Balını yoxla

Kimya mühəndisliyi - Neftin emalı texnologiyası

Kimya mühəndisliyi - Neftin emalı texnologiyası ixtisası 8 universitetdə 13 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 668 bal.

8universitet
668ən yüksək keçid
200ən aşağı keçid
11dövlət sifarişli proqram

Kimya mühəndisliyi - Neftin emalı texnologiyası — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141174
Əyani 668
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114428
Əyani 624,9 624,9
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111382
Əyani 517,8 517,8
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128336
Əyani 500,9 500,9
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141182
Əyani 492,9
Sumqayıt Dövlət Universiteti
Əyani · 148246
Əyani 481,6 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114396
Əyani 424,7 424,7
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158177
Əyani 417,1 200
Bakı Dövlət Universiteti
Əyani · 111374
Əyani 406,3 406,3
Azərbaycan Texniki Universiteti
Əyani · 116275
Əyani 402,4
Bakı Mühəndislik Universiteti
Əyani · 128328
Əyani 401,8 337,1
Azərbaycan Texniki Universiteti
Əyani · 116283
Əyani 401,4 307,1
Gəncə Dövlət Universiteti
Əyani · 145184
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Kimya mühəndisliyi - Neftin emalı texnologiyası ixtisası haqqında

Kimya mühəndisliyi – Neftin emalı texnologiyası

İxtisasın təsviri

Kimya mühəndisliyi Azərbaycanda “kimya-texnologiya” olaraq da tanınır və bu ixtisasının dərman istehsalından neft emalına, neft emalından nano-texnologiyaya qədər geniş əhatə dairəsi var. Kimya mühəndisləri həm proses mühəndisliyi (“process engineering”) istiqamətini seçib proseslərin dizayn edilməsi, optimallaşdırılması və idarə olunması üzrə karyeralarını davam etdirə bilər, həm də məhsul mühəndisliyi (“product engineering”) üzrə irəliləyib müxtəlif məhsulların fiziki və kimyəvi xüsusiyyətlərini öyrənib, onların istehsalı üçün ən uyğun şərtləri araşdıra bilərlər. Kimya mühəndisliyində ən çox tələb proses mühəndisliyi istiqamətinədir. Proses mühəndisliyinin ən populyar tətbiq sahəsi isə neft emalıdır. Dünyaca məşhur “Neft və qaz jurnalının” 2020-ci ilin yanvar ayına siyahısına əsasən dünyada irili-xırdalı 697 neft emalı zavodu var. Bunlara qaz emalı zavodları da əlavə edilsə, say 1000-i keçər. Neft emalı sahəsində zavodların işlədilməsi (“operating companies”) və mühəndislik işlərinin aparılması (“engineering companies”) da daxil olmaq 100-lərlə şirkət, 10 minlərlə proses mühəndisi işləyir.

Neft emalı zavodlarında fərqli sahələrdən olan mühəndislər birlikdə çalışsa da, əsas iş kimya mühəndisləri və ya proses mühəndislərinin payına düşür. Bu sahədə işləyən proses mühəndisləri bakalavr proqramının əsas dərsləri olan kütlə və istilik transferi, maye mexanikasını, eyni zamanda prosesləri dərindən anlaya bilmək üçün kimya mühəndisliyi termodinamikası və reaksiya mühəndisliyi kimi dərsləri dərindən bilməlidirlər. Müxtəlif proseslərdə temperatur və təzyiqin normada saxlanması, tələb olunan keyfiyyətdə məhsulların istehsalı üçün proseslərin tənzimlənməsi, material balansının hazırlanması kimi işlər proses mühəndisinin gündəlik gördüyü işlər arasındadır.

Neft emalını digər kimyəvi proseslər fərqləndirən cəhətlərindən biri onun mürəkkəbliyidir. Belə ki, katalik krekinq, hidrotəmizləmə, riforminq, izomerləşmə, kokslaşma və s. fərqli proseslər bir-birinə o dərəcədə bağlıdır ki, prosesdə xırda kimi görünən bir nüans bütün zavoda təsir edə bilər. Hər fərqli proses reaktor, nasos, kompressor, istilik dəyişdirici, distillə kalonları kimi 100-lərlə avadanlıqdan təşkil olunduğu düşünülsə, neft emalı zavodunun mürəkkəbliyini anlamaq çətin olmaz. Buna görə neft emalı sahəsi kimya mühəndisi üçün proses mühəndisliyi məktəbidir, bu sahədə hər zaman iş – müxtəlif problemlər, bu problemlərin həll yolları, araşdırma, hesablama və bütün bu işlərin nəticəsində öyrənilən dərin mühəndislik biliyi vardır.

İxtisasın gələcəyi

Sual oluna bilər ki, bəs dünyada neft ehtiyatları bitərsə, o zaman neft emalı necə olacaq? “McKinsey” konsultasiya şirkətinin 2019-cu ildə yayımlanan “Neft emalının 2035-ci ilədək olan icmalı” raportunda yazılır ki, neft emalına olan tələb növbəti 4–5 ildə hər il 1.2%, bio-yanacaq istehsalının artmasından sonra isə hər il 0.6% artacaq. Buradan anlaşılır ki, neft emalı sahəsi uzun illər işinə davam edəcək, çünki hər zaman enerjiyə tələb olacaqdır. Enerjinin alınma forması dəyişdikcə neft emalı da şəklini dəyişəcək. Amma proses mühəndislərinə olan tələb uzun illər dəyişməyəcək. Yuxarıda da qeyd olunduğu kimi, neft emalı sahəsi mühəndis olaraq yetişmək istəyən hər kəs üçün məktəbdir və bu məktəbdə öyrənilən bilik proses mühəndisliyinin istənilən sahəsində tətbiq oluna biləcək.

Universitet

→ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Tez-tez verilən suallar

Kimya mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Kimya mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 668 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 668 baldır.

Kimya mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Kimya mühəndisliyi ixtisası 8 universitetdə tədris olunur: Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti.

Kimya mühəndisliyi hansı qrupa aiddir?

Kimya mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Kimya mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Kimya mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 11 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂