Balını yoxla

Su bioehtiyatları və akvakultura

Su bioehtiyatları və akvakultura ixtisası 3 universitetdə 3 proqram üzrə tədris olunur. 2025 keçid balları: 171,6 – 266,2 bal.

3universitet
266,2ən yüksək keçid
171,6ən aşağı keçid
3dövlət sifarişli proqram

Su bioehtiyatları və akvakultura — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universiteti
Əyani · 112719
Əyani 266,2 266,2
Qərbi Kaspi Universiteti
Əyani · 157634
Əyani 222,6 222,6
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144641
Əyani 171,6

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Su bioehtiyatları və akvakultura ixtisası haqqında

İxtisasın təsviri

Su bioehtiyatlari və akvabitkilər ixtisası bakalavr dərəcəsi üzrə tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və eko-sistemlərinin struktur və funksional təşkilatı, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər. Suda yaşayan hidrobiontlar- balıqlar, xərçəngkimilər və onların qidalandıqları plankton, nekton və bentos orqanizmlərinin yayılmasını, biologiyasını və ekologiyasını öyrənən sahədir. Həmçinin bu sahəni öyrənməklə Azərbaycanda və digər ölkələrdə olan su hövzələrinin xüsusiyyətlərini, bu su hövzələrində yaşayan canlı orqanizmlər qrupunu da öyrənmək mümkündür. Dünya akvariumları və okeanariumlar, nəsli kəsilməkdə olan və nadir balıq növləri üçün genetik materialın anbarına çevrilmişdir. Bu məsələ ixtisas sahiblərini nadir növləri xilas etmək üçün beynəlxalq proqramın dəyərli iştirakçılarına çevirir. Hidrobionlarım çoxyönlü araşdırılması, ümumiyyətlə, biologiya üçün vacib olan bir sıra vacib kəşflər etməyə imkan verir. Bu sahə üzrə təhsil alan tələbələr əsasən balıqların sistematikası, daxili və xarici quruluşu, qidalanması, yemləndirilməsi, çoxaldılma üsulları kimi biliklər əldə edirlər. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

Peşənin tarixi

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  1. Balıqların yemləndirilməsi və çoxaldılması üsullarını həyata keçirmək
  2. Su hövzələrində yayılmış bitki örtüyünün, xüsusilə də yosunların tədqiqatı ilə məşğul ola bilmək
  3. Balıqların anatomik quruluşunu, onların təkamül inkişafını, çoxalma xüsusiyyətlərini və yaşayış yerlərini öyrənmək;
  4. Balıqların qorunması fəaliyyəti, populyasiyanın azalması və nəsli kəsilmə təhlükəsinin müəyyənləşdirilməsi;
  5. Balıqların yaşayış şəraitinin öyrənilməsi, fərdi növlərin yetişdirilməsi üçün əlverişli mühitin əsas meyarlarının müəyyənləşdirilməsi.
  6. Balıq məhsullarının baytarlıq və sanitariya qiymətləndirməsinin aparılması;
  7. Balıq təsərrüfatlarında proseslərin optimallaşdırılması;
  8. Akvarium sakinlərinə və floraya diqqətli qulluq;
  9. Akvariumda təmizliyi və optimal temperaturu saxlamaq;

Harada bu ixtisasa sahiblənmək olar

  1. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
  2. Bakı Dövlət Universiteti
  3. Qərbi Kaspi Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  1. İxtisas üzrə təhsil müəssisələrində
  2. Müxtəlif araşdırma mərkəzlərində
  3. Elmi Tədqiqat İnstitutlarında
  4. Balıqların çoxaldılması ilə məşğul olan qurumlar (məs. Neftçala, Qəbələ)

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır? (min 7-10)

  1. Təbiət elmlərini dərindən mənimsəmək;
  2. Laboratoriyada işləmək bacarığı;
  3. Tədqiqat bacarığı;
  4. İntellektual inkişaf.Mütəmadi olaraq inkişaf etmək, elmi istiqamətləri izləmək, yeni sahələri öyrənmək;
  5. Səbirli olmaq;
  6. Dözümlülük. Yaxşı fiziki hazırlıq uğurlu tədqiqat və ekspedisiya keçirmə şansını əhəmiyyətli dərəcədə artırır;
  7. Məntiqi düşüncə. Toplanmış məlumatları təhlil etmək, balıq ovu üsullarının səmərəliliyini müəyyənləşdirmək, müəyyən balıq növlərinin populyasiyasını artırmaq və bərpa etmək qabiliyyəti mühakimələrdə ardıcıllıqla hərəkət və məntiq tələb edir;
  8. Təbiətə maraq və sevgi;
  9. Uzunmüddətli müşahidə bacarığı;
  10. Punktuallıq və məsüliyyət;

Bu sahənin gələcəyi

Hal-hazırda Azərbaycanda neft sektorundan qeyri-neft sektoruna keçid olduğu üçün, eləcə də kənd təsərrüfatına daha geniş diqqət ayrıldığı üçün bu sahənin gələcəyi uğurludur.

Bu ixtisas üzrə maaşlar

Bu mütəxəsislərin qazancı təkcə onun təcrübəsindən və ixtisasından deyil, həm də təşkilatdan, qeydiyyata alındığı bölgədən asılıdır. Maaş aralığı 300 – 1000 AZN.

Tez-tez verilən suallar

Su bioehtiyatlar ı və akvakultura ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Su bioehtiyatlar ı və akvakultura ixtisası üzrə keçid balları 171,6 ilə 266,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 266,2 baldır.

Su bioehtiyatlar ı və akvakultura ixtisası hansı universitetlərdə var?

Su bioehtiyatlar ı və akvakultura ixtisası 3 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti.

Su bioehtiyatlar ı və akvakultura hansı qrupa aiddir?

Su bioehtiyatlar ı və akvakultura 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

Ödənişli əsasda Su bioehtiyatlar ı və akvakultura ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Su bioehtiyatlar ı və akvakultura ixtisasına ən aşağı keçid balı 222,6 olub. Ödənişli yerlər 2 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂