Balını yoxla

Biologiya müəllimliyi

Biologiya müəllimliyi ixtisası 7 universitetdə 7 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 473,7 bal.

7universitet
473,7ən yüksək keçid
200ən aşağı keçid
6dövlət sifarişli proqram

Biologiya müəllimliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Gəncə Dövlət Universiteti
Əyani · 145549
Əyani 473,7 200
Bakı Dövlət Universiteti
Əyani · 112484
Əyani 433,9 433,9
Naxçıvan Dövlət Universiteti
Əyani · 142746
Əyani 385,7 289,1
Xəzər Universiteti
Əyani · 158477
Əyani 382 382
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 122277
Əyani 381 291,4
Qarabağ Universiteti
Əyani · 152369
Əyani 286,2
Sumqayıt Dövlət Universiteti
Əyani · 148643
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Biologiya müəllimliyi ixtisası haqqında

bialogiya müəllimi

İxtisasın qısa təsviri

Biologiya müəllimliyi – Biologiya fənninin tədrisi deməkdir. Əvvəlki dövrlərdə Biologiyanın sırf canlıların tədrisi ilə bağlı olduğu deyilsə də, virusların kəşfi ilə və bəzi orqanizmlərin canlı və ya cansız olduğunu hələ də müəyyən etmək mümkün olmadığından hal – hazırda Biologiya canlı və cansız hesab olunan orqanizmləri öyrənir. Xarici ölkələrdə əsasən sırf “Biology” deyil, “Science” adlı fənn tədris olunur ki, bu da “Biology” və “Chemistry” bəzən də digər təbiət elmlərini əhatə edə bilir. Biologiya fənni orta məktəblərdə VI sinifdən başlayaraq XI sinifin sonuna qədər tədris olunur. Hazırki dövrdə yalnız VIII sinifdə sırf insan orqanizmi öyrədilir. Qalan siniflərdə isə bitki, heyvan, insan, mikroorqanizmlər bir – birilə əlaqəli formada tədris olunur. Bu sahə biologiya elminə maraq göstərənlər üçün uyğun sahədir.

Peşənin tarixi

Biologiya müəllimliyinin tarixi Biologiya elminin yaranması və inkişafı ilə əlaqədardır. Biologiyanın yaranması isə ilk dəfə mikroskopun kəşfi ilə əlaqədardır. Bir çox mənbələrdə fərqli tarixlər qeyd edilsə də, hardasa XVI – XVII əsrlər Biologiyanın yaranma tarixi hesab olunur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Məktəbdə Biologiya güşəsinin təşkil edilməsi
  • şagirdlərin xüsusilə ekoloji, estetik, cinsi, mənəvi tərbiyə olunması
  • şagirdlərin laboratoriyada işləmək qabiliyyətinə malik olmasını təmin etməli
  • Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq
  • Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək
  • Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq dərslər keçimək

– Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;

– əmək funksiyasını vicdanla yerinə yetirmək;

– əmək intizamına və etik davranış qaydalarına əməl etmək;

– əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;

– dövlətin təhsil siyasətini yerinə yetirmək;

– təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;

– pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;

– müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;

– metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;

– qoyulmuş əmək normalarını yerinə yetirmək;

– əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;

– məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;

– insanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;

– digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;

– özünü ləyaqətli aparmaq;

– müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;

– hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə,direktora)məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar

  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Bakı Mühəndislik Universiteti (tədris ingilis dilində)
  • Naxçıvan Dövlət Universiteti
  • Naxçıvan müəllimlər institutu
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Xəzər Universitetİ

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Tam orta məktəblərdə,
  • Peşə-ixtisas təhsili müəssisələrdə
  • Universitetlərdə
  • Təhsil Nazirliyində
  • Təlim – tədris mərkəzlərində
  • Laboratoriyalarda

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır)

1.Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.

  1. Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  2. Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  3. Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
  4. Suqqestiv (təlqinedici) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
  5. Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
  6. Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.

Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

  1. İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
  2. Laborotoriya şəraitində sərbəst işləmək.

Bu sahənin gələcəyi

Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin ciddi əməkhaqqı artımı, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Bu ixtisas üzrə maaşlar

Bu ixtisas üzrə maaşlar aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq,həftəlik dərs yükünə görə təyin edilir.

  1. Pedaqoji təcrübə 3 ilə qədər olduqda – 462 AZN
  2. Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda – 496 AZN
  3. Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda 522 AZN
  4. Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
  5. Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.

Tez-tez verilən suallar

Biologiya müəllimliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Biologiya müəllimliyi ixtisası üzrə keçid balları 200 ilə 473,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 473,7 baldır.

Biologiya müəllimliyi ixtisası hansı universitetlərdə var?

Biologiya müəllimliyi ixtisası 7 universitetdə tədris olunur: Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qarabağ Universiteti, Sumqayıt Dövlət Universiteti.

Biologiya müəllimliyi hansı qrupa aiddir?

Biologiya müəllimliyi 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

Ödənişli əsasda Biologiya müəllimliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Biologiya müəllimliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 6 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂