Balını yoxla

Filologiya(ingilis dili və ədəbiyyatı)

Filologiya(ingilis dili və ədəbiyyatı) ixtisası 9 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 512,7 bal.

9universitet
512,7ən yüksək keçid
200ən aşağı keçid
4dövlət sifarişli proqram

Filologiya(ingilis dili və ədəbiyyatı) — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universitetiingilis dili və ədəbiyyatı üzrə
Əyani · 111917
Əyani 512,7 512,7
Bakı Slavyan Universitetiingilis dili və ədəbiyyatı üzrə
Əyani · 127348
Əyani 501,7 414
Xəzər Universitetiingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində
Əyani · 158436
Əyani 500,5 318,4
Azərbaycan Dillər Universitetiingilis dili və ədəbiyyatı üzrə
Əyani · 126335
Əyani 497,6 200
Azərbaycan Universitetiingilis dili və ədəbiyyatı üzrə
Əyani · 155414
Əyani 326,3
Bakı Avrasiya Universitetiingilis dili və ədəbiyyatı üzrə
Əyani · 162283
Əyani 304,1
Odlar Yurdu Universitetiingilis dili və ədəbiyyatı üzrə
Əyani · 164446
Əyani 297,9
Qərbi Kaspi Universitetiingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində
Əyani · 157472
Əyani 283,2
Bakı Qızlar Universitetiingilis dili və ədəbiyyatı üzrə
Əyani · 163199
Əyani 281,3

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Filologiya(ingilis dili və ədəbiyyatı) ixtisası haqqında

İxtisasın qısa təsviri (5-7 cümlə)

Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. İngilis dili və ədəbiyyatı filologiyası özlüyündə ingilis dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrədir. Həmçinin,klassik ədəbiyyat nümayəndələrinin əsərlərilə yanaşı müasir ədəbiyyat nümunələrilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Əlavə olaraq,lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

Filologiya fakültəsi 1919-cu ildə tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Fakültənin ilk dekanı prof. N.A.Dubrovski olmuşdur (1919-1920).

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Filologiya ixtisasında ən başlıca və əsas iş öhdəliklərindən biri də elmi işlərin aparılmasıdır.Elmi işlər:

➝ Dilçiliyi elmi səviyyə öyrənmək və araşdırmaq.

➝ Dilin tarixi haqqda dərindən və elmi səviyyədə tədqiqatlar aparmaq.

➝ İngilis ədəbiyyatını elmi səviyyədə araşdırmaq.

➝ İngilis dili və ədəbiyyatını qarşılıqlı əlaqələrini araşdırmaq.

➝ Ümumilikdə müqayisəli filologiya da var. Burada ingilis dili və ədəbiyyatı ilə azərbaycan dili və ədəbiyyatını müqayisəli şəkildə araşdırmaq aiddir.

➝ Bədii, elmi, texniki və müxtəlif ixtisaslaşdırılmış ədəbiyyatın yazılı tərcümələrini etmək;

➝ Dilçilik üzrə məsləhətlər vermək;

➝ Elmi sənədlərin, dərsliklərin, dillərin öyrənilməsi üçün tədris vəsaitlərinin, lüğətlərin, qrammatikaların, dil təsnifatı sistemlərinin nəzərdən keçirilməsi və nəşrə hazırlanması;

➝ Beynəlxalq toplantılarda, konfranslarda, hökumət iclaslarında və bənzər tədbirlərdə bir dildən digərinə tərcümə;

➝ Elmi sənədlərin və hesabatların hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar

  1. 1.Azərbaycan Dillər Universiteti.
  2. 2.Bakı Avrasiya Universiteti.
  3. 3.Bakı Slavyan Universiteti.
  4. 4.Qərbi Kaspi Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar

1.İlk öncə təbii ki,məzunların biliklərini nəzərə alsaq univeristetlərdə,özəl şirkətlərdə və konsulluqlarda iş imkanları vardır

2.Burada məzunların bilikləri çox böyük rol oyanyır.Əgər məzunlar ixtisasartırma və magistr bitiriblərsə bir çox universtetlərdə və ya AMEA-da iş tapmaq imkanları vardır.

3.Bir sıra özəl şirkətlərdə tərcüməçi çalışa bilərlər.

4.Həmçinin də ixtisas artırma ilə orta məktəblərdə də müəllim kimi çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➝ İlk öncə İngilis dilinə maraq olmalıdır.Ən azından A2 (Elementry)- B1 (Pre-Intermediate) səviyyədə İngilis dili bilikləri olmalıdır;

➝ İngilis dili ədəbiyyatına marağın olması;

➝ Yaddaşın güclü olması;

➝ Geniş dünya görüşünün olması;

➝ Yüksək təhlil etmə bacarığı;

➝ Səbirli olmaq;

➝ Söz bazasının olması (ingilis dili);

➝ Lüğətlərlə işləmək bacarığının olması;

➝ Şifahi və yazılı nitq;

➝ Zəngin təxəyyül;

➝ Analitik düşüncə;

➝ Güclü eşitmə və yaddaş;

➝ Diqqətlilik.

Bu sahənin gələcəyi

Filologiya ixtisası çox şaxəli ixtisaslardan biridir.Bitirən məzunlar bir çox iş imkanı ilə təmin olunur.(Müəllimlik,Filoloq,Tərcüməçi və s)

Bu ixtisas üzrə maaşlar

Təbii ki,maaşlar filoloqun işlədiyi sahələrdən və yerlərdən asılıdır.Universitetlərdə,orta məktəblərdə maaşlar min 400-600 manatdan başlayır.

Tez-tez verilən suallar

Filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 512,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 512,7 baldır.

Filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində) ixtisası 9 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Xəzər Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Qızlar Universiteti.

Filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində) hansı qrupa aiddir?

Filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Filologiya (ingilis dili və ədəbiyyatı üzrə, tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 9 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂