Balını yoxla

Materiallar mühəndisliyi

Materiallar mühəndisliyi ixtisası 5 universitetdə 6 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 280,8 bal.

5universitet
280,8ən yüksək keçid
200ən aşağı keçid
4dövlət sifarişli proqram

Materiallar mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Texniki Universiteti
Əyani · 116389
Əyani 280,8 200
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123298
Əyani 232,4 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116372
Əyani 211,6
Milli Aviasiya Akademiyası
Əyani · 138323
Əyani 201 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114525
Əyani 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118349
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Materiallar mühəndisliyi ixtisası haqqında

Materiallar mühəndisliyi ixtisası

İxtisasın təsviri

Materiallar mühəndisliyi – materiallar, onların struktur və xassələri arasında əlaqəni və tətbiqi imkanlarını öyrənən elm sahəsidir. Bir çox neft və servis şirkətlərində istifadə olunan borular və yaxud qazmada istifadə olunan materiallar, alətlər, qazma dəzgahları və digər bir çox sahələrdə istifadə olunan avadanlıqları, onların strukturunu, istismar qabiliyyətini araşdırır. Nə qədər müddət sonra materialların xassələrinin dəyişəcəyini, korroziyaya uğrayacağını öyrənir. Materiallar bərk və ya maye halda olarkən onlara xarici amillərin təsirini araşdırır. Materialların maliyyə dəyərini sərfəli vəziyyətə gətirmək üçün onları müxtəlif şəkillərdə birləşdirir və dəyişdirir. Materialların dayanıqlılığını müəyyən edir. Kimya ilə daha sıx bağlı olan bir sahədir. İxtisas fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uyğundur.

İxtisasın tarixi

Daş dövrü, tunc dövrü və polad dövrü adlandırılan qədim dövrlərdən bəri material mühəndisliyi elmi istifadə edilmişdir. Keramika, maqnit materialları və bioloji materiallar da daxil olmaqla, bütün növ materiallar material mühəndisliyinə daxil edilmişdir. Hazırkı material mühəndisliyi elmi, dağ-mədəndən yaranan metallurgiyadan inkişaf etmişdir. Müasir materialşünaslıq, kosmosun kəşf edilməsi ilə əlaqədar olaraq, xüsusi ərazilərdə metal ərintilər, silisium və karbon materialları da daxil olmaqla kosmik nəqliyyat vasitələrinin inşası üçün istifadə olunan müxtəlif materialın istifadəsi nəticəsində inkişaf edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Sənayedə istifadə olunan materialların xassələrini tələb olunan səviyyəyə gətirmək;
  • Materialların kimyəvi və faza tərkibinin, quruluşunun və xüsusiyyətlərini öyrənir;
  • Materialların ərimə temperaturunu müəyyənləşdirmək;
  • Yeni materialların alınması, onların istilik və kimyəvi-termik təmizlənməsi, təzyiqin təmizlənməsi və istehsalata tətbiqi üçün texnologiyaların inkişafı;
  • Materiallarda yaranmış olan aşınma və bu kimi vəziyyətlərə nəzarət edir, bunları dəyərləndirir;
  • Materialların bazar səviyyəsi üçün yararlı olmasına uyğun şəkildə çalışmaq;
  • Düzəldiləcək detalın strukturunun analizi, başqa müxtəlif metallarla legirləmək, uzunömürlülüyünü artırmaq üçün materialın hansı xassələrini artırmaq və ya tərkibindəki maddələrdən hansıları azaltmağın lazım olması üzərində çalışmaq;
  • Cihazın və texnoloji avadanlıqların, qurğuların və alətlərin istismarı;
  • Materialların alınması və emalı, istehsalata tətbiqi üçün yeni texnoloji proseslərin əsaslarını yaratmaq;
  • Materialların quruluşu və xüsusiyyətlərinin riyazi modellərinin, habelə onların emalı texnologiyalarının yaradılması;
  • Materialların, hazır məhsulların və onların emalı, müəssisələrin istehsal sahələrinin işinin təhlili, elm və texnikanın nailiyyətlərinin tətbiqi;
  • Tikinti materiallarının istismarı;
  • Cihazların və texnoloji avadanlıqların, qurğuların və alətlərin istismarı;
  • Material tərkibinin zənginləşdirilməsi;
  • Materialların alınması və emalı, istehsalatda tətbiqi üçün yeni texnoloji proseslərin əsaslarının yaradılması;
  • İstehsal zavodlarının və cihazlarının texniki imkanlarını qiymətləndirmək;
  • Yeni-yeni təcrübələr keçirərək materialın daha düzgün və səmərəli istifadəsinin yollarını öyrənilməsi;
  • Zavod və istehsalat tullantılarının tərkibini araşdıraraq harada və necə tətbiq olunacağı haqqında öyrənilməsi;
  • Material tərkibinin hansı maddələrlə əvəz edilə biləcəyi haqda məlumatlı olması;
  • Bir məhsulun istehsalı üçün istehsal xərclərini hesablayıb maya dəyərini müəyyənləşdirmək;
  • Yeni məhsulların qiymətləndirilməsində, keyfiyyətə nəzarətində və sertifikatında standartlardan və digər normativ sənədlərdən istifadə etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Baku Stell Company
  • Azertexnolayn
  • Sumqayıt Texnologiyalar Parkı
  • Gəncə Aluminium Zavodu
  • BP
  • Schulmberger
  • Hallyburton
  • SOCAR
  • Gilan MMC
  • As İnşaat
  • Akkord
  • STP
  • Mister Fix
  • Holcim
  • Qazax Sement Zavodu
  • Norm
  • Mətanət A və s.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Materialların xüsusiyyətini bilmək;
  • Materiallar üzərində bəzən kimyəvi dəyişikliklər aparıldığına görə kimyəvi reaksiyaların gedişini bilmək;
  • Analiz üsulları, kimyəvi tərkibin dəqiqləşdirilməsi sənaye kimyasına əsaslanır. Bu da kimya ixtisası üzrə biliklərin kifayət qədər yüksək olması zərurətini ortaya çıxarır;
  • Mexanika, fizika biliklərin olması;
  • Müasir texnologiyalardan mütləq şəkildə xəbəri olmalıdır;
  • Metal və ərintilər haqqında biliklərə malik olmalıdır;
  • Texniki bilikləri olmalıdır;
  • Komanda ilə işləməyi bacarmalıdır;
  • Aparılan kimyəvi proseslərə həssas yanaşmalıdır;
  • Xarici şirkətlərdə işləmək üçün ingilis dili və məntiq vacibdir;
  • Analitik düşüncə;
  • Güclü yaddaş;
  • Dəqiqlik;
  • Məsuliyyətli olmaq;
  • İnşaat materiallarını olduqca mükəmməl mənimsəməli;
  • Daim yeniliklər üçün axtarışda olmalı;
  • Materialların tərkibində olan xammalın fiziki və kimyəvi xüsusiyyətləri ilə məlumatlanmalı;
  • Eyni tərkibdə olan xammalı bir-biri ilə əvəz etməyi bacarmalı;
  • Məmulatın daha sərfəli və eyni zamanda keyfiyyətli istehsalı üçün əlavə informasiyalar əldə etməli;
  • Həm tikinti sahəsində, həm də zavodda işləmə qabiliyyəti olmalı;
  • Məmulatın hazırlanmasında istifadə olunan xammalların laboratoriya sınaqlarını dəqiqliyi ilə öyrənməlidir;
  • Detallara diqqət yetirməyi bacarmalıdır.

İxtisasın gələcəyi

Hal-hazırda dünyada və ölkəmizdə istifadə olunan materialların təxminən 80-85 faizi metal və onların ərintiləridir. Yəni dəmirə, çuquna, alüminiuma tələbat hər zaman olacağı üçün bu materialların müxtəlif filizlərdən alınması bu sahənin aktuallığını qoruyacağını göstərir.

Hər bir texnoloqun öz sahəsi üzrə inkişaf yolu daim parlaqdır. Belə ki, yeni-yeni binaların tikintisi, köhnəlmiş və sıradan çıxmış binalarda tikinti-bərpa işləri, yaşam sürdükcə davam edəcəkdir. Bu da yeni tərkibli materialların, xammalların və inşaat strukturlarının tələbatını artırmaqdadır. Materialların tərkibcə öyrənilməsi, əlavə qatqılarla zənginləşdirilməsi, xammal tullantılarının daha səmərəli istifadə yolunun kəşf edilməsi üçün daim texnoloqlara ehtiyac duyulur. Qeyd etmək lazımdır ki, bu ixtisasa tam yiyələnmiş hər bir ixtisasçı öz gələcək şirkətinin meyarıdır.

Əmək haqqı

Bu ixtisas üzrə maaşlar 600-700 AZN-dən başlayır. BP və Hallyburton kimi şirkətlərdə isə maaşlar 1200 AZN-dən 4500-5000 AZN-ə qədər dəyişir.

Tez-tez verilən suallar

Materiallar mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Materiallar mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 280,8 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 280,8 baldır.

Materiallar mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Materiallar mühəndisliyi ixtisası 5 universitetdə tədris olunur: Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti.

Materiallar mühəndisliyi hansı qrupa aiddir?

Materiallar mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Materiallar mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Materiallar mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 5 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂