Fizika ixtisası haqqında
Fizika ixtisası
İxtisasın təsviri
İxtisasın əsasını təşkil edən Fizika elmi təbiəti öyrənən elmlərin ən mühümüdür. O, bizi əhatə edən aləmin quruluşunu, xassələrini və orada baş verən hadisələrin ümumi qanunlarını öyrənir. Fizika bizi müasir dövrdə radiodan, elektrikə, təyyarədən kosmik gəmilərə kimi bir çox şey qazandırmışdır. Bizi Aya aparmış və geri gətirmişdir. Bu ixtisasa sahib olan tələbələr universitet həyatlarından ayrıldıqdan sonra uğurlu şəxs ola biləcəkləri qaçınılmazdır. Fizik ətrafımızdakı təbiəti, yəni fiziki cisimləri və fiziki hadisələri araşdırır. İşin mahiyyəti məntiqi nəticələrin eksperimentlə təsdiqlənməsidir. Fikirlər eksperimental olaraq sınanır, təcrübi nəticələr yeni fikirlər irəli sürür. Fizikada çox geniş sahə olduğundan, bu elm adamları, bir qayda olaraq, müəyyən bir sahəyədə ixtisaslaşırlar. Beləliklə, nüvə fizikləri, radiofiziklər, nanofiziklər var. Həmçinin, hansı fiziki hadisələrin araşdırıldığından asılı olaraqda biofiziklər, geofiziklər, fizik-okeanoloqlar kimi də təsnif olunurlar.
İxtisasın tarixi
İxtisasın tarixinə nəzər salsaq, onu deyə bilərik ki, Azərbaycanda Fizika ixtisasının əsası 1919 – cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fizika kafedrasının yaradılması ilə qoyulmuşdur. 1920 – ci ildə Fizika-riyaziyyat fakültəsi yaradılmış, ilk dekanı prof. V.F.Razdorski olmuşdur. 1958 – ci ildən Fizika fakültəsi müstəqil fəaliyyətə başlamışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
- Təcrübələr keçirmək və yeni, həqiqi elmi fikirlər irəli sürmək;
- Təcrübələr aparmaq üçün fikir və prosedurları inkişaf etdirmək;
- Müşahidə aparmaqla hadisələri izah etmək;
- Yeni hadisə və nəticələri qeydə almaq;
- Yaranmış fiziki problmlərə həll yolu tapmaq;
- Daimi araşdırmalar aparmaq;
- Təcrübət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- Laboratoriya tədqiqatları zamanı qeydlər aparın – bunun üçün səs yazma video və audio cihazlarından istifadə etmək;
- Alınan məlumatları emal etmək.
Harada bu ixtisasa sahiblənmək olar
Bakı Dövlət Universiteti
Sumqayıt Dövlət Universiteti
Migəçevir Dövlət Universiteti (Bakı filialı)
Naxçıvan Dövlət Universiteti
Həmçinin, Azərbaycanda fəalyyət göstərən kursların (Kaspi, Zəfər, Kainat, Dərs evi və s.) çoxunda bu ixtisas üzrə nəzəri biliklərə yiyələnmək olar.
Bu ixtisas üzrə harada çalışmaq olar?
Azərbayçan Milli Elmlər Akademiyası Fizika İnstitutunda;
Universitetlərdə;
Məktəblərdə;
Abituriyent kurslarında;
Yerli və beynəlxalq tədqiqat mərkəzlərində (Ən məşhuru Avropa Nüvə Araşdırma Mərkəzi kimi tanınan Yüksək Enerji Fizikası Labaratoriyası (CERN) hesab edilir);
Fizika ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq fizika fənnini tədris edə bilər.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
Riyazi biliklər;
İxtisas bilikləri;
Müasir texnoloji biliklər;
Elektrik və elektrik cihazlarından ilkin anlayışlara sahib olmaq həmçinin müdaxilə etməyi bacarmalı;
Müşahidə aparmağı bacarmalı;
Təcrübə aparmağı bacarmalı;
Analitik biliklərə sahib olmalı;
Təşəbbüskarlıq;
Tələbkarlıq;
Dürüst və məsulliyətli olmaq;
Detallara diqqət yetirməyi bacarmaq;
Yaxşı müşahidə qabiliyyəti.
İxtisasın gələcəyi
Qısaca onu demək olar ki, təbiətlə bağlı bir elm sahəsi olduğu üçün, bu elmdə əldə edilən nəaliyyətlər hər il artmaq üzrədir. Dünya var olduqca bu elm sahəsində əldə edilən uğurlar və yeniliklər daimi olacaqdır.
Əmək haqqı
Fəaliyyət göstərilən sahələrdən, qurumlardan asılı olaraq maaşlar dəyişir. Burda peşə sahibinin malik olduğunu elmi dərəcə (bakalavr, master, PhD, elmlər doktoru) də önəm kəsb edir. Əmək haqqı 300 AZN – 5000 AZN aralığında dəyişir.