Balını yoxla

Korreksiyaedici təlim ixtisası

Korreksiyaedici təlim ixtisası ixtisası 7 universitetdə 8 proqram üzrə tədris olunur. keçid balları: 308,2 – 459,2 bal.

7universitet
459,2ən yüksək keçid
308,2ən aşağı keçid
5dövlət sifarişli proqram

Korreksiyaedici təlim ixtisası — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Naxçıvan Müəllimlər İnstitutu
Əyani · 143556
Əyani 459,2 308,2 —
Bakı Dövlət Universiteti
Əyani · 111682
Əyani 458,4 458,4 —
Azərbaycan Dillər Universiteti
Əyani · 126262
Əyani 448,7 392,1 —
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 122114
Əyani 448,3 373,4 —
Azərbaycan Dövlət Pedaqoji Universitetitədris ingilis dilində
Əyani · 122139
Əyani 447,8 393,1 —
Bakı Slavyan Universiteti
Əyani · 127194
Əyani — 390,2 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148538
Əyani — 363 —
Azərbaycan Universiteti
Əyani · 155341
Əyani — 341,7 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Korreksiyaedici təlim ixtisası ixtisası haqqında

two-girls-doing-school-works-1720186 (2)

İxtisasın təsviri

Yeni adı ilə desək , Xüsusi təhsil – müxtəlif ölkələrdə Özel eğitim, Special Education, Korreksion psixologiya və s. adlanır. İxtisasın əsas tədris məqsədi psixi, əqli, fiziki cəhətdən inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim, tərbiyə, təhsil, sosial adaptasiyası, reabilitasiyası, uşaqlarda baş vermiş pozulmaların və profilaktikasının öyrənilməsidir. Korreksiyaedici, uşaq davranışının bəzi yolverilməz və ya dağıdıcı növlərini (təcavüz, neqativizm, qorxu) yatırtmaq və ya dəyişdirməyə yönəlmişdir, inkişaf edən isə yeni bacarıqların inkişaf etdirilməsinə və mövcud olanların (məsələn, nitq inkişafı, bədən tərbiyəsi, rəsm dərsləri) inkişaf etdirilməsinə yönəlmişdir. Özlüyündə 4 sahəyə ayrılır :

1) Surdopedoqogika – eşitmə məhdudiyyətli şəxsləri öyrənir.

2) Tiflopedoqogika – görmə məhdudiyyətli şəxsləri öyrənir.

3) Oliqafrenpedaqogika – intellektual çatışmamazlığı olan şəxsləri öyrənir.

4) Loqopediya – nitq pozulmalarını öyrənir.

Burada uşaqlara çox böyük məhəbbət, fərdiliyi görmək və hiss etmək, onun inkişafına töhfə vermək tələb edilir. Bu ixtisas psixologiya və təlim tərbiyyə ilə maraqlanan üçün uyğundur.

Peşənin tarixi

Qədim dövrlərdə qüsurlu dünyaya gələn uşaqlara münasibət birmənalı olaraq yaxşı deyildi. Çox zaman onlar öldürülür, diri – diri torpağa basdırıldı. İslam və Xristian idealogiyasının yayılması ilə bu növ problemli insanlara baxış bucağı da dəyişdi. Beləliklə, bu ixtisas elm kimi formalaşmağa başladı. Ölkəmizdə tədris tarixinə nəzər salsaq, görərik ki, 2017 -ci ilə qədər yalnız ADPU-da tədris edilib, 2018 -ci ildən etibarın isə həm də BDU – də də tədris edilməyə başlanıb. III ixtisas qrupunda yer alır.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

İxtisasa yiyələnən şəxs yuxarıda qeyd edilən sahələrdən biri və ya bir neçəsi üzrə mütəxəssis olduğundan, iş öhdəlikləri də bunlara müvafiq olaraq dəyişir. Amma əsas öhdəliklər bir qayda olaraq dəyişməzdir.

  • Hər bir şagirdə individual tədris və inkişaf proqramının tərtib edilməsi.
  • Şagirdlərin şəxsi inkişafını dəstəkləmək, güclü və zəif tərəflərini, maraqlarını, meyllərini müəyyənləşdirmək;
  • Uşaqların şəxsi – sosial xüsusiyyətlırinin formalaşdırılması;
  • Pedaqoji prinsiplərə riayət etməli;
  • Şagirdlərin yaradıcı potensialının, qabiliyyətlərinin və imkanlarının aşkara çıxarılmasına yardım;
  • Şagirdlərdə şəxsiyyətinin formalaşmasına kömək etmək;
  • Şagirdlərlə didaktik materiallar, testlər uşaqların tez inkişafı və böyüməsi üçün psixoloji oyunlar və s etməli;
  • Obrazlı təfəkkürün, təxəyyülün, məntiqi təfəkkürün inkişafı.
  • Uşaqların müəyyən edilmiş qaydalara riayət etmək bacarığının inkişafı.
  • Özünüqiymətləndirmənin formalaşması.
  • Ünsiyyət bacarığının formalaşdırılması.
  • Valideynlər ilə davamlı əlaqədə olmaq.
  • Düzgün diaqnostikanın aparılması.
  • Psixoloji konsultasiyaların mütəmadi aparılması.

Harada bu ixtisasa yiyələnmək olar

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Bakı Dövlət Universiteti
  • Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu
  • Buta Tədris Mərkəzi
  • Stimul Education & Consulting
  • Tərəqqi 1
  • Elite Education & Career Center
  • SABBA – 97
  • Elbite courses və s.

Harada bu sahə üzrə işləmək olar

  • Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli xüsusi internat məktəbi
  • Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi
  • E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi
  • 11 nömrəli xüsusi internat məktəbi
  • Respublika Daun Mərkəzi
  • Psixi Sağlamlıq Mərkəzi
  • Psixo-nevroloji uşaq evi və s. kimi dövlət müəssisələri.

Özəl müəssisələrdən isə aşağıdakıları misal göstərə bilərik.

  • Narınc Uşaq Psixologiya Mərkəzi
  • Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi
  • Qüsursuz Nitq İnkişaf Mərkəzi
  • Bakı Autizm Mərkəzi
  • Mədinə Tibb Mərkəzi
  • Peşəkar Psixologiya Mərkəzi

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Pedaqoji ve psixoloji biliklərin olması
  • Səbrli və təmkinli xarakterə sahib olmaq
  • İşə məsuliyyətli yanaşmağı bacarmaq
  • Analitik düşüncə qabiliyyətin olması
  • Fikrini rahat ve qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabilliyəti
  • Daim yenilikçi olmaq
  • Sosial yönümlü olmaq
  • Empatiya bacarığı
  • Yüksək motivasiya ilə yanaşma
  • Şagirdlərin nə istədiyini anlamalı
  • Azyaşlı uşaqlarla çalışma bacarığı.
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.
  • Öyrənməyi və öyrətməyi bacarmalı
  • Bildiklərinin tətbiqini bacarmalı

Bu sahənin gələcəyi

Bioloji, sosial və pedaqoji amillərlə bağlı ixtisaslı və bu sahədə mütəxəssis kadra tələbat olduqca yüksəkdir.

Bu ixtisas üzrə maaş

Dövlət müəssisələrində maaş ortalama 300 AZN – dən başlayır, özəl müəssisələrdə isə maaş olduqca yüksəkdir, bəzi müəssisələr isə hər şagirdə görə verilən faiz hesabına maaş təyin edilir.

Tez-tez verilən suallar

Xüsusi pedaqogika ixtisasının keçid balı neçədir?

qəbulunda Xüsusi pedaqogika ixtisası üzrə keçid balları 308,2 ilə 459,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 459,2 baldır.

Xüsusi pedaqogika ixtisası hansı universitetlərdə var?

Xüsusi pedaqogika ixtisası 7 universitetdə tədris olunur: Naxçıvan Müəllimlər İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Universiteti.

Xüsusi pedaqogika hansı qrupa aiddir?

Xüsusi pedaqogika 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Xüsusi pedaqogika ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Xüsusi pedaqogika ixtisasına ən aşağı keçid balı 308,2 olub. Ödənişli yerlər 8 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂