Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Beynəlxalq münasibətlər haqqında

Beynəlxalq münasibətlər haqqında ixtisası 14 universitetdə 21 proqram üzrə tədris olunur. 2025 keçid balları: 255,4 – 562,6 bal.

14universitet
562,6ən yüksək keçid
255,4ən aşağı keçid
9dövlət sifarişli proqram

Beynəlxalq münasibətlər haqqında — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
ADA Universitetitədris ingilis dilində
Əyani · 131332
Əyani 562,6
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əyani · 129227
Əyani 511,4 511,4
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111771
Əyani 499,7 499,7
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158411
Əyani 493,1 348,5
Naxçıvan Dövlət Universitetitədris ingilis dilində
Əyani · 142551
Əyani 490,1 323,7
Azərbaycan Dillər Universitetitədris ingilis dilində
Əyani · 126327
Əyani 488,1 425,8
Bakı Dövlət Universiteti
Əyani · 111755
Əyani 481,4 407,6
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123768
Əyani 480,6 429,5
Azərbaycan Dövlət İqtisad Universitetitədris türk dilində
Əyani · 123751
Əyani 480,3 390,8
Azərbaycan Dillər Universiteti
Əyani · 126295
Əyani 387,3
Bakı Slavyan Universiteti
Əyani · 127291
Əyani 370,9
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136241
Əyani 361,4
Qarabağ Universiteti
Əyani · 152336
Əyani 344,8
Bakı Slavyan Universiteti
Qiyabi · 127315
Qiyabi 310,6
Bakı Avrasiya Universiteti
Əyani · 162242
Əyani 309,4
Azərbaycan Universiteti
Əyani · 155366
Əyani 304,6
Qərbi Kaspi Universiteti
Əyani · 157456
Əyani 286,3
Naxçıvan Dövlət Universiteti
Əyani · 142543
Əyani 280,7
Bakı Avrasiya Universitetitədris ingilis dilində
Əyani · 162259
Əyani 268,4
Odlar Yurdu Universiteti
Əyani · 164421
Əyani 267,9
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157448
Əyani 255,4

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Beynəlxalq münasibətlər haqqında ixtisası haqqında

BEYNƏLXALQ MÜNASIBƏTLƏR

Beynəlxalq münasibətlər ən prestijli universitetlərdən tutmuş dünyanın bütün ölkələrində tədris olunur. Onun əsas məqsədi dünya cəmiyyətlərini, aktorlarını və onların qarşılıqlı əlaqələrini öyrənməkdir. Bu sahədə ixtisaslaşan tələbələr daha çox özünü diplomatiya və xarici siyasət sahəsində inkişaf etdirir. Bir çox kollec və universitet bu ixtisasın tədrisi zamanı fənlərarası yanaşma təqdim edir; bu ixtisasa yiyələnən şəxslərə tarix, siyasət, iqtisadiyyat, dünya dilləri, coğrafiya elmləri və onların müəyyən birləşmələri nəticəsində törəyən sahələr (məs. geopolitika) tədris olunur. Beynəlxalq münasibətlər sahəsində Bakalavr, Magistr və Doktorantura dərəcələri qazanmaq mümkündür. Magistr və Doktorantura proqramları Beynəlxalq Münasibətlərin spesifik sahəsində ixtisaslaşmaq istəyənlər üçün nəzərdə tutulur.

Bu sahədə uğurlu olmaq daha çox fərdin öz üzərinə götürdüyü rol ilə müəyyən olunur. Beynəlxalq Münasibətlər ixtisası digər ixtisaslar kimi konkret iş imkanları və ya uğur indeksləri təklif etmir. Əvəzinə dünyagörüşü artırır, strateji bacarıqlar aşılayır və daha çox məsuliyyətli olmağı təklif edir. Beynəlxalq münasibətlər sahəsində uğurlu olmaq üçün bir sıra addımlar önəmlidir. Bunlardan birincisi Magistr dərəcəsinə yiyələnməkdir. Əgər bakalavr dərəcəsi əldə edildikdən sonra bu sahədə qalmaq ilə bağlı tərəddüd yaranmırsa, o zaman bu sahədə həm karyera imkanları əldə etmək, həm də spesifik bacarıqlara yiyələnmək üçün Magistr dərəcəsini qazanmaq önəmlidir. Bu sahədə çalışan bir çox şirkət, dövlət orqanları, qeyri-hökumət və hökumət təşkilatları şəxsin təhsil dərəcələrinə xüsusi diqqət ayırır. İkinci ən önəmli məsələ bu sahədə təcrübə keçməkdir. Beynəlxalq münasibətlər sahəsində kifayət qədər təşkilat vardır ki, müxtəlif növ təcrübə imkanları təklif edirlər. Onların bəziləri araşdırma, bəziləri administrativ, bəziləri isə praktiki təcrübə proqramları təklif edirlər. Hər hansı istiqamətə yönəlmək isə şəxsin bu sahədə hansı istiqamətdə özünü görməsi ilə dəyişə bilər. Beynəlxalq münasibətlər sahəsində olmazsa olmaz məsələlərdən biri xarici dil bilikləridir. Ən az əlavə iki xarici dil biliyi şəxsi bu sahədə çox irəli apara bilər. Dil seçimi isə şəxsin olmaq istədiyi sahə və marağının olduğu regiona görə dəyişə bilər. Siyasətin dili fransız dilidir. Beynəlxalq təşkilatların əsas dillərindən biridir. Bundan başqa alman, rus, çin dilləri də ən önəmli dillər siyahısındadır. Bütün bu sadalananlar ingilis dilindən əlavə öyrənilə biləcək dillərdir.

Beynəlxalq münasibətlər sahəsində xaricdə təhsil almaq böyük üstünlükdür. Bunun bir sıra səbəbləri var:

  1. Dünyagörüşü – bu ixtisasa yiyələn şəxslərdə dünyagörüşü digərlərinə nisbətən daha effektiv və sürətlə inkişaf edə bilər. Çünki bu ixtisasın tədris etdiyi fənlər və bilgilər konkret olmadığı üçün hər sahə ilə bağlı fikir sahibi olmaq mümkündür. Xaricdə təhsil alan şəxslər beynəlxalq tələbələr ilə eyni mühitdə olduğu üçün daha çox fikir alış-verişi imkanı yaranır. Beyin fırtınasının çox olduğu proqramlarda şəxs bu sahə ilə bağlı özünü daha çox inkişaf etdirə bilir. Çünki müxtəlif ölkə və regionları təmsil edən insanlarla bir başa ünsiyyət kitablardan və ya məqalələrdən alınan məlumatlardan daha doğru və effektiv olur.
  2. Dil bacarıqları – Xaricdə təhsil şəxsin dil bacarıqlarını daha sürətlə inkişaf etdirir. Mühit beynəlxalq olduğu üçün hər gün daha çox ünsiyyətdə olmaq həm insanlar qarşısında nitq bacarıqlarını, həm təqdimat xüsusiyyətlərini, həm də söz bazasını genişləndirir. Bundan əlavə müxtəlif aksentləri eşitmək gələcəkdə dinlənilən bütün nitqləri çətinlik çəkmədən başa düşməyə kömək olur.
  3. Komanda işi – Bir çox universitetlərdə tədris zamanı kollektiv tapşırıqlar olur. Bunlara müxtəlif təqdimatlar hazırlamaq, inşalar yazmaq və ya hesabatlar tərtib etmək daxildir. Bu zaman komandadakı hər bir şəxsin öz rolu olur və hamı bir biri ilə qarşılıqlı əlaqədə olur. Beləliklə, dünyada baş tutan böyük araşdırmaların, layihələrin və s. proqramların mini versiyalarını universitet tapşırıqlarına tətbiq etmək olur. Bu da gələcəkdə şəxsə kollektivdə işləmək üçün bir sıra önəmli bacarıqlar qazandırır.
  4. Rəqabət və araşdırma bacarıqları – Beynəlxalq münasibətlər sahəsində xaricdə təhsil almağın ən böyük effektlərindən biri sağlam rəqabət və araşdırma qabiliyyətini gücləndirməkdir. Çünki şəxs xaricdə daim rəqabətdə olur. Bu sahədə rəqabət önəmlidir. Çünki rəqabət nə qədər çox olsa, şəxs bir o qədər inkişaf edir və bu sahədə möhkəmlənir. Şəxsin rəqiblərinə qalib gəlməsi də məhz məhz bu rəqabətdən doğan bacarıqlardan asılıdır. Araşdırma qabiliyyəti yüksək olan, metodologiyanı düzgün tətbiq edən və effektiv nəticələr təqdim edə bilən şəxslər daim öndə olur.

Beynəlxalq münasibətlər sahəsində karyera planlamasını qurmaq üçün ixtisas üzrə təhsil alarkən, hətta bu ixtisası seçməzdən öncə düşünmək lazımdır. Universitetlər tərəfindən tədris olunan Beynəlxalq Münasibətlər proqramlarının fərqli istiqamətləri və ixtisaslaşma sahələri olduğu üçün tədrisdən sonrakı iş mühiti haqqında dərindən araşdırma aparmaq lazımdır. Maraq sahənizə və karyera hədəflərinizə uyğun proqram seçmək karyera planlamasının ən önəmli addımlarından biri olduğu üçün bu prosesə universitetdə təhsil alarkən başlamaq lazımdır. Bu, sizin peşə ixtisasınızın inkişafınızda böyük rol oynayacaq.

Beynəlxalq münasibətlər sistemində müxtəlif sektorlarda işləmək mümkündür. Hökumət sektorunda fəaliyyət göstərən qurumlar çox zaman bürokratik əngəllər yarada bilirlər, lakin həmin qurumlarda çalışmaqla böyük layihələrdə işləmək imkanına sahib olmaq mümkündür. Gəlir məqsədi güdməyən sektorda isə bürokratik əngəllər daha azdır və daha çox professional mühit formalaşa bilir. Bu sahədə işləyən qurumlar daha çox Qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri olur. Bütün sektorlar arasında müxtəlif fərqliliklər vardır. Bu fərqliliklər özünü təqdim olunan maaşlarda da göstərir. Bu sahədə təklif olunan maaşlar digər ixtisas peşələri kimi çox yüksək olmur. Üstəlik, əmək bazarında bu sahənin mütəxəssisi çox olduğu üçün daha çox rəqabətlə üzləşmək mümkündür. Bu halda isə şəxsi bacarıq və keyfiyyətlər karyera cığırının önəmli hissəsinə çevrilir.

İlk işi tapmaq demək olar ki, yeni məzun olmuş bütün insanlar üçün çətin olur. Amma ilk iş üçün ərizə göndərməmişdən öncə yaxşı CV-ə sahib olmaq şəxsi rəqiblərindən daha irəli apara bilər. Beynəlxalq münasibətlər sektorunda təcrübə və ya staj keçmək, könüllü fəaliyyət göstərmək başlanğıc üçün məsləhətli addımdır. Stajlar müxtəlif üstünlüklər təqdim edir: müəyyən karyera sahəsini dərindən öyrətmək, gələcək iş axtarışlarında uğurlu olmaq üçün əlaqələr qurmaq, bu sahədə tanınmaq, iş təklifləri almaq və s. BMT, Aİ, Beynəlxalq QHT-lər və bir sıra şirkətlər tələbələr üçün müxtəlif staj proqramları təklif edir. Bu tip təşkilatlar 3-6 ay aralığında təcrübə proqramı elan edirlər və bu müddət ərzində təcrübəçini həmin sahədə praktiki olaraq inkişaf etdirirlər. Universitetdən məzun olduqdan sonra isə bu sahədə təcrübə varsa, ilk işi əldə etmək bir o qədər asanlaşa bilir. İlk işə ərizə göndərməmişdən öncə həmin iş, şirkət, mühit barədə bütün məlumatlara sahib olmaq sizin ərizənizi və istəyinizi daha güclü edə bilər.

Əliyar Əzimov

Tez-tez verilən suallar

Beynəlxalq münasibətlər (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Beynəlxalq münasibətlər (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 255,4 ilə 562,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 511,4 baldır.

Beynəlxalq münasibətlər (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Beynəlxalq münasibətlər (tədris ingilis dilində) ixtisası 14 universitetdə tədris olunur: ADA Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Qarabağ Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və digərləri.

Beynəlxalq münasibətlər (tədris ingilis dilində) hansı qrupa aiddir?

Beynəlxalq münasibətlər (tədris ingilis dilində) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Beynəlxalq münasibətlər (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Beynəlxalq münasibətlər (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 255,4 olub. Ödənişli yerlər 20 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂