Xəyalların ölkəsi Amerikanın dərinliyinə getmək üçün bir neçə addım
Dostlar, öncəliklə, yazının başlığında da qeyd etdiyim kimi, həqiqətən Amerikanı xəyallar ölkəsi adlandırmaq olar. Yaxşı, bəs bu xəyalların arxasında nə durur? Niyə məhz Amerika? Niyə gəncliyimizin çoxu ora üz tutur? Əzizlər, əgər ixtisas seçimlərinə fikir vermisinizsə, “Regionşünaslıq” ixtisası var. Xüsusi olaraq isə “Regionşünaslıq Amerika regionu üzrə”. Gəlin, qısa belə izah edək. Amerikaşünaslıq ixtisası – adından göründüyü kimi təkcə regionun əsas ölkəsi olan ABŞ haqqında deyil, bütün qitə üzərində tədqiqatçılıq əsasında öyrənilir. Belə ki, şimaldan- Kanadadan başlayaraq cənubda olan Odlu Torpağa qədər, o cümlədən – həm regionun, həm də dünya sisteminin beynəlxalq münasibətlər tarixini və nəzəriyyəsini, beynəlxalq hüququnu, regionun milli təhlükəsizlik sistemini (bəli bəli, məhz FBI, CIA tipli sistemləri bu fəndə öyrənmək olur ????), diplomatik siyasi tarixini və ümumi konfliktologiya, ayrı-ayrı regionlar üzrə ixtisaslaşma ölkələrin siyasəti, ən əsası dili, tarixi, mədəniyyəti, ədəbiyyatı, qanunvericiliyi, daxili və xarici siyasəti, iqtisadiyyat sistemi, coğrafiyası, tarixşünaslığı fənnləri tədris olunur. Bütün bunlarla yanaşı, tələbələr ən azı 2 dil üzrə xüsusi şəkildə hazırlaşdırılır ki, bu dillərdən biri ingilis dili (xüsusən burada Amerikan ləhcəsi və ingilis dili üzrə akademik yazı qabiliyyətinin inkişafı) və öz seçiminizə, marağınıza əsasən fransız və ya ispan dilləridir.
Sahədə uğur qazanmaq sandığınız qədər çətin deyil, lakin əziyyət çəkməyi tələb etdiyini də unutmayaq). Həmin uğurun formulunu belə təsvir etmək olar dostlar: araşdırmağı sevmək və hər məlumatı dəqiqliklə öyrənmək, analitik düşünüb düzgün məntiqi qərar vermək. Girişimci olmaq lazımdır. İxtisas beynəlxalq münasibətlər yönümlü olduğu üçün siyasi-iqtisadi gedişləri izləmək, beynəlxalq aləmdə baş verənlərə nəzər yetirmək lazımdır. Çünki hər biri ixtisas üçün, tədqiqatçılıq üçün bir növ əsasdır. Məsələn, sizə bu sahədə ölkəmizin 5 bir yerində yerləşən və faəliyyət göstərən ABŞ səfirliyi tərəfindən tam dəstəklənən “Amerika Mərkəzi” (American Center) təmənnasız kömək edə bilər. Yetər ki, siz istəyin).
Yaxşı hansı bacarıqlar ilə axı?! Çox deyil, narahat olmayın)) Dostlar, ilk öncə deyəcəyimi, bəlkə, qonşu Əhməd dayıdan belə eşitmisiniz. İngilis dili. Həqiqətən, xarici dil bilikləri hətta deyə bilərəm ki, hava su kimi lazımdır. Hələ,xüsusən, bu ixtisasın Amerika ilə bağlı olduğunu nəzərə alsaq. Amma təbii ki, bununla yetinmək bu sahədə çox qabağa getmək ola bilməz. Gərək ki, digər əhəmiyyətli dillərdən xüsusən regionun ingilis dilindən başqa olan fransız və ispan dili kimi dillərini öyrənmək sizi həqiqətən təkcə Amerikaşünaslıqda deyil, həmçinin bir çox sahələrdə fərqləndirəcək. Dostlar, dil biliyindən sonra əsas şərt akademiklik və buna əsasən düzgün diksiya və yazı qabiliyyəti, analitik düşünmə qabiliyyətinin olmasıdır. Ki bunlar alındısa, həqiqətən möhtəşəm karyera çox uzaqda deyil, lakin yuxarıda da qeyd etdiyim kimi, bunları etmək üçün karyeranı məntiqlə yüz ölçüb bir biçib, həvəsinizə uyğun bir Amerikaşünaslıqdan sahə seçmək, yüksək həvəslə etmək əsas şərtdir. İxtisas üçün potensial iş imkanlarını isə belə sıralamaq olar: ölkəmizdə fəaliyyət göstərən səfirliklər, həmin əsasda ölkəmizin region ölkələrindəki səfirliklərində, akademik tədris müəəssisələrində, diaspor təşkilatlarında, elmi-tədqiqat institutularında, siyasi-iqtisadi beyin mərkəzlərində tədqiqatçı, səfir, konsul, attaşe kimi fəaliyyət göstərmək olar.
Sonda, dostlar, 3 şeyi xüsusən bir daha qeyd edirəm: dil bilikləri, tədqiqatçılıq, akademiklik. Bu üç bacarıq üzrə özünüzü xüsusən təkmilləşdirin. Və digər tədqiqatçılardan fərqlənmək üçün çoxlu sayda siyasi-bədii ədəbiyyatlardan istifadə edin.
Sizə bu yolda uğurlar diləyirəm əziz gələcək Amerikaşünaslarımız!
Daha ətraflı məlumat üçün https://ixtisas.az/az/regionsunasliq-ixtisasi-amerika-uzre-96
Uğur İmaməliyev,
3-cü kurs Bakı Dövlət Universitetinin Amerikaşünaslıq üzrə tələbəsi
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.