Balını yoxla

Filologiya(ispan dili və ədəbiyyatı)

Filologiya(ispan dili və ədəbiyyatı) ixtisası 1 universitetdə 1 proqram üzrə tədris olunur. 2025 keçid balları: 384,9 – 506,2 bal.

1universitet
506,2ən yüksək keçid
384,9ən aşağı keçid
1dövlət sifarişli proqram

Filologiya(ispan dili və ədəbiyyatı) — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dillər Universitetiispan dili və ədəbiyyatı üzrə
Əyani · 126368
Əyani 506,2 384,9

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Filologiya(ispan dili və ədəbiyyatı) ixtisası haqqında

İxtisasın qısa təsviri

Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. İspan dili və ədəbiyyatı filologiyası özlüyündə İspan dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrədir. Həmçinin,klassik ədəbiyyat nümayəndələrinin əsərlərilə yanaşı müasir ədəbiyyat nümunələrilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Əlavə olaraq,lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

Filologiya fakültəsi 1919-cu ildə tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Fakültənin ilk dekanı prof. N.A.Dubrovski olmuşdur (1919-1920).

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Filologiya ixtisasında ən başlıca və əsas iş öhdəliklərindən biri də elmi işlərin aparılmasıdır.Elmi işlər:

➝ Dilçiliyi elmi səviyyə öyrənmək və araşdırmaq.

➝ Dilin tarixi haqqda dərindən və elmi səviyyədə tədqiqatlar aparmaq.

  • ➝ İspan ədəbiyyatını elmi səviyyədə araşdırmaq.
  • ➝ İspan dili və ədəbiyyatını qarşılıqlı əlaqələrini araşdırmaq.
  • ➝ Ümumulikdə müqayisəli filologiya da var.Burada ispan dili və ədəbiyyatı ilə azərbaycan dili və ədəbiyyatını müqayisəli şəkildə araşdırmaq aiddir
  • ➝ Bədii, elmi, texniki və müxtəlif ixtisaslaşdırılmış ədəbiyyatın yazılı tərcümələrini etmək;
  • ➝ Dilçilik üzrə məsləhətlər vermək;
  • ➝ Elmi sənədlərin, dərsliklərin, dillərin öyrənilməsi üçün tədris vəsaitlərinin, lüğətlərin, qrammatikaların, dil təsnifatı sistemlərinin nəzərdən keçirilməsi və nəşrə hazırlanması;
  • ➝ Beynəlxalq toplantılarda, konfranslarda, hökumət iclaslarında və bənzər tədbirlərdə bir dildən digərinə tərcümə;
  • ➝ Elmi sənədlərin və hesabatların hazırlanması

Harada bu ixtisasa sahiblənmək olar

1.Azərbaycan Dillər Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar

1.İlk öncə təbii ki,məzunların biliklərini nəzərə alsaq univeristetlərdə,özəl şirkətlərdə və konsulluqlarda iş imkanları vardır

. 2.Burada məzunların bilikləri çox böyük rol oyanyır.Əgər məzunlar ixtisasartırma və magistr bitiriblərsə bir çox universtetlərdə və ya AMEA-da iş tapmaq imkanları vardır.

3.Bir sıra özəl şirkətlərdə tərcüməçi çalışa bilərlər.

4.Həmçinin də ixtisas artırma ilə orta məktəblərdə də müəllim kimi çalışa bilər

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • ➝ İlk öncə İspan dilinə maraq olmalıdır.Ən azından A2 (Elementry)- B1 (Pre-Intermediate) səviyyədə İspan dili bilikləri olmalıdır.
  • ➝ İspan dili ədəbiyyatına marağın olması.
  • ➝ Yaddaşın güclü olması.
  • ➝ Geniş dünya görüşünün olması.

➝ Yüksək təhlil etmə bacarığı.

➝ Səbirli olmaq.

  • ➝ Söz bazasının olması (ispasn dili)
  • ➝ Lüğətlərlə işləmək bacarığının olması.
  • ➝ Şifahi və yazılı nitq;
  • ➝ Zəngin təxəyyül;
  • ➝ Analitik düşüncə;
  • ➝ Güclü eşitmə və yaddaş;
  • ➝ Diqqətlilik.
  • Bu sahənin gələcəyi

Filologiya ixtisası çox şaxəli ixtisaslardan biridir.Bitirən məzunlar bir çox iş imkanı ilə təmin olunur.(Müəllimlik,Filoloq,Tərcüməçi və s)

Bu ixtisas üzrə maaşlar

Təbii ki,maaşlar filoloqun işlədiyi sahələrdən və yerlərdən asılıdır.Universitetlərdə,orta məktəblərdə maaşlar min 400-600 manatdan başlayır.

Tez-tez verilən suallar

Filologiya (ispan dili və ədəbiyyatı üzrə) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Filologiya (ispan dili və ədəbiyyatı üzrə) ixtisası üzrə keçid balları 384,9 ilə 506,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 506,2 baldır.

Filologiya (ispan dili və ədəbiyyatı üzrə) ixtisası hansı universitetlərdə var?

Filologiya (ispan dili və ədəbiyyatı üzrə) ixtisası 1 universitetdə tədris olunur: Azərbaycan Dillər Universiteti.

Filologiya (ispan dili və ədəbiyyatı üzrə) hansı qrupa aiddir?

Filologiya (ispan dili və ədəbiyyatı üzrə) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Filologiya (ispan dili və ədəbiyyatı üzrə) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Filologiya (ispan dili və ədəbiyyatı üzrə) ixtisasına ən aşağı keçid balı 384,9 olub. Ödənişli yerlər 1 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂