Balını yoxla

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası 9 universitetdə 12 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 412,2 bal.

9universitet
412,2ən yüksək keçid
200ən aşağı keçid
12dövlət sifarişli proqram

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138315
Əyani 412,2 412,2
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114493
Əyani 400,4 400,4
Milli Aviasiya Akademiyası
Əyani · 138283
Əyani 351,3 351,3
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114485
Əyani 315,1 315,1
Qarabağ Universiteti
Əyani · 152174
Əyani 280,8
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128393
Əyani 267,3 200
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144228
Əyani 267,1 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116348
Əyani 261,8 261,8
Sumqayıt Dövlət Universiteti
Əyani · 148262
Əyani 260,3 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118324
Əyani 259,1 259,1
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147225
Əyani 250,9 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128385
Əyani 221,8 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması ilə bağlı elmi və praktik fəaliyyətdir. Nəqliyyatın isə əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir.Bu ixtisası bitirən mütəxəssis logistika və nəqliyyat texnologiyalarının tətbiqini, onların təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki – iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalarını tətbiq etməyi bacarır. Eyni zamanda, logistikanın funksional sahələrində müxtəlif işlərə aid (lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün, nəqliyyat vasitəsinin seçilməsi, malın çatdırılmasının planlaşdırılması və monitorinqi, anbarın yerləşdirilməsi variantının seçilməsi, anbar emalının idarə edilməsi, qaqblaşdırma, material axınlarının hərəkəti haqqında məlumatların toplanması və s.) praktiki vərdişlər əldə edir. Bütün texnologiya xəttinin modelləşdirilməsi, analiz edilməsi, optimal yolunun tapılması da diqqətdə saxlanılır. Peşə coğrafiya ilə maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

Antik dövrdə logistika ərzaqları, təczihatları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı və o dövr üçün riyazi hesablama alqoritmlərinin məcmusu kimi başa düşülürdü. Qədim Romada logistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular.

Napoleon Bonopart da oz ordusunun hərəkəti zamanı hərbi sursat ərzaq və ordunun yaşayış yeri ilə təmin edilməsi də logistik yanaşmalaradan istifadə etmişdir.Ötən əsrin 50 – ci illərdən başlayaraq hərb sahəsinə aid olmayan elmi və praktiki işlərdə logistikadan istifadə olunmağa başlandı.1980 – ci illərdə amerikan, 1990 – ci illərdə isə logistika termin kimi rus dilinə daxil oldu və iqtisadi sahələrdə geniş tətbiq olunmağa başlandı.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Beynəlxalq bazarları incələmək və xüsusiyyətlərini müəyyənləşdirmək
  • Sənaye üçün lazım olan məhsulların hansı ölkələr və şirkətlərdən alına biləcəyini araşdırmaq
  • Satış şöbəsi ilə birlikdə optimal alış prosesinin proqnozlaşdırılması;
  • Satılacaq mallar üçün müxtəlif bazarlar tapmaq
  • Malların təhlükəsiz vəziyyətdə daşınması üçün alıcı və satıcı firmalar arasında əlaqələr qurulması
  • Gömrük xidməti ilə qarşılıqlı əlaqə qurulması;
  • Anbarların və nəqliyyat xidmətlərinin işini əlaqələndirilməsi
  • Malların anbarda saxlanılmasını və uçotunun təşkil edilməsi;
  • İşlərin beynəlxalq qayda qanunlara uyğunlaşdırılması
  • Bazarların müqayisəsi və tədqiqatı
  • Sifariş çatdırılması və müştərilərlə iş
  • Texnoloji prosesə nəzarət;
  • İlkin sənədləri hazırlanması, sistemləşdirilməsi və qeydlər aparılması;
  • Sənədlərin lisenziyalaşdırma orqanlarına təqdim edilməsi;

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Bakı Mühəndislik Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
  • Dövlət Gömrük Komitəsi kimi dövlət müəssisələrində,
  • Özəl logistika şirkətlərində,
  • Limanlarda,
  • Karqo şirkətlərində işləmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Stress altında işləmə bacarığı
  • Yüksək ünsiyyət bacarıqları
  • Komandada işləmək bacarığı;
  • Səbrli olmaq
  • Operativ və aktiv olmaq
  • Yeni beynəlxalq normativlərə uyğunlaşa bilmək
  • Xarici dil bilikləri (xüsusilə ingilis dili)
  • Microsoft Ofis Proqramlarında işləyə bilmək
  • Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • Dəqiqlik;
  • Məsuliyyət;
  • Analitik və strateji düşüncə bacarığı;
  • Təşkilatçılıq bacarıqları;
  • Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
  • Təşəbbüskar;

Bu sahənin gələcəyi

Yaxın gələcəkdə bu sahədə rəqabətin artması gözlənilir. Müasir logistik infrastrukturun yaradılması dövlət dəstəyi ilə bərabər, milli əmək bazarı üçün məqsədyönlü formada yüksək ixtisaslı logistlərin hazırlanması şərti ilə reallaşa bilər. Azərbaycanda bu sahənin inkişafı, ölkə ərazisində regional logistik mərkəzlərin yaradılması, iri şirkətlərin, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Azərbaycanın sənaye, xüsusilə də kənd təsərrüfatı sahələrində logistikanın inkişafı yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı daha da yüksəldəcəyi gözlənilir.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə maaşlar dövlət sektorunda 500 -1200 AZN, özəl sektorda isə 500 -2500 AZN arasında dəyişməkdədir.

Tez-tez verilən suallar

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 412,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 412,2 baldır.

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası 9 universitetdə tədris olunur: Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qarabağ Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti.

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi hansı qrupa aiddir?

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 11 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂