Balını yoxla

Dövlət və ictimai münasibətlər

Dövlət və ictimai münasibətlər ixtisası 5 universitetdə 6 proqram üzrə tədris olunur. 2025 keçid balları: 403,7 – 609,3 bal.

5universitet
609,3ən yüksək keçid
403,7ən aşağı keçid
4dövlət sifarişli proqram

Dövlət və ictimai münasibətlər — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Naxçıvan Dövlət Universiteti
Əyani · 142568
Əyani 609,3 492,2
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əyani · 129243
Əyani 609,1 599,4
Bakı Dövlət Universiteti
Əyani · 111788
Əyani 609 537,5
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111811
Əyani 608,9 597,4
ADA Universitetitədris ingilis dilində
Əyani · 131349
Əyani 604,7
Azərbaycan Universiteti
Əyani · 155374
Əyani 403,7

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Dövlət və ictimai münasibətlər ixtisası haqqında

İxtisasın təsviri

Dövlət və İctimai münasibətlər ixtisası yeni nəsil dövlət idarəçilərinin, mülki sektorda çalışanların və özəl sektor üçün mütəxəssislərin hazırlanmasına xidmət edir. Bu ixtisaslaşmanın əsas ideyası tələbələrin siyasət təhlili, proqram qiymətləndirməsi, layihələrin idarə edilməsi və s. ilə əlaqəli müxtəlif tapşırıqları yerinə yetirmək üçün lazımi bacarıqlarla qiymətləndirilməsidir.

İxtisasın tarixi

Dövlət və İctimai münasibətlər ixtisası 2013-cü ildən bəri tələbə qəbulu elan edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Bu peşə sahiblərinin əsas iş öhdəliyi dövlət və ictimai işlərin müxtəlif sahələrində təcrübə qurmaq məsuliyyətidir.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Diplomatik Akademiyası
  • “Azərbaycan” Universiteti
  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

İxtisasın əhatə dairəsi çox genişdir, bu sahə ilə bağlı əsas iş yerlərini kommersiya məqsədli xidmətlər təklif edən özəl şirkətlər təşkil etsə də, bu ixtisas üzrə kadrlara qeyri-kommersiya tipli, sosial biznes layihələri həyata keçirən şirkətlərdə, dövlət qurumlarında da ehtiyac olur. Ümumi şəkildə bu ixtisas üzrə fəaliyyət sahələrini aşağıdakı formada qeyd etmək olar:

  • Məhsul və xidmətlərin istehsalı və yaradılması, istehlakçılara təqdim olunması fəaliyyəti ilə məşğul olan bütün növ kommersiya və qeyri-kommersiya təşkilatlar və qurumlar
  • Banklar, qeyri-bank kredit təşkilatları və digər maliyyə təşkilatları

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Güclü analitik və ünsiyyət qurma bacarığı
  • Yüksək iş qabiliyyəti, sabitlik, çeviklik bacarıqları
  • Sistematik düşüncə bacarığı
  • Tənqidi düşünmə bacarığı
  • Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı
  • Sürətli problem həll etmə bacarığı
  • Biznes risklərinin idarə edilməsi, risk menecment bacarıqları
  • Excel bilikləri
  • Dil bilikləri (ingilis və rus dilləri əsasən)
  • CRM (müştəri ilə qarşılıqlı əlaqənin avtomatlaşdırılması üçün proqram təminatı) və s. kimi texnologiyalar üzrə biliklər
  • → Məlumatı dəqiq izah etmək bacarığı, düzgün sual vermək bacarığı
  • Təşkilatçılıq bacarığı və müstəqillik
  • Məlumatlarla və tədqiqat fəaliyyət növü ilə işləməyə meyillilik

İxtisasın gələcəyi

İxtisasın əhatə dairəsi çox genişdir. Məzunlar ixtisas üzrə konkret sahələri seçərək (maliyyə, marketinq, menecment, risk menecmenti və s.) karyeralarına bu istiqamətdə davam edə bilərlər. Həmçinin sahə üzrə gələcək əmək bazarında tələb olunan kadrlardan olmaq üçün e-kommersiya fəaliyyəti üzrə bilik və bacarıqların artırılması məqsədəuyğun olardı.

Əmək haqqı

İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq 400–2000 AZN aralığında dəyişir.

Tez-tez verilən suallar

Dövlət və ictimai münasibətlər ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Dövlət və ictimai münasibətlər ixtisası üzrə keçid balları 403,7 ilə 609,3 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 609,3 baldır.

Dövlət və ictimai münasibətlər ixtisası hansı universitetlərdə var?

Dövlət və ictimai münasibətlər ixtisası 5 universitetdə tədris olunur: Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Universiteti.

Dövlət və ictimai münasibətlər hansı qrupa aiddir?

Dövlət və ictimai münasibətlər 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Dövlət və ictimai münasibətlər ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Dövlət və ictimai münasibətlər ixtisasına ən aşağı keçid balı 403,7 olub. Ödənişli yerlər 6 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂