Balını yoxla
IV qrup · Tibb Qiyabi də var

Bağçılıq və tərəvəzçilik

Bağçılıq və tərəvəzçilik ixtisası 2 universitetdə 5 proqram üzrə tədris olunur. 2025 keçid balları: 150 – 168,6 bal.

2universitet
168,6ən yüksək keçid
150ən aşağı keçid
5dövlət sifarişli proqram

Bağçılıq və tərəvəzçilik — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Aqrar Universitetitədris ingilis dilində
Əyani · 144682
Əyani 168,6
Azərbaycan Dövlət Aqrar Universiteti
Qiyabi · 144674
Qiyabi 150
Azərbaycan Dövlət Aqrar Universitetitədris türk dilində
Əyani · 144658
Əyani 150
Lənkəran Dövlət Universiteti
Əyani · 151631
Əyani 150
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144666
Əyani 150

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Bağçılıq və tərəvəzçilik ixtisası haqqında

İxtisasın qısa təsviri

Bağçılıq peşəsinin çox qədim kökləri var. İnsan mədəni bağlar yaratmağa başladığı vaxtdan bəri, bunu başqalarından daha yaxşı etməyi bilən insanlar fərqlənirdi. Meyvə və giləmeyvə ağaclarının ən yaxşı növlərini seçirdilər, kompakt şəkildə əkirdilər və qayğı göstərirdilər. Hazırda bağçılıq və tərəvəzçilik ixtisası “Kənd Təsərrüfatı İxtisasları” qrupunda yer alan 11 ixtisasdan biridir. İxtisasın məqsədi tələbələrə bitkiçilik, tərəvəzçilik məhsulları istehsalının və keyfiyyətinin ən son innovasiya texnologiyaları ilə artırılması istiqamətində lazım olan bilik və bacarıqları təqdim etməklə, bu sahədə ixtisaslı kadr yetişdirməkdir. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

Peşənin tarixi

Azərbaycanda bağçılıq –tərəvəzçilik ixtisasının daxil olduğu ən böyük kafedranın əsası 1931-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində qoyulub. Kafedra 2012-ci ilə qədər müxtəlif adlarla fəaliyyət göstərmişdir. 2012-ci ildən isə Bağçılıq kafedrası olaraq fəaliyyətini davam etdirmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

➡ Toxumların, ağac tinglərinin əkilməsi və qulluğu işlərinin təşkili;
➡ Bitkilərin seçilməsi, ölü və ya zədələnmiş əkinlərin dəyişdirilməsi;
➡ Lazımi vaxtda bitkilərin əkilməsi və transplantasiyası, onlara düzgün qulluq;
➡ Qazonların yaradılması, onların düzgün biçilməsi;
➡ Torpağın, sahənin əkinə hazırlanması;
➡ Məhsuldarlıq üçün uyğun ərazinin seçilməsi;
➡ Torpaqdan nümunələr götürülməsi;
➡ Drenaj işlərinin planlanması;
➡ Kol və ağacların tacını ərsəyə gətirməsi;
➡ Mineral və üzvi gübrələrlə əkin sahələrinin gübrələnməsi işinin təşkili;
➡ Su nümunələrinin alınması və əkin sahələrinin suvarılmasının planlanması:
➡ Bitkilərin, əkinçilik məhsullarının gəmiricilərdən qorunması üçün dərmanlama işlərinin təşkili;
➡ Yaşıllaşdırma sahəsi hazırlamasının təşkili.

Harada bu ixtisasa sahiblənmək olar

➡ Azərbaycan Dövlət Aqrar Universiteti
➡ Lənkəran Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

➡ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi;
➡ Aqrar Xidmətlər Agentliyi;
➡ Aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➡ İxtisas fənlərindən əlavə olaraq, təbiət elmləri üzrə güclü baza;
➡ İş üçün lazım olan texniki vasitələrdən istifadə edə bilməlidir;
➡ Açıq havada işləməyi, təbiəti sevməlidir;
➡ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
➡ Fiziki dözümlülük;
➡ Estetik zövq və yaradıcı düşüncə;
➡ Yaxşı müşahidə qabiliyyəti;
➡ Məsuliyyətli olmağı bacarmalıdır.

Bu sahənin gələcəyi

Kənd təsərrüfatının inkişafı bütün ölkələr üçün strateji əhəmiyyət daşıyan məsələrdən biridir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı fonunda və qida məhsullarında idxal asılılığını azaltmaq məqsədi ilə atılan addımlar bu sahə üzrə bağçılıq və tərəvəzçilik ixtisası da daxil olmaqla bütün istiqamətlərdə ixtisaslı kadrlar üçün geniş imkanlar yaradır.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:

300-800 AZN

Tez-tez verilən suallar

Bağçılıq və tərəvəzçilik (tədris türk dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Bağçılıq və tərəvəzçilik (tədris türk dilində) ixtisası üzrə keçid balları 150 ilə 168,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 168,6 baldır.

Bağçılıq və tərəvəzçilik (tədris türk dilində) ixtisası hansı universitetlərdə var?

Bağçılıq və tərəvəzçilik (tədris türk dilində) ixtisası 2 universitetdə tədris olunur: Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti.

Bağçılıq və tərəvəzçilik (tədris türk dilində) hansı qrupa aiddir?

Bağçılıq və tərəvəzçilik (tədris türk dilində) 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂