Balını yoxla

İnformasiya Texnologiyaları haqqında

İnformasiya Texnologiyaları haqqında ixtisası 19 universitetdə 29 proqram üzrə tədris olunur. keçid balları: 200 – 662,7 bal.

19universitet
662,7ən yüksək keçid
200ən aşağı keçid
28dövlət sifarişli proqram

İnformasiya Texnologiyaları haqqında — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
ADA Universitetitədris ingilis dilində
Əyani · 131162
Əyani 662,7 — —
ADA Universitetitədris ingilis dilində
Əyani · 131179
Əyani — 642,8 —
Azərbaycan Dövlət İqtisad Universitetitədris ingilis dilində
Əyani · 123176
Əyani 634,6 634,6 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123151
Əyani 591,4 591,4 —
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114347
Əyani 562,1 562,1 —
Azərbaycan Texniki Universitetitədris ingilis dilində
Əyani · 116218
Əyani 548,7 548,7 —
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128263
Əyani 521,7 521,7 —
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114322
Əyani 501,9 501,9 —
Dövlət Gömrük Komitəsinin Akademiyasıtədris ingilis dilində
Əyani · 141514
Əyani 493,6 493,6 —
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138267
Əyani 489,9 489,9 —
Azərbaycan Memarlıq və İnşaat Universitetitədris ingilis dilində
Əyani · 118219
Əyani 458,3 458,3 —
Azərbaycan Texniki Universiteti
Əyani · 116226
Əyani 433,2 433,2 —
Milli Aviasiya Akademiyası
Əyani · 138259
Əyani 421,9 421,9 —
Bakı Mühəndislik Universiteti
Əyani · 128255
Əyani 415,2 415,2 —
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118187
Əyani 377,4 377,4 —
Azərbaycan Universiteti
Əyani · 155114
Əyani 319,4 319,4 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148221
Əyani 298,1 298,1 —
Qərbi Kaspi Universiteti
Əyani · 157164
Əyani 297,5 297,5 —
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164113
Əyani 289 289 —
Odlar Yurdu Universiteti
Əyani · 164121
Əyani 281,3 281,3 —
Bakı Avrasiya Universiteti
Əyani · 162112
Əyani 268,6 268,6 —
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123865
Əyani 249,6 200 —
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157156
Əyani 248,2 200 —
Bakı Biznes Universiteti
Əyani · 165118
Əyani 246,5 246,5 —
Naxçıvan Dövlət Universiteti
Əyani · 142219
Əyani 234,2 234,2 —
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144171
Əyani 232 200 —
Lənkəran Dövlət Universiteti
Əyani · 151161
Əyani 224,2 200 —
Mingəçevir Dövlət Universiteti
Əyani · 149226
Əyani 213,6 200 —
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147152
Əyani 206,7 200 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

İnformasiya Texnologiyaları haqqında ixtisası haqqında

Bildiyiniz kimi İnformasiya Texnologiyaları sürətlə inkişaf edir. İnformasiya Texnologiyalarının inkişafı bu sahəyə yönələn gənclərin sayının çoxalmasına gətirib çıxarır. Dünyada baş verən iqtisadi böhranlar nəticəsində bank, sığorta və digər bir çox sahələrdə ixtisarlar artmağa başladı. Həmin ixtisara düşən mütəxəssislər arasında ixtisaslarını IT sahəsinə yönəldənlər də çoxluq təşkil edir (svitçerlər) . Bir neçə il əvvəl əmək bazarında IT mütəxəssislərin sayında qıtlıq var idisə, hazırkı durumda bu problem yavaş-yavaş aradan qalxmaqdadır.

Hər bir işdə uğur qazanmaq insanın həmin işə həvəslə yanaşmasından, çalışmasından və məqsədyönlü olmasından asılıdır. Bu uğura nail olmaq üçün IT sahəsində bilik və bacarıqları daim artırmaq lazımdır, mütəmadi olaraq yeni çıxan texnoloji trendlər, sistemlər və sertifikasiyalar ilə tanış olmaq, müvafiq kurslara qatılmaq lazımdır. Mən bu sahəni tibbə bənzədirəm, yaxşı həkim olmaq üçün daim oxuyub çalışmalısınız. Fikirləşməyin ki, IT sahəsində ilk işinizi tapsanız, karyera pilləkanında avtomatik irəliləyəcəksiniz. Mən deyərdim ki , bir çoxları bu çətinlikləri gözə alıb IT sahəsinə yaxın durmurlar, və ya əksinə bu sahəyə giriş edib illərdi karyera yüksəlişi əldə etməyəndən sonra məyus olurlar. Əgər bir mütəxəssis illərdi ki, texniki dəstək və ya təmir vəzifəsində çalışır və artımından gileylənirsə, deməli inkişaf etmək istəmir. Necə deyərlər, pis o əsgərdi ki, general olmaq istəmir.

İlk öncə səbrli olmaq. Yeni başlayanların yol verdiyi ən məhşur səhv – səbrsizlik. Bəzən bir çox tələbələr (əsasən yeni başlayanlar) “müəllim 3 aydan sonra mən Sistem İnzibatçısı ola biləcəm?” sualını verirlər. Cavabım isə “Əlbəttə ki, xeyr olur”. Çünki fikrimcə, normal infrastruktura malik olan şirkətlər 3-4 ay təcrübəsi olan yeni başlamış kadra öz serverlərini və ya şəbəkəsini etibar etməzlər. Bu məntiqə əsaslanaraq, uğur qazanmaq üçün kiçik pillədən başlayaraq yavaş-yavaş irəliləmək lazımdır. Bir çox uğurlu sistem və ya şəbəkə administratorları, IT menecerlər başlanğıcda Texniki Dəstək (Help Desk) mütəxəssisi pilləsindən karyeralarına qədəm qoyublar. Daha sonra Service Desk Administrator və ya IT Menecer vəzifəsinə qalxmaq olar. Çünki IT sahəsinə başlayan kimi birbaşa İT menecer vəzifəsinə getsən, sabah şirkətdə çıxan çətin problemlər və ya Help Desk texniklərin üzləşdiyi çətin məsələlərdə Siz tərcübənizin az olmağından dolayı yardım edə bilməyəcəksiniz. Proqramlaşdırmada da vəziyyət eyni cürdür. Yeni başlayan proqramçılar təcrübə toplamaq üçün layihələrdə təcrübəçi, sonra Junior developer, Senior və Team Lead vəzifələrinə ucalırlar. Əlbəttə ki, karyera yüksəlişinə nail olmaq üçün yuxarıda qeyd etdiyim kimi daim oxumalı və nəzəri biliklərinizi praktikaya çevirməlisiniz. IT sahəsində çalışdığınız və ya çalışmaq istədiyiniz istiqamət üzrə mütləq rəsmi sertifikatlar əldə etməlisiniz. Təbii ki bu sertifikatları kitab, video materiallardan oxuyaraq Microsoft, Cisco, Oracle və digər vendorlar tərəfindən imtahan verib əldə etmək olur. İmtahana hazırlıq prosesi biraz çətin və yorucu olur, amma əldə etdiyiniz sertifikat Sizi iş müsahibəsində digər namizədlər sırasında qabağa çəkir. Paralel olaraq IT ixtisasınızdan əlavə xarici dil, ingilis və rus dili, komandada iş, liderlik və menecment təlimlərində də iştirak etməlisiniz. Bu təlimlərdə yiyələnəcəyiniz bilik və bacarıqlar, sertifikatlar gələcəkdə Sizə yeni vəzifələrdə işləmək üçün mütləq lazım olacaq.

Xaricdə təhsil almağı gənclərin demək olar ki, böyük əksəriyyəti arzulayır və bunun üçün çalışırlar. Bu çox təqdirəlayiq haldır. Düzdü, burada fikir ayrılığı var. Bir çox uğurlu IT mütəxəssislər xaricdə təhsil almadan öz karyeralarında yüksək vəzifələri əldə ediblər. Fikrimcə, xaricdə təhsil almaq üçün siz özünüz də konkret olaraq bəzi nüanslara aydınlıq gətirməlisiniz. Bu, çox çətin və şəxsi məsələdir. Adətən bu çətinliklərlə artıq oturuşmuş mütəxəssislər qarşılaşırlar. Çünki normal işi olan mütəxəssis “hər şeyi atıb” bir neçə il xaricə köçüb təhsil almaqdan qorxur. Mənim IT sahəsində xaricdə təhsil almaq istəyən gənclərə tövsiyyəm risk edib təhsil almaqdır, çünki təhsilə edilən yatırım heç vaxt itmir. Lakin bu tövsiyyəni yalnız yuxarıda bəhs etdiyim nüanslara özünüzdə aydınlıq gətirəndən sonra keçərli olmasını deyərdim. Onlardan bəzilərini aşağıda qeyd edirəm:

  • Oxuyacağınız ixtisası seçərkən mütləq gələcək üçün perspektivi seçin. Məsələn, hal – hazırda Bakıda işlədiyiniz ixtisas üzrə xaricdə təhsil almağa getməyin mənası yoxdur. Məsələn, hal -hazırda populyar olan Kiber Təhlükəsizlik, DevOps, Süni İntellekt və digər trenddə olan ixtisasları oxumağa dəyər. Ola bilər ki, Azərbaycanda hələ ki bu ixtisaslara tələb çox deyil, amma siz rahatlıqla təhsilinizi başa vurub Avropa və Amerikada iş tapa biləcəksiniz.
  • Gedəcəyiniz ölkədə IT çox inkişaf etməlidir, əks halda boş vaxt və maliyyə itkisi olacaq. Buna misal olaraq həmin ölkədə yerləşən IT şirkətlərin çox olması, hökümətin rəqəmsal texnologiyalardan istifadə etməsi misal olaraq gətirmək olar. Məsələn, Estoniya bu sahə üzrə sürətlə inkişaf edir və Estoniyanın universitetində oxuyan tələbələr böyük şirkətlərdə təcrübə toplaya bilir və son semestrlərdə oxuyaraq işləyə bilirlər.
  • Əgər siz konkret olaraq hansısa istiqamət üzrə təkminləşmək istəyirsinizsə, o zaman qısa müddətli kursları da nəzərdən keçirin. Məsələn, əgər hər hansı bir yeniliyi öyrənməyi yerli, xarici və ya online platforma üzrə 5-6 aya öyrənmək olursa, o zaman işinizdən ayrılmadan bunu edə bilərsiniz, bunu etmək üçün mütləq xaricə köçmək vacib deyil.
  • Əgər qərarınız qətidir və siz xaricdə təhsil üçün ciddi şəkildə hazırlaşırsınızsa, o zaman bakalavr üçün IT-in (oxuyacağınız istiqamətdən asılı olaraq) ən azı fundamental biliklərini öyrənin. Bir çox gənclərimiz xaricdə təhsil üçün yalnız İELTS imtahanı və ortalama GPA balının yüksək olmasının kifayət edəcəyini düşünür. Bu düşüncə səhvdir! Elə adicə Estoniya Universitetlərini götürsək, orada magistr təhsili almaqdan ötəri sizə çox güclü “background” tələb olunur.

Karyera planlamasını barəsində məsləhətləri çalışdığınız mühitdə təcrübəli kolleqalarınızdan, müəllimlərinizdən ala bilərsiniz. Əgər bu imkanınız yoxdursa, o zaman internet forumlarda bu mövzuda araşdırma aparıb digər təcrübəli mütəxəssislərin fikrini öyrənməyi tövsiyə edərdim. Gənclərin karyera planlamasında əmək haqqından öncə diqqət edəcəyi məsələ harada işləyib təcrübə toplamasıdır. Çünki gənc yaşda düzgün toplanan təcrübə çox dəyərlidir.

Necə deyərlər, çətini ilk işi tapıb bu sahəyə qoşulmaqdır. İş tapmaq üçün iş elanları saytlarından əlavə forumlar, sosial şəbəkələrdəki qruplarda elanları izləmək lazımdır. Demək olar ki, hər gün sözügedən qruplarda müxtəlif layihələrə təcrübəçi və ya junior axtarışı elanlarını görmək olur. Yeni başlayanlara tövsiyyəm odur ki, maaş dalınca qaçmayın. Əsas təcrübə toplamaqdır. Qazandığınız təcrübə artdıqca, əmək haqqınızda artacaq. Hamınıza çətin, keçməkeşli, lakin gələcəyi və yüksək məvacibi qarantı edən IT sahəsinə başlamağı tövsiyə edirəm və başlanğıcda bol-bol uğurlar arzu edirəm.

Azər Sanılı , MBA,MCP, MSCA, CCNA

Start IT təlim mərkəzinin direktoru

Tez-tez verilən suallar

İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

qəbulunda İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 662,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 662,7 baldır.

İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisası 19 universitetdə tədris olunur: ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti və digərləri.

İnformasiya texnologiyaları (tədris ingilis dilində) hansı qrupa aiddir?

İnformasiya texnologiyaları (tədris ingilis dilində) 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 28 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂