Balını yoxla

Memarlıq ixtisası

Memarlıq ixtisası ixtisası 6 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 484,7 bal.

6universitet
484,7ən yüksək keçid
200ən aşağı keçid
8dövlət sifarişli proqram

Memarlıq ixtisası — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Memarlıq və İnşaat Universitetitədris ingilis dilində
Əyani · 118519
Əyani 484,7 484,7
ADA Universitetitədris ingilis dilində
Əyani · 131235
Əyani 401,4
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118487
Əyani 328,9 328,9
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158225
Əyani 326,2 200
Naxçıvan Dövlət Universiteti
Əyani · 142276
Əyani 322,4 200
Xəzər Universiteti
Əyani · 158217
Əyani 307,8 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128458
Əyani 297,1 200
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128466
Əyani 295,9 200
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Əyani · 135115
Əyani 295,8 282,2

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Memarlıq ixtisası ixtisası haqqında

İxtisasın təsviri

Memarlıq tikinti ilə sıx bağlıdır, buna görə də bu sahə ən qədim sahələrdən biridir. Memarlıq günümüzdə ən vacib və tələb olunan peşələrdəndən hesab olunur.Bütün dünyada müxtəlif memarlıq üslubunda tikilmiş bir çox bənzərsiz saraylar, ibadətgahlar, yaşayış binaları, körpülər var. Bu və ya digər binanın gözəlliyi insanlarda müəyyən hisslər və əhval-ruhiyyə yarada bilər. Memar layihələr ilə məşğul olur, bina və fasadların planını hazırlayır. Qeyd olunduğu kimi bu ixtisas yaradıcılıq tələb edir. Belə ki, memar burada gözəllik haqqında təsəvvürlərini reallaşdırır. Memarlar evləri, ofisləri, fabrikləri, ofis binalarını və başqa quruluşları planlayıb, dizayn edirlər. Onlar həmçinin ilkin rəsmləri hazırlamaq üçün tikintiyə baş çəkir, müştərinin istəyinin yerinə yetməsi üçün irəliləyişi izləyirlər. Bunlardan əlavə olaraq, memarlıqda landşaft bölümü də var. Landşaft memarları parkları, kampusların açıq hava hissələrini, istirahət məkanlarını, şəxsi evləri və başqa açıq məkanları dizayn edirlər. Rəsm və rəsmxət maraqlananlar üçün uyğun ixtisasdır.

Peşənin tarixi

1968 – ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər test imtahanlarından əvvəl universitetdə qabiliyyət imtahanları verirlər. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Memarlıq təhsilinin beynəlxalq standartlara uyğunlaşması məqsədi ilə fakültə xarici memarlıq məktəbləri ilə peşəkar əlaqələrini genişləndirir. Fakültə həmçinin ABŞ, Almaniya, Fransa, Misir, Türkiyə, İran, İtaliya və digər ölkələrlə əməkdaşlıq münasibətləri qurmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtibi və hazırlanmasında bilavasitə iştirak:

➡ Layihə işlərinin təşkili və planlaşdırılmasını bilməli;
➡ Yüksək keyfiyətli üçölçülü təsvirlərin (3D vizualizasiya) hazırlanması;
➡ Rəsmxətlərin hazırlanmasını həyata keçirməli
➡ Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
➡ Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
➡ Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
➡ İlkin eskizin / cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
➡ Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
➡ Aylıq smetaların hazırlanması;
➡ Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar

➡ Azərbaycan Memarlıq və İnşaat Universiteti
➡ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
➡ Bakı Mühəndislik Universiteti
➡ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

➡ Memarın əsas iş prinsipi tikintinin təhlükəsizliyi ilə yanaşı, sahədən səmərəli istifadə həllini axtarıb tapmaqdır.
➡ Dövlət təşkilatlarında
➡ Özəl tikinti-inşaat şirkətlərində
➡ Dizayn studiyalarda
➡ Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
➡ Azərbaycan Dövlət Layihə İnstitutu

Özəl tikinti – inşaat şirkətlərinə aşağıdakıları qeyd etmək olar

➡ AM.M LINE MM
➡ SS-Proje
➡ “ARXİN – M” MMC
➡ “Kon-Lay” MMC
➡ Qala Groum MMC
➡ Konstruktor MMC
➡ ARX Proekt
➡ Sosial Inkisaf Layihe MMC
➡ “Azİmport” MMC
➡ AZEA İnşaat
➡ Azərbərpa

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➡ İxtisası üzrə dərin biliklərə yiyələnməli;
➡ Layihələndirməni, dizaynı (interyer eksteryer) maketləşməni dərindən oyrenmeli
➡ Rəsmxət çəkməyi bacarmalı;
➡ Avtomatlaşdırılmış layihələndirmə sistemləri, rəsm və qrafika sahəsində rəssamlıq biliklərinə sahib olmalı;
➡ Kompüter biliklərinə yiyələnməli (AutoCAD, ArchiCAD, 3DsMAX + Vray)AutoCAD, ArchiCAD – binaların, tikinti obyektlərin və istənilən proyektlərin, çertyojların yaradılması və tərtibatı, realistik obyektlərin yenidən layihələnməsi proqramıdır.
➡ Texnologiya və tikintinin əsas prinsiplərini bilməli;
➡ İncəsənət tarixinə düzgün yiyələnməli;
➡ Düzgün zövq və yaradıcılıq qabiliyətini formalaşdırmalı və memarlıq üslublarına sahiblənməlidir;
➡ Müasir dəblə ayaqlaşmalıdır;
➡ Müasir tikinti norma və qaydalarını, həmçinin texnologiya və materialların xüsusiyyətlərini bilməlidir;
➡ Məkan təsəvvürünə malik olmaqlı;
➡ Yüksək müşahidə bacarığına sahib olmalı;
➡ Ünsiyyət bacarığına sahib olmalıdır.

Bu sahənin gələcəyi

İnsanlar hər zaman yaşam şərtlərini yaxşılaşdırmaq üçün çalışmışlar. Bu isə memarlıq səhəsinin yaranmasının ən əsas səbəbidir. İnsanlar yaşayıb yaratdıqca memarlıq da inkişaf edecək, irəliəyəcəkdir. Memarlıq dövrümüzün ən mühüm sahələrindən biridir, çünki dünyada öz izlərini qoyan insanlardır. Memarlığın gələcəyi hər zaman parlaqdır, çünki yeni məkanlara və keçmiş məkanların yenilənərək dövrə uyğunlaşdırılmasına ehtiyac var. Bir memarın sənətinin gələcəyi isə onun öz əlindədir.Memar hər zaman dövrün tələblərinə və insanların ehtiyaclarına uyğunlaşmağı bacarmalı, öz üzərində daim çalışmalıdır.

Bu ixtisas üzrə maaşlar

Dövlət şirkətlərində 400 – 600 AZN

Özəl şirkətlərdə 800 – 2000 AZN

Tez-tez verilən suallar

Memarlıq ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Memarlıq ixtisası üzrə keçid balları 200 ilə 484,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 484,7 baldır.

Memarlıq ixtisası hansı universitetlərdə var?

Memarlıq ixtisası 6 universitetdə tədris olunur: Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası.

Memarlıq hansı qrupa aiddir?

Memarlıq 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Memarlıq ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Memarlıq ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 9 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂