Balını yoxla

Baytarlıq təbabəti

Baytarlıq təbabəti ixtisası 4 universitetdə 6 proqram üzrə tədris olunur. 2025 keçid balları: 150 – 297,6 bal.

4universitet
297,6ən yüksək keçid
150ən aşağı keçid
6dövlət sifarişli proqram

Baytarlıq təbabəti — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158533
Əyani 297,6 297,6
Azərbaycan Dövlət Aqrar Universitetitədris ingilis dilində
Əyani · 144722
Əyani 275,8
Xəzər Universiteti
Əyani · 158525
Əyani 242 242
Lənkəran Dövlət Universiteti
Əyani · 151648
Əyani 150
Naxçıvan Dövlət Universiteti
Əyani · 142795
Əyani 150
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144699
Əyani 150

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Baytarlıq təbabəti ixtisası haqqında

İxtisasın təsviri

Baytarlıq heyvanların yetişdirilməsi, damazlıq heyvanların islahı, xəstə heyvanların müalicəsi, heyvanların keçici xəstəliklərdın qorunması ilə məşğul olan peşədir.

Burada əsas çətinlik heyvanların, insanlardan fərqli olaraq onlara nə baş verdiyini izah edə bilməməsidir və xəstə heyvanları axtararkən və ya diaqnoz qoyarkən yalnız xəstəliklərin xarici təzahürlərinə, diaqnostik prosedurların və analizlərin məlumatlarına etibar etmək lazımdır.

Baytar heyvana profilaktik peyvəndlər verir və əməliyyat daxil olmaqla digər tibbi prosedurları həyata keçirir. Heyvandarlıq müəssisələrində baytarlar heyvanların sağlamlığına və heyvanların sağlamlıq standartlarına uyğunluğuna nəzarət edir, heyvanlardan alınan məhsul və xammalın keyfiyyətinə nəzarət edirlər. Baytarlıq klinikalarında bu cür mütəxəssislər heyvan sahiblərinə müalicə, qulluq və saxlama şəraiti barəsində məsləhət verirlər.

Baytarlıq ixtisasında təhsil alan tələbələr heyvanların anatomiyası, heyvanların fiziologiyası, virusologiya, baytarlıq genetikası, kimya, biokimya, patoloji anatomiya, histologiya və s. fənlərini öyrənir. Biologiya ilə maraqlananlar üçün uyğun ixtisasdır.

Peşənin tarixi

Baytarlığın tarixi insanlığın tarixi qədər qədimdir. İnsan tarixində heyvanların əhliləşdirilməsi ən mühüm hadisələrdən olmuşdur və onunla da baytarlığın ilkin təməlləri atılmışdır. Əsrlər boyunca xüsusilə XVII XVIII əsrlərdə xəstləliklər nəticəsində xeyli heyvan tələf olmuş və bununla da o günə qədər müalicə üçün istifadə olunan ibtidai və empirik metodların yararsız olduğu anlaşılmağa başlamışdır. 1762 – ci ildə dünyada ilk dəfə olaraq elmi mənada təhsil verən ilk məktəb Fransanın Lyon şəhərində yaradılmışdır. Məktəbin məzunlarının bu sahəyə gətirdiyi yeniliklərdən sonra baytarlıq məktəblərinin əhəmiyyəti daha da artmış və baytarlıq bütün dünyada bir ixtisas kimi tədris olunmağa başlamışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

➡ Heyvanların müayinə edilməsi;
➡ Xəstəliklərin müalicəsi;
➡ Heyvanların sağlamlıqlarının qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi;
➡ Dezinfeksiya və dezinseksiya işlərinin aparılması;
➡ Profilaktik tədbirlər (aşılama, sterilizasiya, kastrasiya, kəsmə, dişlərin fırçalanması, və s.);
➡ Nümunələrin götürülməsi və analiz üçün materialların daşınması;
➡ Heyvanların yaşadıqları yerin sanitar şəraitinin yoxlanılması;
➡ Xəstəliklərə qarşı dərman preparatlarının hazırlanması;
➡ Heyvandarlıqda istehsalın və məhsuldarlığın atrırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
➡ Qida məhsullarının müayinəsi, istehlak və satış üçün yararlılığının təsdiqlənməsi;
➡ Sənədləri doldurulması.

Harada bu ixtisasa sahiblənmək olar

➡ Azərbaycan Dövlət Aqrar Universiteti
➡ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Bu ixtisas üzrə ali məktəbi bitirənlər

➡ Özəl baytarlıq klinikalarında
➡ Elmi-istehsalat laboratoriyalarında
➡ Baytarlıq apteklərində
➡ Elmi-araşdırmalar institutlarında işlə təmin oluna bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➡ Heyvanları sevməli;
➡ İxtisasını dərindən bilməli;
➡ Analitik və tənqidi düşüncəyə sahib olmalı;
➡ Empatiya qurmağı bacarmalı;
➡ Səbrli olmalı;
➡ Diqqətli olmalı;
➡ Məsuliyyətli olmalı;
➡ Yüksək araşdırma qabiliyyəti olmalı;
➡ Qeyri-standart vəziyyətlərdə qərar verməyi bacarmalı;
➡ Stressə davamlılıq;
➡ Müşahidə bacarığına sahib olmalı;
➡ Dərmanları xatırlamalı, simptomları xüsusi xəstəliklərə aid etmək üçün güclü yaddaşa sahib olmalıdır.

Bu sahənin gələcəyi

Günü-gündən ev heyvanlarına qarşı marağın artması və kənd təsərrüfatının ölkəmizin iqtisadiyyatında ən mühüm yerlərdən birini tutması ixtisasın gələcəyi ilə bağlı müsbət fikirlər səsləndirməyə imkan verir.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə maaşlar özəl sektorda 500-2000 AZN, dövlət sektorunda isə 200-1000 AZN araığında dəyişməkdədir.

Tez-tez verilən suallar

Baytarlıq təbabəti ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Baytarlıq təbabəti ixtisası üzrə keçid balları 150 ilə 297,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 297,6 baldır.

Baytarlıq təbabəti ixtisası hansı universitetlərdə var?

Baytarlıq təbabəti ixtisası 4 universitetdə tədris olunur: Xəzər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti.

Baytarlıq təbabəti hansı qrupa aiddir?

Baytarlıq təbabəti 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

Ödənişli əsasda Baytarlıq təbabəti ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Baytarlıq təbabəti ixtisasına ən aşağı keçid balı 242 olub. Ödənişli yerlər 2 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂