Balını yoxla

Ekologiya mühəndisliyi

Ekologiya mühəndisliyi ixtisası 14 universitetdə 17 proqram üzrə tədris olunur. 2025 keçid balları: 185,6 – 320,6 bal.

14universitet
320,6ən yüksək keçid
185,6ən aşağı keçid
13dövlət sifarişli proqram

Ekologiya mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Gəncə Dövlət Universiteti
Əyani · 145176
Əyani 320,6 213,1
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123135
Əyani 298,4 295,9
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114225
Əyani 291,6 289,1
Mingəçevir Dövlət Universiteti
Əyani · 149178
Əyani 283 211,7
Milli Aviasiya Akademiyası
Əyani · 138186
Əyani 282,7 277,8
Qərbi Kaspi Universiteti
Əyani · 157148
Əyani 279,3 223,8
Azərbaycan Memarlıq və İnşaat Universitetitədris ingilis dilində
Əyani · 118138
Əyani 267,8 267,8
Bakı Dövlət Universiteti
Əyani · 111317
Əyani 266,5 263,4
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114193
Əyani 250,1 250,1
Azərbaycan Texniki Universiteti
Əyani · 116153
Əyani 250 246
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118113
Əyani 244,7 241,5
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128199
Əyani 242,9
Sumqayıt Dövlət Universiteti
Əyani · 148181
Əyani 241,8
Bakı Mühəndislik Universiteti
Əyani · 128182
Əyani 240,9 235
Naxçıvan Dövlət Universiteti
Əyani · 142179
Əyani 221 192
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154118
Əyani 218,3
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147111
Əyani 185,6

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Ekologiya mühəndisliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Ekologiya mühəndisliyi- ətraf mühitin mühafizəsini və təbii sərvətlərin səmərəliliyini təşkil edən və nəzarət edən sahədir. Ekologiya mühəndisləri ərtaf mühitin problemlərinə ekoloji nöqteyi-nəzərindən yanaşırlar.Ümumiyyətlə,ekologiya geniş sahədir.İşlədikləri sahələrə görə gördükləri iş strukturu çox fərqlidir. Ekologiya mühəndisləri tullantıların azaldılması,və yaxud onların yenidəntəkrar istehsalı,istifadəsi sahələrində işləyə bilərlər. Ekologiya mühəndisinin ətraf mühitə,atmosfer qatına, su hövzəsinə, torpaq qatına ziyan vuran bütün halların qarşısını ala bilmək üçün araşdırmalar aparmaq və bu işi görənləri müəyyən cəza tətbiq etmək kimi öhdəlikləri var.Ekologiya mühəndislərinin işi daha çox zavod və fabriklərdən çıxan zəhərli tüstülərin,ekoloji baxımından zərərli hissəciklərin təbiətin ekologiyasına ziyan vurmasını və dənizə axıdılmasının qarşısını almaqdır.Məqsədi texnika ilə ətraf mühit arasındakı münasibətləri harmonizasiya etməkdir. Ekologiya mühəndisliyinin predmetini müəssisə,sənaye kompleksi və yaxud bütöv regionun texnosferi təşkil edə bilər. İxtisas fizika, kimya, biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

Bu peşənin tarixi eramızdan əvvəllərə dayanmaqdadır. İlk su və kanalizasiya xətlərinin yaradılması bunun sübutudur. Ancaq XIX əsrə qədər dünyada bu sahə geniş vüsət almamışdır. Joseph Bazalgette Londonda ilk yeraltı kanalizasiya xətlərini dizayn edərək tarixə ilk ekologiya mühəndisi kimi adını yazdırmışdır.1945-ci ildən sonra dünyada müharibənin nəticəsi olaraq ağır ekoloji problemlər yaranmışdır. Bu problemləri aradan qaldırmaq üçün elmə ekoloji baxış termini tam mənasıyla gətirərək, istehsalat, xammalın çıxarılması və ətraf mühitdə fəaliyyətlə bağlı proseslərdə ekologiya mühəndislərinin iştirakının təmini həyata keçirilməyə başlanıldı. Müasir dövrdə ekologiya mühəndisliyi yüksək texnoloji inkişaf səviyyəsi vasitəsilə istənilən sahədə aparıcı rola malik olma potensialına malik bir sahə halına gəlmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  1. Çirklənmənin idarə olunması və tullantıların idarə edilməsi üçün texnologiya yaratmaq;
  2. Ekoloji məlumatların toplanması və analiz edilməsi;
  3. Ticarət fəaliyyətinin ekoloji təsirlərini müəyyənləşdirmək üçün sahə dəyərləndirmələri həyata keçirmək;
  4. Ətraf mühit üzərində insan təsirlərini araşdırmaq;
  5. Təkrar emal, xalq sağlamlığı, su və hava çirkliliyi də daxil olmaqla ətraf mühiti mühafizəsinin yaxşılaşdırılması;
  6. Bərpa olunan enerji, iqlim dəyişikliyi, qida və su təhlükəsizliyi kimi kritik araşdırma sahələrinin müəyyənləşdirilməsi;
  7. Hava çirkliliyi idarəetmə sistemlərinin yaradılması kimi ətraf mühitin mühafizəsi layihələrinin həyata keçirilməsi;
  8. Dizayn layihələrinin ətraf mühit və sağlamlıq qaydalarına uyğun olmasını təmin etmək.

Azərbaycan şirkətlərinin tələbləri

  1. Ətraf mühitin qaydalarının və tətbiqlərinin inkişaf etdirilməsi və tətbiq edilməsi;
  2. Ekoloji hesabatların yaradılması və rəhbərliyə təqdim edilməsi;
  3. Kimyəvi sızmalar kimi ekoloji hadisələrə cavab vermək üçün fövqəladə cavab tədbirlər qrupu ilə işlənilməsi;
  4. Ekoloji cəzaların və lisenziyaların alınması,saxlanılması,dəyişdirilməsi,yenilənməsi
  5. Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
  6. Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların aparılması;
  7. Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
  8. Tullantıların xaric edilməsi və çirklənmə nəzarət proqramlarına nəzarət edilməsi;
  9. Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1. İlk növbədə müəyyən təhsilə və biliyə malik olmalı;
  2. Səriştəlilik prinsipinə uyğun olmalı;
  3. Beynəlxalq sertifikasiyada iştirak etməsi üstünlükdür;
  4. Yüksək müşahidə,təhlil və proqnozlaşdırma bacarığına sahib olmalı.

Bir ekologiya mühəndisinin bilməli olduğu digər vacib məqamlar da var. Bunlar aşağıdakılardır

  1. Komputer proqramları və bununla yanaşı GPS sistemləri ilə işləməyi bacarmaq
  2. Microsoft Office,
  3. Microsoft Project,
  4. AutoCad,
  5. 3Dmax,
  6. Revit
  7. Ətraf mühitin mühafizəsinə dair qanunvericilikləri bilməli;
  8. Azərbaycan Respublikasının «Meşə məcəlləsi»
  9. Azərbaycan Respublikasının «Su məcəlləsi» haqqında
  10. «Yerin təki haqqında»
  11. «Ətraf mühitin mühafizəsi haqqında»
  12. «Ekoloji təhlükəsizlik haqqında»
  13. Azərbaycan Respublikasının «Torpaq məcəlləsi»
  14. «Atmosfer havasının mühafızəsi haqqında»
  15. «Yaşıllıqların mühafizəsi haqqında»
  16. «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında»
  17. Ətraf mühitin risklərini hesablamaq üçün yerli və beynəlxalq standartları bilməli;
  18. AZstandart
  19. ISO 9001
  20. ISO 14001
  21. Qostlar
  22. Risk analizi metodlarını bilməli (hansə metodlardan istifadə etməli olduğunu);
  23. Ekoloji normativ sənədlərin hazırlanması və tədbirlər sisteminin həyata keçirilməsi prinsiplərini bilməli;
  24. Düzəldici və önləyici tədbirlər planını hazırlamağı hər zaman bilməli.

Harada bu ixtisasa sahiblənmək olar

  1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
  2. Azərbaycan Texniki Universiteti(AZTU)
  3. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU)
  4. Mingəçevir Dövlət Universiteti (MDU)
  5. Gəncə Dövlət Universiteti (GDU)
  6. Sumqayıt Dövlət Universiteti (SDU)
  7. Naxçıvan Dövlət Universiteti (NDU)

Bu ixtisas üzrə harada çalışmaq olar

  1. Ekologiya və Təbii Sərvətlər Nazirliyində;
  2. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində;
  3. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi;
  4. Fövqəladə Hallar Nazirliyi(müvafiq spesifikasiyalara cavab verməklə);
  5. Energetika Nazirliyinin tabeli qurumları;
  6. Neft və kimya sənayesi şirkətlərində (SOCAR, BP və s.kimi);
  7. Dağ-mədən fəaliyyəti göstərən şirkətlərdə (Azərgold və s.);
  8. Tullantıların təmizlənməsi ilə məşğul olan bütün şirkətlərdə;
  9. Xüsusi təlim mərkəzlərində;
  10. Laboratoriyalarda;
  11. Və adını çəkmədiyim müxtəlif sektorlarda yerli və xarici şirkətlərdə.

Bu sahənin gələcəyi

Keçmişdən XX əsrin əvvəllərinə kimi insanlar təbiətdən istifadə edərkən onların özünü bərpa potensialını hesaba qatmamışdılar və qarşısı alınmaz istehlakı ətraf təbii mühitin dağılmasına, strukturunun pozulmasına və çirklənməsinə gətirib çıxartmışdır.

Bugünkü ekoloji vəziyyət dünyanın ən qlobal problemlərindən biridir və ekoloji problemlər günü-gündən artmaqda davam edir. Artmaqda olan problemlər hər zaman həll yolu axtaran mütəxəssis heyəti lazımdır ki, bu mütəxəssislər də ekoloqlar və ekologiya mühəndisləridir. Azərbaycanda da ekologiya sahəsində təhsil alan və ixtisasını təkmilləşdirən şəxslərə tələbat böyükdür və sahənin ölkəmizdəki prespektivi olduqca böyükdür.

Bu ixtisas üzrə maaşlar

Dövlət qulluğunda çalışan şəxslər ilə özəl şirkətlərdə çalışan şəxlərin əməkhaqqısı fərqlilik göstərməkdədir. Gedəcəyiniz sahə üzrə staj, spesifikasiya və s. kimi məslələr nəzərə alındığı üçün konkret rəqəm yazmaq doğru olmaz.

Tez-tez verilən suallar

Ekologiya mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Ekologiya mühəndisliyi ixtisası üzrə keçid balları 185,6 ilə 320,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 320,6 baldır.

Ekologiya mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Ekologiya mühəndisliyi ixtisası 14 universitetdə tədris olunur: Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mingəçevir Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Qərbi Kaspi Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və digərləri.

Ekologiya mühəndisliyi hansı qrupa aiddir?

Ekologiya mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Ekologiya mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Ekologiya mühəndisliyi ixtisasına ən aşağı keçid balı 185,6 olub. Ödənişli yerlər 17 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂