Balını yoxla
I qrup · Texniki Qiyabi də var

Şərabçılıq

Şərabçılıq ixtisası 5 universitetdə 8 proqram üzrə tədris olunur. 2025 keçid balları: 150 – 224,3 bal.

5universitet
224,3ən yüksək keçid
150ən aşağı keçid
8dövlət sifarişli proqram

Şərabçılıq — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Mühəndislik Universiteti
Əyani · 128563
Əyani 224,3 224,2
Bakı Mühəndislik Universiteti
Qiyabi · 128571
Qiyabi 209,5 209,5
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154142
Əyani 207,5 207,5
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147299
Əyani 197,8 150,4
Azərbaycan Texnologiya Universitetitədris ingilis dilində
Əyani · 147322
Əyani 189,4 150
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151226
Qiyabi 177,2
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144252
Əyani 175
Lənkəran Dövlət Universiteti
Əyani · 151218
Əyani 174,7

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Şərabçılıq ixtisası haqqında

İxtisasın qısa təsviri

Bu ixtisas ilə təhsil alan tələbələr üzüm və bəzi digər meyvələrdən müxtəlif çeşiddə şərabların hazırlanması texnologiyalarını öyrənir. Şərabçılıq texnologiyasında ümumi qaydalar və hər bir növü üçün xüsusi texnoloji qaydalar var. Şərabçılığa ilkin şərabçılıq (qıcqırmış şərab materiallarının hazırlanması) ve ikinci şərabçılığa (qıcqırmış şərab materiallarından kupaj usulu ve texnoloji premlar ilə xüsusi şərabların hazırlanması) da daxildir.Şərabın yaradılması üçün əsas kimyəvi proseslərdir. Şərabçı-texnoloq, hər şeydən əvvəl üzvi kimya üzrə mütəxəssisdir. Bununla yanaşı, o, ampeloqrafiya (üzüm sortları elmi) sahəsində biliklərə sahib olmalıdır, istehsal prosesinin təşkilini yaxşı bilməlidir. Peşə kimya, biologiya və dünya sənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi. Komitənin müəssislərində 300 mindən artıq insan işləyirdi. 1980-ci ildə Azərbaycanda 120 milyon dekalitr çaxır, 1,16 milyon dekalitr konyak istehsal edilmişdi. Həmin vaxtlar Azərbaycanın şərab zavodları 60-dan çox markalı şərab, o cümlədən 17 növ kəmşirin çaxır, 20 növ portveyn tipli tünd desert çaxırı, 11 növ desert çaxırı və 6 növ markalı konyak istehsal edib. 1982-ci ildə ölkədə 267 min hektar üzüm sahəsi olub və hektardan məhsuldarlıq 95 sentner təşkil edib. Ölkə üzrə üzüm istehsalı 2,1 milyon təşkil edib.

Həmin illərdə üzümçülükdən gələn vəsaitlər ölkə büdcəsinin 40 faizin təşkil edib. Bütövlükdə isə Azərbaycan büdcəsinin 60 faizi kənd təsərrüfatından formalaşırmış. Hazırda isə Azərbaycan büdcəsinin gəlir hissəsinin 70 faizindən çoxu neft-qaz sektorundan gələn vəsaitlərin hesabına təmin edilir. Yəni üzümçülük sektoru əvvəlki gücünü bərpa edərsə, büdcə gəlirlərinin təminində neft sektoruna layiqli alternativ ola bilər.

Mixail Qorbaçovun alkoqol əleyhinə apardığı kampaniyanın ən ağır zərbəsi Azərbaycana dəymişdi və 130 min hektar üzüm bağı qısa müddət ərzində məhv edilmişdi. Ermənistan tərəfindən işğal edilən Qarabağ torpaqlarında isə 45 min hektardan çox üzüm bağı qalıb. Yəni 180 min hektara yaxın üzüm bağı hələ sovet illərində itirilib. Qalan 80 min hektardan çox üzüm bağı isə müstəqillik illərində məhv oldu – 1990 – cı illərdə Rusiya ilə əlaqələrin qırılması nəticəsində şərab zavodları məhsulunu sata bilmədi və əhalidən üzüm tədarük etmədi. Nəticədə, təsərrüfatlarda üzümlüklər məhv edilərək yerində taxıl və başqa bitkilər əkilməyə başladı.

Bu ixtisas sahibi nə işlə məşğul olur

  • Şərabçı üzümün düzgün yetişmə vaxtını müəyyənləşdirir
  • Üzümün qıcqırdılması,
  • Şərab materialının saxlanması – yetişdirilməsi,
  • Kupaj olunmasi
  • Qablaşdırılması ilə məşğul olur
  • İstehsalatda işçilərin işini təşkil etmək;
  • Xammalın (üzümün) təravətinə və keyfiyyətinə nəzarət etmək;
  • Materialların saxlanma və fermentasiya temperatur rejimini yoxlamaq;
  • Müəssisədə sanitariya normalarına əməl olunmasına nəzarət etmək;
  • Şərab hazırlamaq üçün yeni metodlar hazırlamaq;
  • Şərab içkiləri üçün yeni reseptlər axtarışı.

Harada bu ixtisasa sahiblənmək olar

Bu ixtisas üzrə harada çalışmaq olar

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır? (min 7-10)

  • diqqətlilik;
  • müşahidə bacarığı;
  • Səbli olmaq;
  • analitik düşüncə tərzi,
  • proqnoz vermək bacarığı;
  • Yaradıcılıq
  • Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmaq;
  • Təşəbbüskar;

Bu sahənin gələcəyi

Bu proqramın məqsədi isə konkret olaraq, şərab və şərabçılıq məhsullarına olan tələbatı ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanlarını nəzərə almaqla ödəmək, şərab istehsalı müəssisələrinin fəaliyyətini genişləndirmək və müasir texnologiyalar əsasında qurmaq, xammal təminatını yaxşılaşdırmaq, şərabçılıq məhsullarını ixracını artırmaq və kənd əhalisinin məşğulluq səviyyəsini yüksəltmək üçün ölkədə üzümçülüyün, şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.

Bu ixtisas üzrə maaşlar

1500 Azn – 10000 Azn maaş

Tez-tez verilən suallar

Şərabçılıq (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Şərabçılıq (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 150 ilə 224,3 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 224,3 baldır.

Şərabçılıq (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Şərabçılıq (tədris ingilis dilində) ixtisası 5 universitetdə tədris olunur: Bakı Mühəndislik Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti.

Şərabçılıq (tədris ingilis dilində) hansı qrupa aiddir?

Şərabçılıq (tədris ingilis dilində) 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Şərabçılıq (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Şərabçılıq (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 150 olub. Ödənişli yerlər 5 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂