Balını yoxla

Baytarlıq təbabəti haqqında

Baytarlıq təbabəti haqqında ixtisası 4 universitetdə 6 proqram üzrə tədris olunur. 2025 keçid balları: 150 – 297,6 bal.

4universitet
297,6ən yüksək keçid
150ən aşağı keçid
6dövlət sifarişli proqram

Baytarlıq təbabəti haqqında — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158533
Əyani 297,6 297,6
Azərbaycan Dövlət Aqrar Universitetitədris ingilis dilində
Əyani · 144722
Əyani 275,8
Xəzər Universiteti
Əyani · 158525
Əyani 242 242
Lənkəran Dövlət Universiteti
Əyani · 151648
Əyani 150
Naxçıvan Dövlət Universiteti
Əyani · 142795
Əyani 150
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144699
Əyani 150

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Baytarlıq təbabəti haqqında ixtisası haqqında

Baytarlıq və ya baytarlıq təbabəti – türk və fars sözlərinin birləşməsindən əmələ gəlib, əsasən (Bay – bəy, var dövlət, tar – sahib olmaq, əlində saxlamaq mənasını verir) heyvanların xəstəliklərini öyrənən, onların məhsuldarlığının artırılması ilə məşğul olan, həmçinin insanları zoonoz (heyvan mənşəli) xəstəliklərdən qoruyan peşə sahibləridir. Latın dilində baytar – veterinarus adlanır ki, bunun da mənası “malabaxan” deməkdir. Həmçinin baytarlıq termini altında dövlət və tək sağlamlıq prinsiplərinin tədbirləridə birləşir. Baytarlıq təbabəti – anatomiya, histologiya, fiziologiya, farmakologiya, klinik diaqnostika, cərrahiyyə, epizootologiya, virusologiya, mikrobiologiya, biotexnologiya, immunologiya, sanitariya, toksikologiya, zoogigiyena, baytar sanitar ekspertiza və s. Sahələrə bölünürlər. Baytarlıq təbabəti üçün ən ümdə məsələ insan və heyvanlar üçün ümumi olan xəstəliklər ilə mübarizədir.

Bütün sahələrdə olduğu kimi bu sahədə də uğurlu olmaq üçün öz ixtisasını sevməlisən, bu sahədə bilik və bacarıqlarını daim artırmalısan, elmi nəaliyyət və ixtiraları izləməli beynəlxalq və inkişaf etmiş ölkələrin milli trendlərini nəzarətdə saxlamalıdır. Müasir elmi nəaliyyətlər əsasən ingilis dilində olduğu üçün bu dilədə mütləq şəkildə sahib olub, beynəlxalq baytarlıq sahəsində olan cəmiyyət və birliklərə inteqrasiya edilməlidir. Ümumiyyətlə, uğurlu olmaq üçün 6 addıma riayət etmək lazımdır.

  1. Məqsəd müəyyənləşdiirmək lazımdır. Bunu üçün hər bir peşə sahibinin bir ümumi məqsədi olmalıdır və həmin məqsədə çatmaq üçün isə pilələr və ya kiçicik məqsədləri olmalıdır.
  2. İnsanın həmin məqsədə çatmağa əngəl olan maneələri təyin etmək lazımdır. Çünki məqsədə çatmaq yolunda gözləyən bütün maneələrdən xəbərdar olsaq, onların öhdəsindən gəlmək daha asan olacaq. Yaxşı planlaşdırılmış məqsəd – artıq işin yarısını həll etmək deməkdir. Qarşılaşa biləcəyinizi fikirləşdiyiniz hər bir problemin həll variantlarına hazır olmaq lazımdır.
  3. Məqsədə çatmaqda addımlar olduğu kimi, maneələri də qaldırmaqda pilələr formalaşdırmaq lazımdır
  4. Qrup formalaşdırmaq. Qrup uğurlu insanların məqsədlərinə çatmaq üçün bir vasitədir. Ətrafınızda sağlam insanlardan ibarət qrup formalaşdırmaq lazımdır.
  5. Qorxu hissinə qələbə çalmaq lazımdır. Həqiqətəndə məqsədə doğru addımladıqda hər şey planlaşdırdığımız kimi getmir, gözlənilməz hadisələr və s baş verir və biz qabaqcadan bu hadisələrə hazır olmalıyıq. Yəni hər hansı çətinlikdən qorxub yarı yoldan qayıtmamalıyıq.
  6. Hər zaman məqsədə çatmaq üçün alternativ plana hazır olmalıyıq. Unutmamalıyıq ki, məqsədə çatmaq üçün yalnız bir yol yoxdur.

Ümumiyyətlə, xaricdə təhsil olmaq üçün 3 zərurətin olması lazımdır.

  1. Universitetin səviyyəsindən onun beynəlxalq aləmdə reytinqindən;
  2. Maddi texniki bazasından;

3.Tələbənin çalışqanlığı üçün əlverişli şəraitdən.

Azərbaycanda çox təəssüf ki, baytarlıq ixtisası verən yalnız bir universitet mövcuddur. Bu da ölkə daxili rəqabət qabiliyyətini azaltmaq ilə bərabər həmçinin inkişaf etmiş ölkələrin universitetlərindən maddi texniki bazası və mütəxəssis cəhətdən geri qalır. Bunun üçün də daha yaxşı təhsil alıb müasir baytarlıq elminə yiyələnmək üçün bu sahədə inkişaf etmiş universitetlərdə təhsili davam etdirmək zəruridir. Yaxud da innovativ texnologiyalar ilə işləmək üçün inkişaf etmiş universitetlərdə kurs seminar və ya təhsil almaq labüddür.

Karyera planlaması üçün əsasən tələb, universitetin ilk illərindən baytarlıq təbabətinin hansı sahəsində ixtisaslaşmaq istəyirsə, o sahəyə daha çox vaxt ayırmalıdır. Əlaqələr qurmağı bacarmalı, müasir texnologiyalar ilə işləmək vərdişlərinə sahib olmalı, Azərbaycanda və ya xaricdə ixtisas profilinə uyğun qurumları tanımalı və ya doğru əlaqələr qurmalıdır. Bu ixtisas sahəsində seminar, konferans tədbirləri izləməli və mütəmadi iştirak etməlidir. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, fermer təsərrüfatları, birliklər, dövlət qurumları ilə daim əlaqə saxlamalı bu sahələrdə çalışan mütəxəssislər ilə dialoqa girməklə fikir mübadiləsi aparmağı bacarmalıdır. Yerli və beynəlxalq qurumların təşkil etdiyi təqaüd proqramları haqqında daim mütəmadi məlumat əldə etmək və bu proqramlarda iştirak etməyə çalışmaq lazımdır. Praktik təcrübələrə yiyələnmək və ya mütəxəssislərin yanında praktik təcrübələr keçmək, özəl və dövlət qurumlarının təşkil etdiyi təcrübə proqramlarıda iştirak etmək lazımdır. Bu sahədə nailiyyət əldə etmiş məzunlar ilə görüşlər keçirməlidir.

Əgər tələbə mütəxəssis kimi universitet illərindən özünü formalaşdırsa, dövlət və özəl bölmə ilə yaxşı əlaqələrə sahib olsa, dil və müasir texnologiyalar sahəsində bilik və bacarığa yiyələnsə, ən əsası yaxşı əlaqələrə sahib olsa belə insan üçün iş tapmaq çətin olmayacaq.

Asəf Ömərov

Baytar həkim, epizootoloq

Tez-tez verilən suallar

Baytarlıq təbabəti (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Baytarlıq təbabəti (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 150 ilə 297,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 297,6 baldır.

Baytarlıq təbabəti (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Baytarlıq təbabəti (tədris ingilis dilində) ixtisası 4 universitetdə tədris olunur: Xəzər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti.

Baytarlıq təbabəti (tədris ingilis dilində) hansı qrupa aiddir?

Baytarlıq təbabəti (tədris ingilis dilində) 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

Ödənişli əsasda Baytarlıq təbabəti (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Baytarlıq təbabəti (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 242 olub. Ödənişli yerlər 2 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂