Təhsildə sosial-psixoloji xidmət

Təhsildə sosial-psixoloji xidmət

Təhsildə sosial-psixoloji xidmət

 İxtisasım Təhsildə sosial-psixoloji xidmət olaraq adlanır. Təhsildə sosial-psixoloji xidmət dedikdə, təhsil müəssisələrində  məktəbəqədər uşaqlar,şagirdlər, tələbələrlə aparılan və bilavasitə onlara xidmət edən və onların cəmiyyət üçün yararlı şəxsiyyət kimi formalaşmasına yönələn sahə nəzərdə tutulur. Burada təhsil psixoloqlarının üzərinə düşən vəzifə böyükdür, çünki onların uşaqlarla düzgün qaydalar çərçivəsində işləməsi və onlara istər tədris ərzində, istərsə də digər şəxsi problemlərində yardım etmək və düzgün yönləndirmək vacibiyyəti yaranır. Şagirdlərin fərdi xüsusiyyətlərini, psixi inkişafın qanunauyğunluqlarını, təlim-tərbiyə işinin daha səmərəli təşkilini təmin etmək, psixi sağlamlığın qorunması üçün səriştəli psixoloji xidmətin həyata keçirilməsini zəruri edir. Hal hazırda da olduqca mühüm rol oynayan bir sahə halına gələn təlim-tədris psixologiyası sürətlə inkişaf etməkdədir.

   Bu sahədə uğur qazanmaq üçün başlıca olaraq peşəmizin bütün dərinliklərini, əsas prinsiplərini, ideologiyasını dərk etməli və mütəxəssis kimi formalaşmalıyıq. Xüsusilə də, etdiyimiz işin predmeti, vəzifələri və sistemini əhatəli,dəqiq formada öyrənməliyik. Nəzəri bacarıqlarımızı təcrübə ilə vəhdət halında inkişaf etdirməliyik.

   Bunun üçün daima yeniliklərə və fərqli innovasiyalara açıq olmalı, inkişaf dinamikasında irəlləməliyik. Öyrəndiklərimizi daima fərqli üsullarla tətbiq etsək və alınan nəticələri daima qarşılaşdıraraq problemin həlli üçün düzgün yollar ərsəyə gətirilə bilərik. Həmçinin, sahəmizdə məktəb psixoloqu adı altında fəaliyyət göstərdiyimiz üçün apardığımız müşahidə və araşdırmaların daha əsaslı və keyfiyyətli olması üçün  müəllimlərlə, valideyinlərlə birgə işləməli, informasiya toplamalı,psixoloji maarifləndirmə ilə məşğul olmalıyıq. Eyni zamanda psixoloq sistemli şəkildə özünütəhsillə məşğul olmalıdır. O, yeni pedaqoji texnologiyaları mükəmməl mənimsəməli, şagirdlərin özünüdərk, özünüfəallaşdırma işində yardımçı olmalıdır. Belə olduqda  şagirdin gizli qalan imkanları üzə çıxar, psixoloq isə hər bir şagirdin hüquq və maraqlarının, şəxsiyyətinin inkişafının təminatçısı rolunda çıxış edə bilər.

  Düşünürəm ki, daha ixtisaslı bir kadr olaraq yüksək mənsəblərə çatmaq üçün zəruri bir hal olaraq xaricdə təhsili əsas olaraq qəbul edə bilərik. Lakin düşünürəm ki, başlıca olaraq elmə qarşı olan marağı öz təhsil aldığımız ölkədə də əldə etməyə çalışmalıyıq. Həmçinin, xaricdə ala biləcəyimiz biliklərlə öz ölkəmizdə və təhsil müəssisələrimizdən əldə etdiyimiz bilikləri sistemləşdirərək daha effektiv nəticələr almaq mümkündür. Xaricdə təhsil alan gənclərin özlərinə qarşı  çox tələbkar olması, çox oxuması və çalışması, və təhsilin hansı pilləsindən asılı olmayaraq onu yüksək göstəricilərlə bitirməsi lazımdır ki tələbə əmək bazarında ona üstünlük yaradacaq bacarıqları və bilikləri daha dolğun qazansın.

   Karyera planlamasını qurmaq üçün əvvəlcə bu sahədə artıq karyera sahibi olan mütəxəssislərlə görüşməli və onlardan mümkün qədər faydalı ola biləcək məsləhətlər və fikir eskizləri əldə etməyin daha məsləhətli ola biləcəyini düşünürəm. Bundan sonra artıq ixtisasımız üzrə istənilən müəssisələrində  fəaliyyətimizi daha da inkişaf etdirərək, yeni nailiyyətlər əldə edərək karyera pillələrində addımlaya bilərik.

  Təbii ki, bu o qədər də asan olmayacaq. Lakin təhsil aldığımız müddət ərzində nəzəri biliklərimizi paralel olaraq  praktiki formada da irəllətmək ilk işimizi əldə etməmizdə daha da yardımçı olacaqdır. Həmçinin, təhsil müddətində ixtisasımız üzrə müxtəlif seminarlarda iştirak etmək, daima özümüzü inkişaf etdirmək də, könüllü olaraq müxtəlif təhsil müəssisələrində peşəmiz üzrə məlumatları daha dərindən öyrənmək üçün çalışa bilərik.

İxtisas haqqında daha ətraflı məlumat üçün https://ixtisas.az/az/tehsilde-sosial-psixoloji-xidmet-ixtisasi-63

 

Səbinə Qəribova

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.