təşkil edir. Lakin elə peşə var ki, həmin xəritədə hər hansı bir rənglə onu qeyd etsək, büsbütün xəritə bu rəngə boyanmış olar. Mühasib peşəsi bu peşələrdəndir. Mühasibat  insanlar arasındakı iqtisadi münasibətlərin pul şəklində formalaşdığı zamandan yaranmağa başlamışdır. Maraq üçün onu qeyd edim ki, əmtəə-mübadilə vasitəsi olan pul ilk dəfə olaraq arpa olmuşdur. Yəni, məhdud sayda əmtəə-mübadilə edən insanlar üçün ortaq mübadilə vasitəsi arpa olmuş və bu mübadiləni hesabdarlar düz və çarpaz xətlər şəklində gil lövhələrin üzərində qeyd etmişlər.

   Cəmiyyət inkişaf etdikcə mühasibat da inkişaf etmiş və son müasir kompüter vasitələrində mürəkkəb proqramlarda öz əksini tapmışdır. Qanunvericiliklə ölkəmizdə mənfəətlə yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, hüquqi şəxs sayılan yaxud sayılmayan, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün təsərrüfat subyektləri mühasibat uçotu aparmağa borcludur. Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında "pul" ifadəsində fasiləsiz, başdan-başa sənədləşdirilmiş və mühasibat hesablarında ikili yazılış üsulu ilə (balanslaşdırılmış) yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

 

  Yuxarıda göstərildiyi kimi mühasibat cəmiyyətimiz üçün həm vacib, həm də  eyni zamanda xüsusi bilik və bacarıq tələb edən peşədir. Mühasibat uçotu artıq bir elm kimi ölkəmizdə müxtəlif universitet və akademiyalarında tədris olunur. Bu peşəni seçən gənc ilk tələbəlik günlərindən hər bir dərsə məsuliyyətlə yanaşıb nəzəri biliyə yiyələnməlidir ki, gələcəkdə praktikada büdrəməsin. Lakin hər bir peşədə olduğu kimi bu peşədə də zərərli vərdişlər (daimi oturaq iş, gözlərin tez sıradan çıxması) var. Bu zərərli vərdişlərin qarşısını almaq üçün tələbəlik illərindən ictimai işlərdə aktivlik və idmanla məşğul olmaq lazımdır. Yəni, gənclərə tövsiyəm odur ki, ilk illərdən ictimai işlərə fəal qoşulsunlar və hər hansı bir idman növü ilə mütəmadi məşğul olsunlar.

 

Vüqar Məmmədov

Azərbaycan Taekwando Federasiyası, Baş mühasib

"Mühasibat uçotu nədir?" adlı video müsahibəmizə  bu linkdən baxa bilərsiniz.

 

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.