Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Menecment

Menecment ixtisası 22 universitetdə 33 proqram üzrə tədris olunur. keçid balları: 200 – 440,4 bal.

22universitet
440,4ən yüksək keçid
200ən aşağı keçid
12dövlət sifarişli proqram

Menecment — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158322
Əyani 440,4 200 —
Lənkəran Dövlət Universiteti
Əyani · 151429
Əyani 440,2 200 —
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144577
Əyani 420,7 200 —
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əyani · 129195
Əyani 412 412 —
Milli Aviasiya Akademiyası
Əyani · 138461
Əyani 409,9 251,4 —
Bakı Dövlət Universiteti
Əyani · 111593
Əyani 409,5 275,1 —
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114793
Əyani 408,9 322,1 —
Mingəçevir Dövlət Universiteti
Əyani · 149389
Əyani 408,8 200 —
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118616
Əyani 408,3 245 —
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114785
Əyani 407 278 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123646
Əyani 406 335,3 —
Naxçıvan Dövlət Universiteti
Əyani · 142421
Əyani — 298,9 —
Qarabağ Universiteti
Əyani · 152255
Əyani 292,3 — —
Azərbaycan Texniki Universiteti
Əyani · 116623
Əyani — 272 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Qiyabi · 123654
Qiyabi — 200 —
Bakı Biznes Universiteti
Əyani · 165231
Əyani — 200 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148449
Əyani — 200 —
Mingəçevir Dövlət Universiteti
Qiyabi · 149397
Qiyabi — 200 —
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148457
Qiyabi — 200 —
Odlar Yurdu Universiteti
Qiyabi · 164284
Qiyabi — 200 —
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123938
Əyani — 200 —
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Qiyabi · 118624
Qiyabi — 200 —
Azərbaycan Universiteti
Əyani · 155277
Əyani — 200 —
Bakı Avrasiya Universiteti
Əyani · 162194
Əyani — 200 —
Gəncə Dövlət Universiteti
Əyani · 145321
Əyani — 200 —
Bakı Biznes Universiteti
Qiyabi · 165248
Qiyabi — 200 —
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136169
Əyani — 200 —
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154297
Əyani — 200 —
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151437
Qiyabi — 200 —
Azərbaycan Kooperasiya Universiteti
Qiyabi · 154312
Qiyabi — 200 —
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164292
Əyani — 200 —
Odlar Yurdu Universiteti
Əyani · 164316
Əyani — 200 —
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147436
Əyani — 200 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Menecment ixtisası haqqında

İxtisasın qısa təsviri

Menecment ümumən idarəetmə deməkdir. Bu ixtisas müəssisə idarəçiliyini və onun effektiv idarəolunması yollarını öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini, səmərəliliyini təşkil etməkdir. Bir çox hallarda müəssisənin əsas inzibati şəxsi baş menecer hesab edilir. Ümumilikdə, menecerlərin səlahiyyət və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir. Menecment sahəsi üzrə çalışan şəxslər menecerlər adlanırlar.

Menecment dedikdə təşkilatın məqsədlərinə çatmaq üçün resurs­lardan (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin (planlaşdırma, qərar qəbul etmə, təşkiletmə, liderlik və nəzarət) məcmusu nəzərdə tutulur. Menecment ixtisası düzgün və effektiv idarəetməni öyrənir. Menecment geniş mənalı anlayış olduğundan onun idarəetməsinin düzgün həyata keçirilməsi üçün təsnifləndirilməsi zəruridir. Çünki hər bir təsnifin öz iş öhdəlikləri və prinsipləri vardır. Onlar aşağıdakılardır :

  • İnnovasiya menecmenti – yeni məhsulların, istehsal proseslərinin və iqtisadi əlaqələrin tətbiqi ilə əlaqəli strateji idarəetmə sahələrindən biridir.
  • İnsan Resurslarının idarə edilməsi – bu təşkilati hədəflərə çatmaq üçün insan biliklərindən, bacarıq və istedadlarından səmərəli istifadəni təmin edən rəsmi təşkilat sistemlərinin dizaynıdır.
  • Maliyyə və bank menecmenti – bu mikro və makroiqtisadi üstünlüklərə çatmaq üçün kredit resursları hərəkətinin davamlılığını və vaxtında olmasını təmin edən müvafiq təşkilati strukturlar tərəfindən istehsal olunan idarəetmə təsirləri sistemidir.
  • Strateji menecment – bir şirkətin fəaliyyət səviyyəsinin rəqiblərin səviyyəsindən uzun müddət yüksək olmasına səbəb olan hərəkətlərin hazırlanması və həyata keçirilməsi.
  • Risk menecmenti – idarəetmə zamanı yaranan risklərin idarə edilməsi strategiyası və taktikası daxil olmaqla risklərin idarə edilməsi və iqtisadi (maliyyə) münasibətlər sistemidir.
  • Informasiya menecmenti – buraya məlumatların seçilməsi, identifikasiyası, təsnifatı, indeksasiyası və saxlanması prosesləri daxildir.
  • Istehsal və əməliyyat menecmenti – İstehsalatın idarə edilməsinin əsas vəzifəsi, istehsal prosesini planlara və digər sənədlərə uyğun olaraq dinamik tarazlıqda saxlamaqdır.
  • Layihə menecmenti – qarşıya qoyulmuş məqsədlərə çatmaq, müəyyən planları həyata keçirmək, mövcud mənbələrdən – vaxt, kapital, insanlardan istifadə etmək məqsədi daşıyan fəaliyyətdir.
  • Logistik menecment -bütün marşrut boyunca xərcləri minimuma endirmək məqsədi ilə maliyyə, maddi və məlumat axınlarının təşkili və tənzimlənməsi məqsədi ilə müəssisənin əhatə dairəsi, həmçinin müəssisənin ümumi optimallaşdırılması prosesidir.
  • Sahələr üzrə menecment – müxtəlif sahələr üzrə idarəetmə obyektlərinin inkişafı ilə bağlı məlumatların daimi izlənilməsini və təhlilini tələb edən bir prosesdir.
  • Bu ixtisas ekonomikaya marağı olanlar üçün uyğundur.

Peşənin tarixi

Menecmentin elm kimi formalaşıb, idarəetmədən ayrılması XIX əsrin sonlarına təsadüf edir. “Menecment” peşəsi XIX əsrdə ABŞ – da, idarəetməyə mütərəqqi bir yanaşma ehtiyacının ortaya çıxdığı zaman yaranmışdır. O vaxtdan bəri bütün sektorlarda idarəetmə müəssisənin fəaliyyətinin vacib şərtinə çevrilmişdir. Təşkilatın uğuru menecerin səmərəliliyindən asılıdır.

İş öhdəlikləri

Menecmentin fəaliyyət istiqamətlərinə görə iş öhdəlikləri fərqlənsə də, ümumi öhdəliklər aşağıdakılardır :

  • Heyətin (kadrların) idarə edilməsi
  • Strateji planlamanın aparılması
  • Daxili və xarici inzibati işlərin təşkili
  • Istehsal amillərindən optimal istifadənin təşkili
  • İşgüzar yazışmaların aparılması
  • Stress vəziyyətinin düzgün idarəedilməsi
  • Planlaşdırma və nəzarətin təşkili
  • Bazar analizinin aparılması
  • Təşkilatların marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak
  • Şirkətlər üçün insan resurslarının idarə edilməsi strategiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak
  • İnnovativ yeniliklərin hazırlanması və tədbiqində iştirak etmək
  • İnvestisiya qərarlarının şirkət dəyərinin artmasına təsirinin qiymətləndirilməsi
  • Biznes ideyalarının formalaşdırılmasında iştirak etmək
  • Rislərin analizinin aparılması
  • İnformasiya texnologiyaları xidmətləri ilə qarşılıqlı əlaqə və korporativ məlumat sistemlərindən səmərəli istifadə etmək
  • insan resurslarının auditi və təşkilatçılıq mədəniyyətinin diaqnostikasını aparmaq
  • Statistik analizlərin aparılması
  • Hesabatların hazırlanması

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Koorperasiya Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan Universiteti
  • Bakı Biznes Universiteti
  • Bakı Dövlət Universiteti
  • Dövlət İdarəçilik Akademiyası
  • Gəncə Dövlət Universiteti
  • Xəzər Universiteti
  • Qərbi – Kaspi Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Naxçıvan Dövlət Universiteti
  • Odlar Yurdu Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Bütün dövlət müəsisələri

Bütün özəl müəsisələr

  • Novco Group of Companies
  • Makromed
  • US Electronics
  • Radius MMC
  • İATM MMC
  • Smart Brain
  • Davood MMC

Bu ixtisas üzrə lazım olan bacarıqlar

  • Liderlik qabiliyyəti
  • Vaxtı düzgün idarəetməyi bacarmaq
  • Gələcək yönümlü düşüncə tərzi
  • Punktuallıq
  • Səlis danışıq qabiliyyəti
  • Komanda ilə işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İnnovativlik
  • Çalışqanlıq
  • Sosialyönümlülük
  • Analitik bacarıq
  • Obyektivlik
  • Qərar qəbul etmə bacarığı
  • Müşahidə qabiliyyəti
  • müxtəlif münaqişələrin həlli metodlarına sahib olmaq
  • Layihə idarəetmə bacarıqları
  • Təşkilatçılıq bacarıqları

Bu sahənin gələcəyi

Sivilizasiyanın inkişafının istənilən dövründə effektiv idarəedilməyə ehtiyac hər zaman vardır. Süni intellektin belə hətta. Menecment çoxprofilli ixtisas olduğundan onun növlərinin böyük bir əksəriyyəti bütün dövlər üçün öz aktuallığını qoruyur və istər iqtisadi, istərsə də sosial tərəqqidə əhəmiyyətli rol oynayır.

Bu ixtisas üzrə maaşlar

Dövlət müəsisələrində : 300 – 1000 AZN.

Özəl müəsisələrdə : 400 – 3000 AZN.

Tez-tez verilən suallar

Menecment (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

qəbulunda Menecment (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 440,4 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 440,4 baldır.

Menecment (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Menecment (tədris ingilis dilində) ixtisası 22 universitetdə tədris olunur: Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti və digərləri.

Menecment (tədris ingilis dilində) hansı qrupa aiddir?

Menecment (tədris ingilis dilində) 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Menecment (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Menecment (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 32 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂