Balını yoxla

Stomotologiya

Stomotologiya ixtisası 2 universitetdə 2 proqram üzrə tədris olunur. 2025 keçid balları: 600,4 – 615,5 bal.

2universitet
615,5ən yüksək keçid
600,4ən aşağı keçid
2dövlət sifarişli proqram

Stomotologiya — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Tibb Universiteti
Əyani · 121289
Əyani 615,5 615,5
Naxçıvan Dövlət Universiteti
Əyani · 142843
Əyani 600,9 600,4

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Stomotologiya ixtisası haqqında

İxtisasın qısa təsviri –

Stomotologiya dedikdə diş,üz,boyun,çənə və ağız boşluğu ilə bağlı fərqli problemlər və estetik işlərlə məşğul olan sahə nəzərdə tutulur. Həmçinin bu sahə həmin orqanların və onları təşkil edən toxumaların anatomiyası, fiziologiyası, profilaktikası və müalicəsi ilə də məşğuldur. Ağız boşluğunda olan tüpürcək vəziləri, bakteriyalar, viruslar, diş ətlərində yaranmış problemlərin öyrənilməsi və həll yollarını araşdırır. Dişlərdə yaranmış müxtəlif problemlər, onların yaranma səbəbini öyrənir və onların bərpa prosesini yerinə yetirir. Çürümüş, zədələnmiş, kariesə məruz qalmış və itirilmiş hissələrin çıxarılması, dəyişdirilməsi və düzəldilməsi proseslərini aparır. Dişlərdə və çənələrdə müəyyən sabəblərdən və ya anadangəlmə halda yaranmış olan pataloji əyrilik və problemlərin düzəldilməsi, estetikası ilə məşğul olur. İtirilmiş dişlərin əvəzlənməsi üşün protezlər hazırlayır. Bütün bunlardan asılı olaraq stomatologiya bölünür: stomatoloq terapevt, stomatoloq cərrah, stomatoloq ortoped, stomatoloq periodontist, stomatoloq ortodontist və s. Kimya və biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Stomotologiya ixtisasının müxtəlif sahələri aşağdaki ohdəliləri yerinə yetirir

  1. Terapeftik stomatologiya – ağız boşluğu və dişlərdə yaranmış müxtəlif xəstəliklərin müalicə üsullarını, funksiyalarında və anatomik quruluşlarında yaranmış problemlərin profilaktikası və müalicəsi ilə məşğul olan stomatologiya sahəsidir.

2.Ortopedik stomatologiya – dişlərdə və çənələrdə inkişaf zamanı gedən anomaliyaların, qüsurların və funksional pozğunluqların profilaktika və müalicəsi ilə məşğul olur. Diş protezlərinin düzəldilməsi və diş cərgəsində yaranmış nasazlıqların aradan qaldırılması bu sahə ilə bağlıdır.

  1. Ortodontist stomatologiyası – bu mütəxəssis yaşla bağlı dəyişikliklərin nəticəsi olan deformasiyanın aradan qaldırılması ilə məşğuldur, daha dəqiq ortodontist dişləmə korreksiyası üzrə mütəxəssisdir. Səhv ısırıq ümumi problemdir. Üstəlik, bu yalnız estetik deyil. Səhv bir ısırıq diksiyaya müdaxilə edir, diş və diş ətlərinin xəstəliklərinə də səbəb ola bilər. Problem xüsusi ağız qoruyucularının və breketlərin köməyi ilə düzəldilir.

3.Uşaq stomatologiyası – süd dişləri ilə əsas dişlərin dəyişməsi zamanı yaranan problemlərin profilkatikası və müalicəsi ilə məşğul olur. İşi stomatoloq terapeftə bənzəyir. Sadəcə o uşaqlar və yeniyetmələr ilə işləyir.

4.Üz – çənə cərrahiyəsi – ağız boşluğu və çənələrdə yaranmış olan iltihabi xəstəliklər, travmalar, anadangəlmə qüsurlar ilə məşğul olur. Üz – çənə cərrahiyəsi bəzi ölkələrdə stomatologiyaya aid edilmir. Stomatologiya sahəsinə aid olan oral cərrahiyə sadəcə ağız boşluğunda aparılan cərrahi müdaxilələri özündə ehtiva edir. Bundan əlavə üz – çənə cərrahlığı ixtisasına da stomotologiya üzərindən keçmək mümkündür.

5.Cərrahiyyə stomatologiyası – bu həkimlər cərrahi müdaxilələr və diş çıxarılması həyata keçirirlər. Onların fəaliyyəti ağız boşluğunun, üzün və ya boyun toxumalarının zəruri manipulyasiyalar üçün açılması ehtiyacı ilə əlaqələndirilir. Diş çıxarılması, bu bölgələrin plastik əməliyyatı və şiş meydana gəlmələrinin aradan qaldırılması ilə məşğul olan cərrahdır. Abscesslər diş həkimi cərrahının və ya üz-çənə cərrahının fəaliyyət sahəsidir.

6.Periodontist stomatologiyası – diş əti xəstəliyini müalicə edir, yəni selikli qişa və dişləri əhatə edən və dəstəkləyən yumşaq toxumalarla işləyir. Dişlər və diş ətləri vahid bir sistem meydana gətirir və sağlam diş əti olmadan sağlam dişlər olmur. Periodontist stomatit (selikli qişanın iltihabı), qinqivit (diş ətinin iltihabı), periodontit (gingivit müalicə olunmazsa ona çevrilir) və s müalicə edir. Burada ən xoşagəlməz xəstəlik periodontal xəstəlikdir. İnfeksiya diş və diş əti arasındakı boşluğa girərsə baş verir. Periodontistin vəzifəsi prosesi dayandırmaq, diş ətlərinin və dişlərin sağlamlığıтı bərpa etməkdir. Bunu etmək üçün dərman istifadə edir, ancaq bəzən cərrahi müalicə üsullarından istifadə etmək qərək duyulur.

  1. Gigiyena stomatologiyası – dişlərin və ağız boşluğunun müayinələrini aparır, onların gigiyenası və xəstəliklərin qarşısının alınması barədə məsləhətlər verir, dişləri cilalayır və lövhə və bərkimiş formaları çıxarır.

Harada bu ixtisasa sahiblənmək olar

  • .Azərbaycan Tibb Universiteti-Stomatologiya
  • Naxçıvan Dövlət Universiteti-Stomatologiya

Daha sonra ixtisaslaşma üçün rezidentura təhsili, həmçinin ölkə daxilində və ölkə xaricində kurslarda təkmilləşmək və təhsil səviyyəsini artırmaq mümkündür.

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Dövlət poliklinikalarında
  • Dövlət,özəl klinika və xəstəxanalarda
  • Şəxsi kabinentlərdə

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • İxtisasını dərindən bilməli;
  • Əl qabiliyyəti olmalı;
  • Pasientləri ilə ünsiyyətə girməyi bacarmalı;
  • Pasientin fikirlərini və istəklərini dinləməli və lazım olan prosedurları düzgün çatdırmalı;
  • Məsuliyyətli olmaq;
  • Dəqiq olmaq;
  • İxtisasını genişləndirməyi bacarmaq;
  • Yaxşı görmə qabiliyyəti və yaddaş;
  • Xüsusi və praktiki məsələri həll etmək;
  • Estetik zövq və yaradıcı düşüncə;
  • Səbrli olmaq;
  • Nəzakətli olmaq;

Bu sahənin gələcəyi

Stomotologiya perspektivli sahədir. Çünki orqanizm üçün lazım olan enerjini ağız boşluğu orqanlarımız vasitəsilə qəbul edir. Onların sağlamlığı və müalicəsi insanların hər zaman önəm verəcəyi məsələdir. Buna görə də bu sahə insanların hər daim ehtiyac duyacağı sahədir.

Bu ixtisas üzrə maaşlar

Standart maaş yoxdur, çünki yerinə yetiriləcək prosedura görə qiymət də dəyişir. Ortalama olaraq aylıq gəlir 100 AZN – dən yuxarı olaraq dəyişir.

Tez-tez verilən suallar

Stomatologiya ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Stomatologiya ixtisası üzrə keçid balları 600,4 ilə 615,5 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 615,5 baldır.

Stomatologiya ixtisası hansı universitetlərdə var?

Stomatologiya ixtisası 2 universitetdə tədris olunur: Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti.

Stomatologiya hansı qrupa aiddir?

Stomatologiya 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

Ödənişli əsasda Stomatologiya ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Stomatologiya ixtisasına ən aşağı keçid balı 600,4 olub. Ödənişli yerlər 2 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂