İngilis dilini bilmək hər şey deyil

İngilis dilini bilmək hər şey deyil

İngilis dilini bilmək hər şey deyil

 İngilis dilini bilmək hər şey demək deyil-İngilis dili müəllimliyi

  Əziz abituriyentlər, siz hal-hazırda həyatınızın ən önəmli və keçidli bir dönəmini yaşayırsınız. Artıq məktəb illərinin son illərini yola salmaqdasınız. Bu o deməkdir ki, ayrılıqda hər biriniz həyatınızda bir yol seçməli, şəxsiyyət kimi formalaşmağa və məsuliyyətli addımlar atmağa artıq başlamısınız. İlk addımları siz peşəniz barədə götür-qoy etməklə həyata keçirirsiniz. Bax,bu çox ciddi və məsuliyyətli bir qərardır. Bu yolda, əlbəttə ki, valideynlərinizin dəstəyi və məsləhəti əvəz olunmazdır.Əvvəla, siz hansı dərs fənlərini daha yaxşı oxumağı özünüzdə qərarlaşdırmalısınız. Məsələn, texniki ixtisasa yiyələnməyə çalışan yuxarı sinif şagirdləri ilk öncə riyaziyyatçı, informatika, fizika, kimya, və s. fənləri daha yaxşı bilməlidir. Mən, özüm bir ingilis dili müəllimi olaraq bu sahəyə yiyələnmək üçün əzimli olmuş və peşəmə olan vurğunluğumdan irəli gələrək hər gün arzuma çatmaq üçün yorulmadan çalışmışam.

  İngilis dilini öyrənməyimin əhəmiyyətini hələ uşaq ikən ətrafımda olan dəyərli müəllim və qohumlarımdan öyrənmişəm. Bibim kimi ingilis dilində mükəmməl danışmağı və onun kimi sevilən müəllim olmağı çox istəmişəm. Bunun üçün humanitar elmlərə diqqətimi yönəltmişəm. Əzmlə və böyük inamla bu yola qədəm qoymuşam. Bilirsiniz, əzizlərim

  Azərbaycan dilində çox gözəl bir atalar sözü vardır: “Halva, halva deyərək ağız şirin olmur.” Bunu heç vaxt unutmayın, həyatda bilik qazanmamış və qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün yorulmadanç öz gücünüzə inanaraq işləmədən heç nə əldə etmək olmaz. İngilis dili müəllimi olmaq üçün bu dili hərtərəfli öyrənmək lazımdır. Amma unutmayın, hər hansı bir xarici dildə uğur qazanmaq üçün siz öz ana dilinizi mükəmməl bilməlisiniz. Ana dili sizə yeni bir dili öyrənməyə müqayisəli şəkildə kömək edəcək.

  Müasir dövrdə ingilis dilini bilmək və bu dildə danışmaq hər kəsin arzusudur. Siz bizim gələcəyimizsiniz unutmayın. Yeni bir xarici dildə danışmaq sizə həyatda yeni qapılar açmağa imkan verəcək. Dünyaya sizin var oluşunuzu göstərməyə gözəl bir fürsətdir. Ən əsası, Vətənimiz Azərbaycanı dünyaya tanıtmağa mükəmməl vasitədir. Gözəl həyat istəyirsinizsə, heç kimdən asılı olmamaq və müasir həyat standartlarına yiyələnmək üçün qarşınıza məqsəd qoyun. O məqsədə çatmaq üçün məktəb fənlərini öyrənin, lazım gəlsə mütəxəssis və peşəkar müəllimlərin və yaxud tədris –hazırlıq kursların köməyinə baş vurmağı unutmayın. Xaricdə təhsil almağa çalışan bir çox abituriyentlər xaricdə təhsil proqramlarıyla maraqlanmalı və müvafiq etibarlı internet saytlarını aşkar edib məlumatlanmalıdır.

  Xaricdə təhsil önəmlidir, çünki inkişaf etmək, irəli getmək üçün yenilikləri qürbətdə öyrənib öz doğma vətənində tətbiq etmək əsrarəngiz bir şeydir. Həm yüksək maaş, həm də arzularınızın həyata keçməsi üçün gözəl bir fürsətdir. Bundan başqa xaricdə təhsil almış gənclərimiz Azərbaycana yeniliklər və inkişaf gətirir, həyatımızın axışını müsbət mənada dəyişir.

  Siz də belələrindən ola bilərsiniz, inanın. Bilik həmişə qalib gəlir. Təhsilinizi bitirdikdən sonra beynəlxalq sertifikatlı təlimlərdə iştirak etmək çox vacibdir.

  "İlk işi necə tapmaq olar?” sualına belə cavab vermək istəyirəm: “Əzmli və özünə inanan, heç bir əməkdən qorxmayan gənclər müəyyən könüllü füaliyyətli işlərə və sosial layihələrə qoşulsa çox gözəl olar. Bu onların karyerasına əhəmiyyətli dərəcədə təsir edir. Mənim tələbərimin keçdiyi həyat təcrübəsindən əsaslanaraq bunu deyirəm.” Siz istədiyiniz şirkətə müraciət edib istədiyiniz peşənidə yüksək məvaciblə işləyə bilərsiniz. Bunun üçün isə oxumaq, çalışmaq və savadlanmaq lazımdır. Bu yolda sizə uğurlar arzu edirəm.

  Ədilə Məlikova,
  Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı kafedrasının texniki ingilis dili müəllimi, test koordinatoru.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.