Balını yoxla

Filologiya (Ərəb dili və ədəbiyyatı)

Filologiya (Ərəb dili və ədəbiyyatı) ixtisası 1 universitetdə 1 proqram üzrə tədris olunur. 2025 keçid balları: 335,9 – 335,9 bal.

1universitet
335,9ən yüksək keçid
335,9ən aşağı keçid
0dövlət sifarişli proqram

Filologiya (Ərəb dili və ədəbiyyatı) — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universiteti ərəb dili və ədəbiyyatı üzrə
Əyani · 111836
Əyani 335,9

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Filologiya (Ərəb dili və ədəbiyyatı) ixtisası haqqında

İxtisasın qısa təsviri

Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. Ərəb dili və ədəbiyyat filologiyası özlüyündə ərəb dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrədir. Həmçinin, klassik ədəbiyyat nümayəndələrinin əsərləri ilə yanaşı, müasir ədəbiyyat nümunələri ilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Əlavə olaraq, lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

Filologiya fakültəsi 1919 – cu ildə tarix – filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil – ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Fakültənin ilk dekanı prof. N.A.Dubrovski olmuşdur (1919 -1920).

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Filologiya ixtisasında ən başlıca və əsas iş öhdəliklərindən biri də elmi işlərin aparılmasıdır. Elmi işlər:

  • Dilçiliyi elmi səviyyə öyrənmək və araşdırmaq;
  • Dilin tarixi haqqında dərindən və elmi səviyyədə tədqiqatlar aparmaq;
  • Ərəb ədəbiyyatını elmi səviyyədə araşdırmaq;
  • Ərəb dili və ədəbiyyatını qarşılıqlı əlaqələrini araşdırmaq;
  • Ərəb dili və ədəbiyyatı ilə Azərbaycan dili və ədəbiyyatını müqayisəli şəkildə araşdırmaq;
  • Bədii, elmi, texniki və müxtəlif ixtisaslaşdırılmış ədəbiyyatın yazılı tərcümələrini etmək;
  • Elmi sənədlərin, dərsliklərin, dillərin öyrənilməsi üçün tədris vəsaitlərinin, lüğətlərin, qrammatikaların, dil təsnifatı sistemlərinin nəzərdən keçirilməsi və nəşrə hazırlanması;
  • Dilçilik üzrə məsləhətlər vermək;
  • Beynəlxalq toplantılarda, konfranslarda, hökumət iclaslarında və bənzər tədbirlərdə bir dildən digərinə tərcümə;
  • Elmi sənədlərin və hesabatların hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar

1.Bakı Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

1.Məzunların biliklərini nəzərə alsaq univeristetlərdə,özəl şirkətlərdə və konsulluqlarda iş imkanları vardır.

2.Burada məzunların bilikləri çox böyük rol oyanyır.Əgər məzunlar ixtisasartırma və magistr bitiriblərsə, bir çox universtetlərdə və ya AMEA – da iş tapmaq imkanları vardır.

3.Bir sıra özəl şirkətlərdə tərcüməçi çalışa bilərlər.

4.Həmçinin də ixtisas artırma ilə orta məktəblərdə də müəllim kimi çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • İlk öncə Ərəb dilinə maraq olmalıdır.Ən azından A2 (Elementry)- B1 (Pre-Intermediate) səviyyədə ərəb dili bilikləri olmalıdır;
  • Ərəb dili ədəbiyyatına marağın olması;
  • Yaddaşın güclü olması;
  • Geniş dünya görüşünün olması;
  • Yüksək təhlil etmə bacarığı;
  • Səbirli olmaq;
  • Söz bazasının olması (ərəb dili);
  • Lüğətlərlə işləmək bacarığının olması;
  • Şifahi və yazılı nitq;
  • Zəngin təxəyyül;
  • Analitik düşüncə;
  • Güclü eşitmə və yaddaş;
  • Diqqətlilik.

Bu sahənin gələcəyi

Filologiya ixtisası çox şaxəli ixtisaslardan biridir. Bitirən məzunlar bir çox iş imkanı ilə təmin olunur. (Müəllimlik,Filoloq,Tərcüməçi və s).

Bu ixtisas üzrə maaşlar

Əmək haqqı filoloqun işlədiyi sahədən və yerdən asılıdır. Universitetlərdə, orta məktəblərdə əmək haqqı minimum 400 – 600 AZN – dən başlayır.

İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)

Bu mövzu üzrə materiallar v məqalələr (növbəti mərhələdə edəcəyik)

Tez-tez verilən suallar

Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) ixtisası üzrə keçid balları 335,9 ilə 335,9 bal arasında olub. Bu ixtisas üzrə dövlət sifarişli yer olmayıb.

Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) ixtisası hansı universitetlərdə var?

Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) ixtisası 1 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti.

Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) hansı qrupa aiddir?

Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) ixtisasına ən aşağı keçid balı 335,9 olub. Ödənişli yerlər 1 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂