Balını yoxla

Energetika mühəndisliyi

Energetika mühəndisliyi ixtisası 8 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 388,1 bal.

8universitet
388,1ən yüksək keçid
200ən aşağı keçid
9dövlət sifarişli proqram

Energetika mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114274
Əyani 388,1 388,1
Milli Aviasiya Akademiyası
Əyani · 138234
Əyani 310 310
Naxçıvan Dövlət Universiteti
Əyani · 142195
Əyani 283,6 200
Mingəçevir Dövlət Universiteti
Əyani · 149194
Əyani 262,9 200
Sumqayıt Dövlət Universiteti
Əyani · 148213
Əyani 255,1 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128247
Əyani 244,9 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114258
Əyani 237,1 237,1
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144155
Əyani 232,7 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116186
Əyani 201,5 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Energetika mühəndisliyi ixtisası haqqında

Energetika mühəndisliyi ixtisası

İxtisasın təsviri

Energetika mühəndisliyi ixtisası 2019-2020-ci tədris ilinə qədər Azərbaycan universitetlərində “İstilik energetikası mühəndisliyi” və “ Elektroenergetika mühəndisliyi” olaraq ayrı ixtisaslar şəklində tədris edilirdi və 2020-ci ildən bu ixtisaslar birləşdirilərək “Energetika mühəmdisliyi” ixtisası yaradılmışdır. Energetika elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və onun təchizatından ibarət sistemdir. Energetika mühəndisləri enerji istehsalının daha effektiv və yenilikçi yollarını tapmaq üçün layihələr həyata keçirməklə məşğul olur və eyni zamanda maliyyə xərclərini aşağı salmaq, karbon tullantılarını və ətraf mühitə dəyən ziyanı azaltmağın yollarını araşdırırlar.

İxtisasın tarixi

Energetikanın başlanğıcını hələ insanların ilk dəfə oddan istifadə etməyə başladığı dövrlərdən qoyulduğunu söyləyə bilərik. Enerjinin uzun müddət ağac və kömürdən alınmasından sonra qədim yunanlar külək və sudan istifadə etməklə enerji əldə etməyi bacara bilmişdilər. 18-ci əsrdən başlayaraq isə buxardan enerjinin əldə edilməsi inqilabi hadisə idi. Daha sonralar isə üzvi-mənşəli yanacaq vasitələrindən istifadə genişləndi və hazırda günümüzdə tükənməyən enerji mənbələrinin istifadəsinin artırılması bu sahədəki əsas trendlərdəndir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Daha effektiv və yüksək enerji tutumuna malik enerji mənbələri tapmaq;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
  • Əsas və köməkçi energetika avadanlıqlarının (buxar və qaz turbinləri, daxili yanma mühərrikləri, buxar qazanları, generatorlar, transformatorlar, bəsləyici, kondensat və dövran nasosları və s) istismarını, texniki xidmətini və təmirini öyrənmək;
  • Elektrik-quraşdırma işlərinin tikintisinin tikinti norma və qaydalarına uyğun təşkili və nəzarəti;
  • Cəmiyyətin bütün elektrik təsərüfatına nəzarət və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Mingəçəvir Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

İxtisas üzrə

  • Azərbaycan Respublikası Energetika Nazirliyi;
  • AzərEnerji ASC;
  • SOCAR;
  • BP;
  • Su və istilik elektrik stansiyalarında və s. işləmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Fizika və riyaziyyat bilikləri;
  • Yüksək konsentrasiya qabiliyyəti;
  • Qrupla birgə işləməyi bacarmaq;
  • Problemlərə yenilikçi və yaradıcı həll yolları irəli sürmək;
  • Analitik düşünmə qabiliyyəti.

İxtisasın gələcəyi

Daha öncə də qeyd etdiyimiz kimi hazırda bu sahədə alternativ enerji mənbələrindən istifadə əsas trend halına gəlməkdədir və xüsusilə üzvi-mənşəli yanacaq vasitələrindən istifadənin gələcək illərdə aradan qalxacağı ehtimalı var. Hazırda ölkəmizdə energetika mühəndisliyi ixtisası üçün kifayət qədər imkanlar mövcud olsa da, gələcək illərdə bu imkanlar qeyd etidiyimiz kimi alternativ enerji mənbələri üzrə təhsil almış və ixtisaslaşmış şəxslər üçün daha çox ola bilər.

Əmək haqqı

İxtisas sahiblərinin əmək haqqları onların bilik və bacarıqlarından və vəzifələrindən asılı olaraq 500-5000 AZN aralığında dəyişməkdədir.

Tez-tez verilən suallar

Energetika mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Energetika mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 388,1 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 388,1 baldır.

Energetika mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Energetika mühəndisliyi ixtisası 8 universitetdə tədris olunur: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki Universiteti.

Energetika mühəndisliyi hansı qrupa aiddir?

Energetika mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Energetika mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Energetika mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 9 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂