Balını yoxla

Fəlsəfə

Fəlsəfə ixtisası 3 universitetdə 3 proqram üzrə tədris olunur. keçid balları: 277,2 – 429,2 bal.

3universitet
429,2ən yüksək keçid
277,2ən aşağı keçid
2dövlət sifarişli proqram

Fəlsəfə — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Universiteti
Əyani · 155382
Əyani 429,2 289,3 —
Bakı Dövlət Universiteti
Əyani · 111828
Əyani 422,1 380,5 —
Qərbi Kaspi Universiteti
Əyani · 157464
Əyani — 277,2 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Fəlsəfə ixtisası haqqında

→​İxtisasın təsviri

Fəlsəfə – varlığın, insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elmdir. Fəlsəfə sözünün yunan əsli “philosophia”-dır və iki ayrı sözdür: “Philio” sevgi mənasını verər: “sophia” isə, “müdriklik” ya da ümumiyyətlə, “bilik” deməkdir. “Philosophia”, bilik və müdriklik sevgisi, eşqi mənasını verər. ” Philosophos (filosof ) da, “müdrikliyi sevən”, “məlumatı axtaran və ona çatmaq istəyən”dir. Fəlsəfənin beş bölməsi var:

  1. Ontologiya – varlıq haqqında təlim
  2. Qnosiologiya – idrak haqqında təlim
  3. Sosiologiya – cəmiyyət haqqında təlim
  4. Praksiologiya – insanın əməli haqqında təlim
  5. Aksiologiya – insanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlim.

Fəlsəfə fakültəsində etika, ritorika, estetika, qədim dillər, məntiq və bir çox təbiət elmlərini öyrənirlər. Fəlsəfə kafedrasının müəllimləri tələbələrə elmin əsasları ilə tanış olmağa və analitik iş bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu gün filosoflar olduqca tələb olunandır, bu isə hərtərəfli inkişaf etdikləri və strateji düşünməyə qadir olduqları üçün. “Fəlsəfə”, əslində, universal bir ixtisasdır ki, bu da təhsil sistemindən tutmuş dövlət orqanlarına qədər müxtəlif sahələrdə karyera qurmağa kömək edir.

Peşənin tarixi

Fəlsəfənin elm kimi yaranma tarixi miladdan öncə VI əsrə təsadüf edir. “Filosof ” adını ilk dəfə Pifaqor (mö.570 -495) istifadə etmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Filosofun fəaliyyəti, iş mövqeyi və peşə sahəsindən asılı olaraq elmi-tədqiqat və ya praktiki ola bilər.

  1. Elmi əsərlər yazırması;
  2. Araşdırmalar aparmaq;
  3. Sosial – iqtisadi və ictimai – siyasi prosesləri izlənməsi və təhlili;
  4. İnsan dünyagörüşünü və fikir sistemlərini, dünyaya baxışını öyrənmək;
  5. Bəşəriyyətin əsas problemləri: mədəniyyət fəlsəfəsi, elm fəlsəfəsi, bilik fəlsəfəsi, varlıq və dil haqqında tədqiqatlar aparmaq;
  6. Təşkilati və idarəetmə: Elm, təhsil və sosial institutlar sahəsinin təşkilatı və idarəetməsində iştirak etmək;
  7. Təhsil (pedaqoji): orta ixtisas məktəblərində fəlsəfə, etika, məntiq və digər fəlsəfi fənlər tədris edir;
  8. Məsləhət və koordinasiya: sosial və mədəni işlər sahəsində əlaqələndirmələr etmək və məsləhət vermək, dövlət və ticarət strukturlarında sosial analitik fəaliyyət;
  9. Tədqiqat – müasir cəmiyyətin aktual problemləri üzrə tədqiqat layihələrində iştirak;

Harada bu ixtisasa sahiblənmək olar

  1. Bakı Dövlət Universiteti
  2. Qərbi Kaspi Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Fəlsəfənin ictimai – siyasi xarakterini nəzərə alsaq, bu ixtisası bitirənlər sosioloq, politoloq, peşəkar siyasətçi, psixoloq kimi fəaliyyət göstərməklə yanaşı, ali təhsil müəsisələrində fəlsəfə müəllimi kimi də işləyə bilər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

Bu ixtisasa yiyələnmək üçün çox kompetensiyanın olmağına ehtiyac yoxdur. Əsas üç bacarığa isə sahib olmaları zəruridir :

  • Obyektivlik
  • Analitik düşüncə və məntiqi təfəkkür;
  • Tənqidi yanaşma bacarığı;
  • Güclü yaddaş;
  • Erudisiya;
  • Yüksək nitq qabiliyyəti;
  • Dini və mədəni baxımdan tolerant olmaq;
  • Empatiya;
  • Pedaqoji bacarıqlar;
  • Tədqiqat bacarığı;
  • Liderlik bacarıqları;
  • İnandırmaq qabiliyyəti;

Bu sahənin gələcəyi

Fəlsəfə cəmiyyətin inkişaf və istehsal münasibətlərinin forma və məzmunun biləvasitə asılıdır. Cəmiyyətin istər sosial, istərsə də hüquqi istiqamətdə inkişafını düzgün yönləndirmək üçün fəlsəfə elmi zəruridir.

Bu ixtisas üzrə əmək haqqı

Seçimdən asılı olaraq əmək haqqı dəyişsə də, ortalama 300 – 1000 AZN aralığındadır.

Tez-tez verilən suallar

Fəlsəfə ixtisasının keçid balı neçədir?

qəbulunda Fəlsəfə ixtisası üzrə keçid balları 277,2 ilə 429,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 429,2 baldır.

Fəlsəfə ixtisası hansı universitetlərdə var?

Fəlsəfə ixtisası 3 universitetdə tədris olunur: Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti.

Fəlsəfə hansı qrupa aiddir?

Fəlsəfə 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Fəlsəfə ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Fəlsəfə ixtisasına ən aşağı keçid balı 277,2 olub. Ödənişli yerlər 3 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂