Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Hüquqşünaslıq haqqında

Hüquqşünaslıq haqqında ixtisası 7 universitetdə 12 proqram üzrə tədris olunur. keçid balları: 547,2 – 664,5 bal.

7universitet
664,5ən yüksək keçid
547,2ən aşağı keçid
8dövlət sifarişli proqram

Hüquqşünaslıq haqqında — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111982
Əyani 664,5 664,5 —
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əyani · 129268
Əyani 655,4 655,4 —
ADA Universitetitədris ingilis dilində
Əyani · 131357
Əyani — 633,6 —
Bakı Dövlət Universiteti
Əyani · 111941
Əyani 621,7 621,7 —
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138526
Əyani 618,5 618,5 —
Naxçıvan Dövlət Universiteti
Əyani · 142592
Əyani 612,3 577,1 —
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 141563
Əyani 611,1 607,9 —
Milli Aviasiya Akademiyası
Əyani · 138486
Əyani 611,1 602,9 —
Qarabağ Universiteti
Əyani · 152344
Əyani 590,8 — —
Bakı Dövlət Universiteti
Qiyabi · 111958
Qiyabi — 566,2 —
Milli Aviasiya Akademiyası
Qiyabi · 138494
Qiyabi — 561,2 —
Naxçıvan Dövlət Universiteti
Qiyabi · 142616
Qiyabi — 547,2 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Hüquqşünaslıq haqqında ixtisası haqqında

Tələbəlik illərimdə bir müəllimim həmişə deyirdi ki, qulağınızda sırğa olsun: “Siz mənim gözümdə hələ hüquqşünas deyilsiniz, universiteti bitirib işləyəndə də mən sizi hüquqşünas hesab edə bilmərəm, siz o zaman hüquqşünas olacaqsınız ki, öz biliyiniz, öz qabiliyyətiniz sizə ətrafınızda, xüsusən də öz kolleqalarınız arasında hüquqşünas adını qazandırsın”..

Hər hansı xarici dili, musiqi notlarını, rəsm çəkməyi, heykəltəraşlığı və digər sahələri öyrəndikdə müəyyən çətinliklərlə rastlaşırıq, ancaq həmişə öyrənməyin yolunun onu sevmək olduğunu deyirik. Hüquqşünaslıq da belədir, hüquq qanun dilidir. Yorulmamaq, sıxılmamaq üçün onu sevməlisən və xoşbəxtlikdən bu sevgi də zamanla, tədricən formalaşa bilir. Əksər hallarda belə sual yaranır ki, hüquqşünaslar o qədər qalın məcəllələri necə öyrənib yadında saxlaya bilir? Hüquq əzbərçilik tələb etmir, qanunvericilik normalarını elə mənimsəyirsən ki, onlar sənin dilinə hopur. Bu səbəbdən bəzən hüquqşünaslar öz aralarında məişət üslubunda danışarkən belə hüquq terminlərini işlətməkdən zövq alırlar. Qanunvericilik isə mütəmadi şəkildə dəyişir, yenilənir. Bir maddənin bir cümləsində bəzən bir sözün yerdəyişməsi belə mənanı tamamilə dəyişə bilir. Bu səbəbdən hər zaman yeniliklərdən xəbərdar olmalı, qanunvericiliklə münasibətini isti saxlamalısan.
Uğurlu hüquqşünas olmaq üçün ilk növbədə Azərbaycan dilini yaxşı bilməlisən, özün oxuduqlarını yaxşı anlamalısan ki, fikirlərini həm yazılı, həm şifahi şəkildə düzgün ifadə edə biləsən. Bəlağətli, aydın nitqə malik olmaq isə üstünlükdür və nitqinizi qiraət etməklə inkişaf etdirə bilərsiniz. Məntiqi təfəkkür, analiz, sintez qabiliyyəti, müqayisə etmə, əlaqələndirmə və digər bacarıqlar da lazımdır, lakin bütün bunlar zamanla insanda formalaşa bilir. Vacib nüans odur ki, müntəzəmlilik, məsuliyyət, özünə inam, öz üzərində işləmək istəyi hər zaman mövcud olsun. Digər ixtisaslarda olduğu kimi hüquqşünas da “hərşeyşünas” ola bilməz, lakin buna hər zaman cəhd etməlidir. Ona görə ki, bütün hüquq sahələri bir-biri ilə əlaqəlidir və bir sahəni yaxşı mənimsəyib o sahə üzrə mütəxəssis kimi formalaşmış olsan da, digər sahələrdə yaranmış boşluğu zaman-zaman hiss edirsən. Bu boşluq hüquqşünasın təfəkküründə də, nitqində də, yazısında da özünü asanlıqla büruzə verir. Öyrəndiklərini mütəmadi şəkildə təkrar etmək də əhəmiyyətlidir, çünki hər hansı normanı nəzəri cəhətdən mənimsədikdə, lakin tətbiq etmədikdə çox asanlıqla unudula bilir.
Hüquqşünaslıq ixtisası üçün xaricdə təhsil almaq təhsil aldığın ölkədən, universitetdən, təhsil aldıqdan sonra hansı ölkədə yaşayıb işləmək istəyindən asılı olaraq dəyişə bilir. Hüquq sistemləri fərqli olduğundan ixtisaslaşmaq istədiyin sahəyə uyğun olaraq seçim etmək daha məqsədəuyğundur.
Həyatın hər bir sahəsində olduğu kimi ixtisas seçimi edərkən də konkret məqsəd seçmək çox vacibdir. Məsələn, mən tələbə olan vaxt prokurorluqda təcrübədə idim, xanım müstəntiqin stolunun üzərində maraqlı aksesuar var idi, sonra öyrəndim ki, həmin xanım o aksesuarı özü tələbə olan vaxt o niyyətlə alıb ki, müstəntiq olduqda stolunun üzərinə qoysun. Bu istək böyük bir hədəfin kiçik bir hissəsidir. Təbii ki, məqsədinin dəqiqliyi, istəyinin gücü onun hazırkı vəzifəsi üçün böyük rol oynayıb. Bəzən də məqsədi təcrübə, dövrün tələbləri formalaşdıra bilir. Mən hüquqşünaslıq ixtisasını vəkil olmaq üçün seçmişəm, həmin vaxt hüquqla bağlı anlayışım, düşüncələrim universiteti bitirdikdən sonrakı kimi deyildi, məzun olduqdan sonra olan yanaşmam da hazırkı yanaşmam kimi deyil. Yəni, öyrəndikcə və işlədikcə insanın fikirləri də, özünü hansı sahədə daha yaxşı inkişaf etdirə biləcəyi düşüncəsi də dəyişə bilir. Həmçinin, konkret sahədə işləyən, neçə illik təcrübəsi olan hüquqşünaslar da bu mövzuda sizə istiqamət verib köməkçi ola bilir. Bütün bu səbəblərdən asılı olaraq karyera planlaması zamanla dəyişir. Həmçinin, əgər konkret sahəni seçməmisinizsə, yaxud sizdə fikir ayrılığı varsa, magistratura təhsili almaq üçün də bir müddət işləmək, maraq dairənizi dəqiqləşdirmək lazımdır. Bu həm Azərbaycan, həm də təhsil almaq istədiyiniz başqa ölkələr üçün keçərlidir.
Karyera üçün ilk addımı atmaq, ilk işi tapmaq isə bəzən çətin olur. Ona görə ki, hər hansı vakansiya üçün müraciət etdikdə sizdən müəyyən qədər təcrübə tələb olunur. Təbii ki, hər bir işəgötürən təcrübəsi olan işçi ilə işləmək istəyir. Lakin təcrübəsi olmasa da, fərqləndirici xüsusiyyətləri olan namizədlərə hər zaman iş tapmaq asandır. Hazırda əksər işəgötürənlər işçini ilk növbədə test yaxud yazılı şəkildə imtahan edir, daha sonra ikinci mərhələ olan müsahibəyə dəvət edir. Öz ixtisası ilə bağlı, xüsusən də müraciət etdiyi vakansiya ilə bağlı kifayət qədər biliyi və bacarığı olan, dünyagörüşü zəngin, bir neçə xarici dil bilən namizədlər CV-si ilə də, iş müsahibəsində özünü ifadə etməsi ilə də fərqlənə bilirlər. Bununla yanaşı, tələbəlik illərində sosial olmaq, müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak etmək sizin çevrənizi formalaşdırır, hətta gələcəkdə iş imkanlarınızı belə genişləndirə bilir. Məsələn, iştirakçısı olduğunuz hansısa təşkilatda elə ilk iş təcrübəsi qazana bilərsiniz, yaxud tanış olduğunuz yoldaşlarınız sizi hansısa işəgötürənə tövsiyə edə bilər və s. Ola bilsin ki, universiteti bitirdikdən dərhal sonra işlə təmin olunmayacaqsınız, lakin ruhdan düşməyib biliklərinizi daha da inkişaf etdirib daha yaxşı iş imkanları qazana bilərsiniz. Nəticə etibarilə, verilən əmək, göstərilən səy, öz üzərində işləmək hər zaman bəhrəsini verir. Bir həqiqət var ki, bilikli, bacarıqlı hüquqşünas üçün hər zaman hər yerdə iş vardır. Siz dövlət qulluğu, həmçinin xüsusi dövlət qulluğu imtahanları verib hüquqşünas vəzifəsi üçün çoxsaylı iş imkanları əldə edə bilərsiniz. Qeyri-dövlət sektorlarında da ən kiçik müəssisədən tutmuş nəhəng şirkətlərə qədər hər bir sahədə hüquqi tənzimləməyə ehtiyac yaranır. Yəni, uğur qazanmaq üçün əsas faktor axtaran yox, axtarılan olmağı bacarmaqdır.
İxtisas seçimi edərkən mütləq məsləhətləşin, öz istəyinizlə yanaşı, bilik, bacarıqlarınızı və seçmək istədiyiniz ixtisas üçün tələb olunan göstəriciləri müqayisə edib düzgün seçim edin. Daim öyrənin, biliklərinizi artırın, özünüzü inkişaf etdirin, bəzən riskli qərarlar qəbul etməkdən çəkinməyin və özünüzü kimləsə müqayisə etməyin, ən yaxın rəqibiniz məhz özünüz olun, uğurun sirri məhz bundadır.
Hüquqşünaslıq ixtisası ilə bağlı suallarınıza bu məqalə ilə müəyyən qədər cavab tapdığınıza ümid edir və hər birinizə ixtisas seçiminizdə uğurlar arzu edirəm.

Leyla Əhmədova,
“Naxçıvanbank” ASC-nin Bakı filialının hüquqşünası.

Tez-tez verilən suallar

Hüquqşünaslıq ixtisasının keçid balı neçədir?

qəbulunda Hüquqşünaslıq ixtisası üzrə keçid balları 547,2 ilə 664,5 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 664,5 baldır.

Hüquqşünaslıq ixtisası hansı universitetlərdə var?

Hüquqşünaslıq ixtisası 7 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Qarabağ Universiteti.

Hüquqşünaslıq hansı qrupa aiddir?

Hüquqşünaslıq 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Hüquqşünaslıq ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Hüquqşünaslıq ixtisasına ən aşağı keçid balı 547,2 olub. Ödənişli yerlər 11 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂