Balını yoxla

Uçuş mühəndisliyi

Uçuş mühəndisliyi ixtisası 1 universitetdə 1 proqram üzrə tədris olunur. 2025 keçid balları: 415,5 – 415,5 bal.

1universitet
415,5ən yüksək keçid
415,5ən aşağı keçid
1dövlət sifarişli proqram

Uçuş mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138412
Əyani 415,5 415,5

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Uçuş mühəndisliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Uçuş mühəndisi təyyarənin və helikopterin təhlükəsiz hava hərəkətini təmin edir.Həmçinin hava gəmilərinin, aerodromların hazırlanması, bütün texniki sistemlərin və xidmətlərin göstərilməsi, həmçinin normativ sənədləşmənin aparılması həm mülki, həm də hərbi aviasiyada uçuş üzrə mühədisin vəzifələrinə daxildir.

Bu ixtisasın tələbələri ali riyaziyyat, fizika, mexanika ilə yanaşı, aerodinamika, meteorologiya, naviqasiya, radiolokasiya, əlaqə sistemləri, aerodrom texniki təminat sistemləri kimi ixtisas fənlərini öyrənirlər. Praktikada isə hava gəmilərinin texniki xarakteristikasını, onların havaya qalxma, uçuş və eniş xüsusiyyətlərini öyrənir, topoqrafiya və xəritəçilik xüsusiyyələrinə diqqət yetirirlər. Hava hərəkətinin idarə edilməsinin təşkili prinsiplərini və xilasetmə tədbirlərinin təşkili metodlarını öyrənirlər. Yüksək səviyyəli biliyə malik təyyarə uçuşu üzrə mühədisə aviamüəssisələrdə və istənilən aviaşirkətdə, elmi-tədqiqat institutlarında, müdafiə əhəmiyyətli obyektlərdə ehtiyac var. Uçuş mühəndisliyi ixtisası 3 dildə (Azərbaycan, rus, ingilis) tədris olunur. Azərbaycan və rus dili üzrə 4 il 1 smestr, İngilis dili üzrə isə 5 il tədris olunur. Bu ixtisas 2 hissəyə bölünür:

➡ Uçuş muhəndisliyi (təyyarə)
➡ Uçuş mühəndisliyi (helikopter)

Bu ixtisası xüsusi tibbi müayinədən, “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən müvəffəqiyyətlə keçmiş və 23 yaşına çatmamış abituriyentlər seçə bilərlər.

Peşə fizika və əmək maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

İnsan qədim zamanlardan uçmağı öyrənməyi xəyal edirdi. O vaxtdan bəri, insan uçuşu ilə bağlı bir çox əfsanə var.Aviasiya elminə böyük töhfələr verən məşhur şəxsiyyətlər arasında Leonardo da Vinçi və Mixail Lomonosovun adlarını çəkmək olar. Vinçinin helikopter dizaynında qanadların sprilvari quruluşu bu qurğunun uçmasına nəzəri cəhətdən imkan verir. Lakin praktikada qurğunun uçması üçün yerin cazibə qüvvəsinə qarşı çox yüksək sürətlə dönməsi lazımdır. Modern Aviasiyada tarixində ilk uçuş 1903-cü il 17 Dekabrda olmuşdur. Həmin uçuş üsulları hal-hazırkı üsullardan çox fərqli olmuşdur lakin sürətlə inkişaf etmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

➡ təhlükəsiz hava hərəkətinin təmin edilməsi
➡ hava gəmilərinin, aerodromların hazırlanması
➡ bütün texniki sistemlərin və xidmətlərin göstərilməsi
➡ normativ sənədləşmənin aparılması
➡ Texniki istismar mərhələsində əsas tip təyyarələrin, onların mühərriklərinin və funksional sistemlərinin uçuşa yararlılığını qorumaq;
➡ Təyyarənin komponentlərini və yığımlarını müxtəlif üsullarla diaqnoz etmək;
➡ Təyyarələrin istismarı ilə bağlı tövsiyələr vermək;
➡ Bütövlükdə aviasiya avadanlıqlarının texniki vəziyyətini, fərdi sistemlərini və yığımlarını qiymətləndirmək;
➡ Təyyarələrin və onların mühərriklərinin istismar qabiliyyətliliyini, işləkliyini və hazırlığını təmin etmək üçün planlaşdırılmış profilaktik işlərin aparılması;
➡ Aerodinamikanın əsas tənliklərini hesablamaq;
➡ Standart və qeyri-standart vəziyyətlərdə istehsal işlərini planlaşdırın və təşkil etmək;
➡ Hidravlik sistemlərin parametrlərini təyin etmək üçün hesablamalar aparmaq
➡ Xidmət müddəti, qurğuların iş saatları, təyyarələrin istismar müddəti və səbəblərinin uçotunu aparmaq;
➡ İstehsal yerində təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət etmək;

Harada bu ixtisasa sahiblənmək olar

➡ Milli Aviasiya Akademiyasında

Bu ixtisas üzrə harada çalışmaq olar

➡ Azal Airlines
➡ Buta Airway
➡ Silk Way Airlines

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➡ Güclü riyazi, analitik və sürətli qərar verməli;
➡ Təzyiq altında çalışmağı bacarmalı;
➡ Yaradıcı və yenilikçi düşüncəyə sahib olmalı;
➡ Detallara diqqətli olmalı;
➡ Təhlükəsizlik mövzusunda məlumatlı olmalı;
➡ Şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmalı;
➡ Vaxtın idarə olunmasına nəzarət etməli.
➡ Məsuliyyət və dəqiqlik.
➡ Fiziki dözümlülük;
➡ Stressə davamlı;
➡ texniki təfəkkür və güclü yaddaş,
➡ Problemləri, dəqiq müəyyən etmək;
➡ Cəldlik;

Bu sahənin gələcəyi

Uçuş təmir mütəxəssislərinin işi müasir əmək bazarı şəraitində son dərəcə populyar olaraq qalır və qalmaqda davam edəcək.

Bu ixtisas üzrə maaşlar

Maaşlar isə təyyarə tipinə, ay ərzində olan uçuş saatlarına və rütbəyə görə dəyişir. Ortalama uçuş mühəndisinin maaşı 5.000-10.000 AZN arası dəyişir.

Tez-tez verilən suallar

Uçuş mühəndisliyi (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Uçuş mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 415,5 ilə 415,5 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 415,5 baldır.

Uçuş mühəndisliyi (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Uçuş mühəndisliyi (tədris ingilis dilində) ixtisası 1 universitetdə tədris olunur: Milli Aviasiya Akademiyası.

Uçuş mühəndisliyi (tədris ingilis dilində) hansı qrupa aiddir?

Uçuş mühəndisliyi (tədris ingilis dilində) 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Uçuş mühəndisliyi (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Uçuş mühəndisliyi (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 415,5 olub. Ödənişli yerlər 1 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂