Balını yoxla

Kimya və biologiya müəllimliyi

Kimya və biologiya müəllimliyi ixtisası 7 universitetdə 7 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 400,1 bal.

7universitet
400,1ən yüksək keçid
200ən aşağı keçid
6dövlət sifarişli proqram

Kimya və biologiya müəllimliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 122293
Əyani 400,1 400,1
Xəzər Universiteti
Əyani · 158485
Əyani 387,5 387,5
Mingəçevir Dövlət Universiteti
Əyani · 149591
Əyani 373,4 200
Lənkəran Dövlət Universiteti
Əyani · 151615
Əyani 367,5 200
Gəncə Dövlət Universiteti
Əyani · 145565
Əyani 366,8 200
Sumqayıt Dövlət Universiteti
Əyani · 148676
Əyani 366,3 263,1
Bakı Dövlət UniversitetiQazax filialı
Əyani · 112865
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Kimya və biologiya müəllimliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Kimya müəllimliyi

Kimya müəllimliyi şagird və abituriyentlərə müəyyən kimyəvi bilik və bacarıqları çatdırmaq, gündəlik həyatımızda kimyəvi maddələr ilə istifadə qaydasını öyrətmək, sənayenin bir çox sahələrində (zavod və fabriklərdə) həm istifadə olunan, həm də alınan kimyəvi maddələr haqqında məlumat verən müəllimlik peşəsinin bir sahəsidir. Kimya müəllimi ixtisası bu gün xüsusilə nüfuzlu və aktualdır. Bu həm yeni bilik sahələrinin inkişafı (ekologiya, molekulyar kimya və s.), Həm də bu elmin həllinə kömək edən sosial vəzifələrin vacibliyi ilə əlaqədardır. Kimyanın iilkin təməllərini bilmək hər birimiz üçün zəruridir, bu biliklər insanın ümumi mədəniyyətinin göstəricilərindən biridir. Kimya müəllimi ixtisasını seçmiş bir insanın kimyəvi istehsalın və hətta bəzi reaksiyaların həmişə zərərsiz olmadığını bilmələri lazımdır, buna görə kimya müəllimi peşəsi, allergik xəstəliklərdən əziyyət çəkən zəif ağciyərləri olan insanlar üçün tövsiyyə deyil. Bu sahə kimya elminə maraq göstərənlər üçün uyğun sahədir.

İxtisasın qısa təsviri

Biologiya müəllimliyi

Biologiya müəllimliyi – Biologiya fənninin tədrisi deməkdir. Əvvəlki dövrlərdə Biologiyanın sırf canlıların tədrisi ilə bağlı olduğu deyilsə də, virusların kəşfi ilə və bəzi orqanizmlərin canlı və ya cansız olduğunu hələ də müəyyən etmək mümkün olmadığından hal-hazırda Biologiya canlı və cansız hesab olunan orqanizmləri öyrənir. Xarici ölkələrdə əsasən sırf “Biology” deyil, “Science” adlı fənn tədris olunur ki, bu da “Biology” və “Chemistry” bəzən də digər təbiət elmlərini əhatə edə bilir. Biologiya fənni orta məktəblərdə VI sinifdən başlayaraq XI sinifin sonuna qədər tədris olunur. Hazırki dövrdə yalnız VIII sinifdə sırf insan orqanizmi öyrədilir. Qalan siniflərdə isə bitki, heyvan, insan, mikroorqanizmlər bir-birilə əlaqəli formada tədris olunur. Bu sahə biologiya elminə maraq göstərənlər üçün uyğun sahədir.

Peşənin tarixi

Müəllim peşəsinin tarixi çox qədimlərə gedib çıxır. İlk bacarıqların yaranması ilə müəllimlər də yarandı. Onlar bacarıqlarını sonrakı nəsillərə ötürürməyi yaxşı bacarırdılar. Müəllimlərin sayəsində köhnə bacarıqlarımızı qorumaqla yanaşı, yenisini də öyrənə bildik.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq

➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək

➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;

➝ əmək funksiyasını vicdanla yerinə yetirmək;

➝ əmək intizamına və etik davranış qaydalarına əməl etmək;

➝ əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;

➝ dövlətin təhsil siyasətini yerinə yetirmək;

➝ təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;

➝ pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;

➝ müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;

➝ metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;

qoyulmuş əmək normalarını yerinə yetirmək;

➝ əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;

➝ məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;

➝ insanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;

➝ digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;

➝ özünü ləyaqətli aparmaq;

➝ müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;

➝ hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə

rəhbərliyə (tədris işləri üzrə direktor müavininə,direktora)məlumat verməyə borcludur.

➝ Kimya sahəsinin bir çox istiqamətləri ilə tanış olub, konkret bir istiqamət üzrə isə dərindən bilik və bacarıqlara malik olmalıdır. (məs. Analitik Kimya, Kolloid Kimya, Fiziki Kimya və s.)

➝ Məktəbdə Biologiya güşəsinin təşkil edilməsi

➝ şagirdlərin xüsusilə ekoloji, estetik, cinsi, mənəvi tərbiyə olunması

➝ şagirdlərin laboratoriyada işləmək qabiliyyətinə malik olmasını təmin etməli.

Harada bu ixtisasa sahiblənmək olar

➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti

➝ Gəncə Dövlət Universiteti

➝ Lənkəran Dövlət Universiteti

➝ Odlar Yurdu Universiteti

➝ Xəzər Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar

Kimya müəllimliyi bakalavr təhsili üzrə

➝ ümumtəhsil məktəblərində

➝ abituriyent hazırlığı mərkəzlərində

➝ müəyyən şirkətlərdə laborant vəzifəsində

Magistr və doktorantura təhsili üzrə

➝ ümumtəhsil məktəblərində

➝ abituriyent hazırlığı kurslarında

➝ universitetlərdə (yalnız dokturantura)

➝ müxtəlif müəssisələrdə (qida sənayesi, neft sənayesi, hərbi sənayedə)

Biologiya müəllimliyi

➝ ümumtəhsil məktəblərdə

➝ peşə-ixtisas təhsili müəssisələrdə

➝ abituriyent kurslarında

➝ Təhsil Nazirliyində

Bu ixtisas üzrə lazım olanbilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

Kimya müəllimliyi

➝ Laboratoriyada işləmək

➝ Cihazlardan istifadə

➝ Analiz etmək

➝ Pedaqoji yönümlü bacarıqlara sahib olmaq

Biologiya müəllimliyi

➝ İxtisası haqqında dolğun biliklərə sahib olmalı;

➝ Hər gün yenilənən bioloji, tibbi, elmi məlumatları izləməli;

➝ Laboratoriyada sərbəst işləmək qabiliyyətinə malik olmalı;

➝ Xüsusilə mikroskop və digər laboratoriya avadanlıqlarını istifadə edə bilməli;

1.Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.

  1. 2.Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  2. 3. Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  3. 4. Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
  4. 5. Suqqestiv (təlqinedici) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
  5. 6. Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
  6. 8. Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.

Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

  1. 8. İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
  2. Bu sahənin gələcəyi

Sənayemiz inkişaf etdikcə bu ixtisas da inkişaf edir. Hal-hazırda sənayeni kimyasız təsəvvür etmək olmur, eləcə də Biologiya.Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır.Xüsusən,son illər bu peşə sahiblərinin ciddi əməkhaqqı artımı,eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Bu ixtisas üzrə maaşlar

Bu ixtisas üzrə maaşlar aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq,həftəlik dərs yükünə görə təyin edilir.

➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN

➝ Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda- 496 AZN

➝ Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda 522 AZN

➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN

➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.

Ancaq özəl liseylərdə maaşlar daha yüksək ola bilər.

Tez-tez verilən suallar

Kimya və biologiya müəllimliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Kimya və biologiya müəllimliyi ixtisası üzrə keçid balları 200 ilə 400,1 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 400,1 baldır.

Kimya və biologiya müəllimliyi ixtisası hansı universitetlərdə var?

Kimya və biologiya müəllimliyi ixtisası 7 universitetdə tədris olunur: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti.

Kimya və biologiya müəllimliyi hansı qrupa aiddir?

Kimya və biologiya müəllimliyi 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

Ödənişli əsasda Kimya və biologiya müəllimliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Kimya və biologiya müəllimliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 7 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂