Hərbi kompozisiya materialları mühəndisliyi ixtisası haqqında
Hərbi kompozisiya materialları mühəndisliyi ixtisası
İxtisasın təsviri
İxtisas Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan zavodlarda və digər sənaye zavodlarında kompozit materialların hazırlanması üçün kadr hazırlayan bir ixtisasdır. İxtisas, əsasən, verilmiş məmulatın əsas hissələrinin metal kimi ağır və sərmayəsi baha başa gələn elementlərdən deyil, daha ucuz başa gələn və ağırlığı az olan materiallardan hazırlanmasından ibarətdir.
İxtisasın tarixi
Kompozisiya materiallarının tarixi minilliklər boyu var olmuşdur. Lakin yazılı olaraq dərsliklərdə ixtisasın tarixi barədə qeyd edilən məlumatlara əsasən kompozisiya materiallarında inkişaf 40-cı illərin əvvələrində, ilk yüksək möhkəmlikli kompozitlərin yaradılması ilə başlamışdır. Hələ 2-ci dünya müharibəsindən əvvəl kompozisiya materialları konstruksiya materialları ilə rəqabət apara bilirdi. İlk dəfə olaraq dövlət səviyyəsində kompozisiya materialları 1941–1942-ci illərdə fenol qətranı ilə hopdurulmuş liflərin və aşağı təzyiqdə presləmə metodu ilə poliefirlərin hazırlanması ilə ABŞ-da başlanmışdır. İndiki zamanda texnikanın elə bir sahəsi yoxdur ki, orada kompozisiya materiallarından istifadə olunmasın.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
- Metal və qeyri-metal əsaslı kompozisiya materiallarından hərbi təyinatlı məmulatların hazırlanması
- İstesalat texnologiyasının işinə nəzarət etmək
- İstehsalat işinə nəzarət olunması
- Hərbi vəsaitlərin sınaqdan keçirilməsi ilə məşğul olmaq
Harada bu ixtisasa sahiblənmək olar
➝ Azərbaycan Texniki Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar
- Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan İqlim, Alov, Avia-Aqreqat zavodlarında
- Metallurgiya zavodlarında
- Maşınqayırma zavodlarında
- Aviasiya sənayesi zavodlarında
- Azərbaycan Milli Aerokosmik Agentliyində
- Elmi tədqiqat institutlarında
- Digər sənaye zavodlarında
Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)
- Nanotexnologiya, fizika, kimya, riyaziyyat, mühəndis qrafikası üzrə biliklər
- 3ds Max, AutoCAD proqramları üzrə biliklər
- Metallurgiya, metalşünaslıq və kompozisiya materiallarının texnologiyasını dərindən mənimsəmək
İxtisasın gələcəyi
Kompozisiya materialları sahəsi çoxşaxəli sahə olduğu üçün, yəni sadəcə metal elementləri ilə məhdudlaşmadığı, həm də plastik materiallardan, dispers möhkəmlənən və lifli armaturlaşdırılmış materiallardan və ən əsası ovuntu kompozisiya materiallarından geniş istifadə olunduğu üçün gələcəyi perspektivlidir və geniş iş imkanlarına malikdir.
Əmək haqqı
Bu sahə üzrə ilkin əmək haqqı (təcrübəsi olmayanlar üçün) 400 AZN-dən başlayır. Müəyyən vaxtdan sonra təcrübə artdıqca əmək haqqı da artır. Orta aylıq əmək haqqı isə 700–800 AZN aralığında dəyişir.