Balını yoxla

İnformasiya texnologiyaları

İnformasiya texnologiyaları ixtisası 19 universitetdə 29 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 662,7 bal.

19universitet
662,7ən yüksək keçid
200ən aşağı keçid
28dövlət sifarişli proqram

İnformasiya texnologiyaları — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
ADA Universitetitədris ingilis dilində
Əyani · 131162
Əyani 662,7
ADA Universitetitədris ingilis dilində
Əyani · 131179
Əyani 642,8
Azərbaycan Dövlət İqtisad Universitetitədris ingilis dilində
Əyani · 123176
Əyani 634,6 634,6
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123151
Əyani 591,4 591,4
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114347
Əyani 562,1 562,1
Azərbaycan Texniki Universitetitədris ingilis dilində
Əyani · 116218
Əyani 548,7 548,7
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128263
Əyani 521,7 521,7
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114322
Əyani 501,9 501,9
Dövlət Gömrük Komitəsinin Akademiyasıtədris ingilis dilində
Əyani · 141514
Əyani 493,6 493,6
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138267
Əyani 489,9 489,9
Azərbaycan Memarlıq və İnşaat Universitetitədris ingilis dilində
Əyani · 118219
Əyani 458,3 458,3
Azərbaycan Texniki Universiteti
Əyani · 116226
Əyani 433,2 433,2
Milli Aviasiya Akademiyası
Əyani · 138259
Əyani 421,9 421,9
Bakı Mühəndislik Universiteti
Əyani · 128255
Əyani 415,2 415,2
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118187
Əyani 377,4 377,4
Azərbaycan Universiteti
Əyani · 155114
Əyani 319,4 319,4
Sumqayıt Dövlət Universiteti
Əyani · 148221
Əyani 298,1 298,1
Qərbi Kaspi Universiteti
Əyani · 157164
Əyani 297,5 297,5
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164113
Əyani 289 289
Odlar Yurdu Universiteti
Əyani · 164121
Əyani 281,3 281,3
Bakı Avrasiya Universiteti
Əyani · 162112
Əyani 268,6 268,6
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123865
Əyani 249,6 200
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157156
Əyani 248,2 200
Bakı Biznes Universiteti
Əyani · 165118
Əyani 246,5 246,5
Naxçıvan Dövlət Universiteti
Əyani · 142219
Əyani 234,2 234,2
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144171
Əyani 232 200
Lənkəran Dövlət Universiteti
Əyani · 151161
Əyani 224,2 200
Mingəçevir Dövlət Universiteti
Əyani · 149226
Əyani 213,6 200
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147152
Əyani 206,7 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

İnformasiya texnologiyaları ixtisası haqqında

İxtisasın qısa təsviri

Bu gün IT mütəxəssisləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. İnformasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə möhkəm bir şəkildə daxil olub. Hazırda İT mütəxəssisi peşəsinin nümayəndələri gündəlik həyatda və istehsalatda informasiya texnologiyalarının tətbiqinin hər bir aspektində iştirak edirlər. “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər. Bu ixtisas informatika və riyaziyyat ilə maraqlananlar üçün uygün sahədir

Peşənin tarixi

Proqramlaşdırmanın ilk illərində proqramlaşdırma dilləri bir çox rəqəmlər seriyasından ibarət olduğu üçün, demək olar ki, ilk İnformasiya texnologiyaları mühəndisləri, əsasən, riyaziyyat yönümlü ixtisaslarda təhsil almış şəxslər idi.1950-cillərdə və 1960-cı illərin əvvəllərində əgər proqramçı olmaq istəsəydiniz, ilk öncə riyaziyyat üzrə bakalavr təhsili almalı idiniz.1060-ci illərdə isə ilk elektron kompyuterlərin yaradılmasından sonra bu sahə ilə məşğul olan mütəxəssislər isə artıq mühəndislər, riyaziyyatçılar və statistikaçılar idilər.İllər ötdükcə isə daha asan proqramlaşdırma dillərinin yaranması bu sahəyə maraqlı olan digər şəxslərə də imkanlar açdı,mühəndislər, riyaziyyatçılar isə proqramlaşdırma ilə deyil,kompyuter elmlərində daha mürəkkəb işlərlələ məşğul olmağa başladılar.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Şəbəkələrin idarə edilməsi
  • Web saytların yaradılması
  • Web saytlara texniki dəstək;
  • Alqoritmlərin və kompüter proqramlarının yazılması.
  • Sistem analizi
  • Kiber təhlükəsizliyin təmin edilməsi
  • Mövcud sistemə texniki dəstəyin göstərilməsi
  • Hardware və Software problemlərinin aradan qaldırılması
  • Proqram təminatının tətbiqi və digər proqramlar ilə düzgün qarşılıqlı əlaqənin təşkili.
  • Proqramlar ilə işləmək üçün təlimat və lazımi texniki sənədləri tərtib etmək.
  • Yazılan kodun bütün elementlərin düzgün işləməsini sınaqdan keçirtmək(test etmək).
  • Nöqsanları aradan qaldırmaq;
  • Ofis texnikasının tənzimlənməsi, bəzi avadanlıqların problemlərinin aradan qaldırılması.
  • Keyfiyyət menecmenti sistemindəki uyğunsuzluqların aradan qaldırılmasına və qarşısının alınmasına yönəlmiş tədbirlərdə iştirak edin.
  • Şirkətin bütün proqram məhsullarını quraşdırılması, konfiqurasiya edilməsi, saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Xidmətlərin saxlanılması üçün müraciətləri qəbul etmək (Help Desk). Bunları müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirmək.
  • Hər bir istifadəçiyə onlayn qeydiyyatı və zəruri mənbələrə girişi təmin etmək üçün istifadəçi və qrup hesablarının planlaşdırılması, yaradılması və saz vəziyyətdə saxlanılması.
  • Təhlükəsizlik pozuntularını aşkar etmək və aradan qaldırmaq üçün şəbəkədəki hadisələrin yoxlanılması strategiyasını planlaşdırır və həyata keçirmək. Resursları idarə etmək və istifadəsinə nəzarət etmək.

Harada bu ixtisasa sahiblənmək olar

Dövlət Universitetləri

  • “ ADA” Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Özəl Universitetlər

  • Bakı Avrasiya Universiteti
  • Qərbi Kaspi Universiteti
  • “Naxçıvan” Universiteti

Kurslar

  • Code Academy
  • ItCity Academy
  • Step IT
  • Tech Academy və s.

Bu ixtisas üzrə harada çalışmaq olar

İxtisas üzrə mütəxəssislər

  • Fərdi olaraq müxtəlif platformalar vasitəsilə sifarişlər qəbul edərək
  • Özəl müəssisələrin İnformasiya texnologiyaları şöbələrində
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyi başda olmaqla digər nazirlik və dövlət müəssisələrində
  • Müəllim olaraq yuxarıda qeyd etdiyimiz və digər müxtəlif universitet və kurslarda fəaliyyət göstərə bilərlər

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Riyazi biliklər
  • Diqqətli olmaq
  • Alqoritmik biliklər
  • Sistemli düşüncə;
  • Analitik düşüncə;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli olmaq;
  • İntizamlı olmaq;
  • Data strukturlarına bələd olmaq
  • Dil bilikləri (xüsusilə İngilis dili)
  • Dəyişikliklərə ayaq uydura bilmək
  • Proqlamlaşdırma dilləri bilikləri (hal-hazırda ən çox istifadə edilən dillər Python və JavaScript)
  • Müasir informasiya sistemlərini sınaqdan keçirmə metodlarını bilmək;
  • Məlumatla işləmə bacarığı: toplanması, işlənməsi, təhlili.
  • Güclü yaddaş;
  • Tənqidi düşüncə

Bu sahənin gələcəyi

Bildiyimiz kimi dünyadakı inkişaf etmiş ölkələrdə sənaye öz yerini informasiya axışına verməyə başlayıb.Bu halda informasiya texnologiyaları sürətlə inkişaf etməyə doğru gedir. Bu səbəbdən bir çox universitetlərdə bu ixtisasın adı eşidilməyə başladı və təkcə Amerikada ən az 200 universitetdə ixtisas üzrə təhsil verilməkdədir.Bu vəziyyət İnformasiya texnologiyaları ixtisasının önümüzdəki illərdə ölkəmizdə də önəmli bir yerə sahib olacağının göstəricisidir. Hazırda gələcəyin ixtisası olaraq tanınan bu ixtisasa Azərbaycanda da böyük tələbatın olmasına baxmayaraq, ixtisaslı kadrların azlığı müşahidə olunmaqdadır və bu da ixtisas sahiblərinə olan ehtiyacın daha da artmasına səbəb olur. Əmək bazarında bu ixtisas sahiblərinə günü-gündən artan ehtiyac, məzunların gələcəkdə işsiz qalma ehtimalının sıfıra yaxın olacağını deməyə imkan verir.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə maaşlar sizin bacarıqlarınızdan, təcrübənizdən və tutduğunuz vəzifədən asılı olaraq 1000-3000 AZN arasında dəyişməkdədir.

Tez-tez verilən suallar

İnformasiya texnologiyaları ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda İnformasiya texnologiyaları ixtisası üzrə keçid balları 200 ilə 662,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 662,7 baldır.

İnformasiya texnologiyaları ixtisası hansı universitetlərdə var?

İnformasiya texnologiyaları ixtisası 19 universitetdə tədris olunur: ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti və digərləri.

İnformasiya texnologiyaları hansı qrupa aiddir?

İnformasiya texnologiyaları 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda İnformasiya texnologiyaları ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda İnformasiya texnologiyaları ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 28 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂