Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Marketinq

Marketinq ixtisası 20 universitetdə 41 proqram üzrə tədris olunur. keçid balları: 168,6 – 397,9 bal.

20universitet
397,9ən yüksək keçid
168,6ən aşağı keçid
10dövlət sifarişli proqram

Marketinq — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114777
Əyani 397,9 397,9 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123613
Əyani 393,8 393,8 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Qiyabi · 123621
Qiyabi 393,2 249,4 —
Bakı Mühəndislik Universiteti
Əyani · 128733
Əyani 392,8 253,2 —
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158314
Əyani 387,7 228,7 —
Azərbaycan Memarlıq və İnşaat Universitetitədris ingilis dilində
Əyani · 118592
Əyani 384,7 294,4 —
Azərbaycan Dövlət İqtisad Universitetitədris türk dilində
Əyani · 123598
Əyani 383,6 383,6 —
Azərbaycan Texniki Universiteti
Əyani · 118576
Əyani 383,5 261,6 —
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114769
Əyani 383,2 288,6 —
Azərbaycan Texniki Universiteti
Əyani · 116615
Əyani 383,2 280,6 —
Naxçıvan Dövlət Universiteti
Əyani · 142413
Əyani — 287,4 —
Azərbaycan Universitetitədris ingilis dilində
Əyani · 155269
Əyani — 253 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148424
Əyani — 245 —
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Qiyabi · 118584
Qiyabi — 239,1 —
Azərbaycan Universiteti
Əyani · 155244
Əyani — 229,6 —
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164268
Əyani — 227,5 —
Odlar Yurdu Universiteti
Əyani · 164276
Əyani — 214,5 —
Bakı Avrasiya Universiteti
Əyani · 162178
Əyani — 211,5 —
Bakı Mühəndislik Universiteti
Qiyabi · 128741
Qiyabi — 211,5 —
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148432
Qiyabi — 208,2 —
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Əyani · 171144
Əyani — 206,5 —
Bakı Biznes Universiteti
Əyani · 165215
Əyani — 203,6 —
Qərbi Kaspi Universiteti
Əyani · 157342
Əyani — 201,2 —
Azərbaycan Universiteti
Qiyabi · 155252
Qiyabi — 198,8 —
Bakı Avrasiya Universiteti
Qiyabi · 162186
Qiyabi — 191 —
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Qiyabi · 171152
Qiyabi — 190,7 —
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154272
Əyani — 190,2 —
Mingəçevir Dövlət Universiteti
Əyani · 149364
Əyani — 189,7 —
Lənkəran Dövlət Universiteti
Əyani · 151397
Əyani — 189 —
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144552
Əyani — 187,4 —
Bakı Biznes Universiteti
Qiyabi · 165223
Qiyabi — 187,2 —
Odlar Yurdu Universiteti
Qiyabi · 164251
Qiyabi — 186 —
Qərbi Kaspi Universiteti
Qiyabi · 157359
Qiyabi — 182,9 —
Gəncə Dövlət Universiteti
Əyani · 145298
Əyani — 182,6 —
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123921
Əyani — 182,3 —
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147411
Əyani — 180,3 —
Azərbaycan Kooperasiya Universiteti
Qiyabi · 154289
Qiyabi — 179,5 —
Gəncə Dövlət Universiteti
Qiyabi · 145313
Qiyabi — 172,9 —
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151412
Qiyabi — 170,8 —
Azərbaycan Texnologiya Universiteti
Qiyabi · 147428
Qiyabi — 170,3 —
Mingəçevir Dövlət Universiteti
Qiyabi · 149372
Qiyabi — 168,6 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Marketinq ixtisası haqqında

İxtisasın qısa təsviri

Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili, reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.

Başqa sözlə, bu, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Peşə iqtisadiyyat, psixologiya və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

Marketinqin tarixi haqqında müxtəlif fikirlər dolaşır. Belə ki, kimi elm kimi onun sənayenin inkişafı ilə əlaqədar 1900 – cü ildən ərsəyə gəlməsini, kimi daha sonra və ya daha qədim olmasını iddia edir.

Marketinqə bir tam kimi yanaşaq və onun elmi ədəbiyyatda ilk dəfə hansı dövrlərdə mövcud olmasına nəzər salaq. Bir mənbəyə görə 1906 və 1911- ci illər arası bu məfhumun yaranmasını qeyd edirsə digər bir mənbə isə 1897- ci ildə Amerika İqtisadiyyat Assosiasiyasının jurnalında bu sözə rast gəlindiyini iddia edir (Bartels 1988, Brussiere 2000). Oxford İngilis dili lüğətində Marketinq sözünün yaranma tarixi 16-cı əsrə təsadüf edir (Dixon, 2002).

Marketinqin təhsil olaraq ilk dəfə tədrisi bir çoxlarının düşündüyü kimi heç də ABŞ-da olmayıb. Belə ki, Marketinqlə bağlı ilk kurslar Almaniyada XIX əsrin sonu XX əsrin əvvəllərindən vüsət almağa başlamışdır (Jones and Moniensen, 1990). O dövrdə bazar tendensiyaları xüsusidən ümumiyə doğru araşdırılır, müşahidələr və təcrübə əsasında qanunauyğunluqlar müəyyən edilirdi. Mənfi təsirlərdən qorunmaq üçün qanunvericilikdə dəyişikliklər edilir və bazar oyunçularına isə oyun qaydaları tədris edilirdi.Lakin günümüzə gəlib çatan Marketinqin ABŞ-da cilalanması və bir sistem halına salınması danılmaz fakt olaraq qalır.

Marketinqin tarixini araşdırmaq üçün onun inkişaf yolunu müəyyən tarixi dövrlərə bölmək olar. Bu dövrləri isə xüsusiliyinə görə aşağıdakı kimi adlandırmaq və araşdırmaq məncə məqsədə uyğun olardı.

  1. Qədim dövr, ibtidai təzahür formaları – Bu dövrdə bazar münasibətləri
  2. Orta əsrlər, təkmilləşmə – İlkin kəşflərin bazar münasibətlərinə təsiri
  3. XX ərsin əvvəlləri, elm və tətbiq – Marketinq Sənayenin inkişafı fonunda bazar münasibətlərini tənzimləyən vasitə kimi, elm və tətbiqlər
  4. XX ərsin ortaları, texnoloji tərəqqi və sistemlilik dövrü (Kotler) – Texnoloji tərəqqinin Marketinqə təsiri, yeni vasitələrin meydana gəlməsi
  5. Müasir dövr – Elektronlaşma

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  1. Şirkətin brendinqi.
  2. Satışın stimullaşdırılması
  3. Müştərilər ilə əlaqələrin qurulması
  4. İstehlakçı davranışlarının tədqiqi
  5. Şirkətin maliyyə gəlirlərinin artırılması üçün tədqiqat, təşviqat işlərinin aparılması
  6. Şirkətin strategiyası uyğun olaraq marketinq analizlərinin, yəni təhlillərin aparılması
  7. Marketinq araşdırmaları- bazar, məhsul, qiymət və rəqiblərin araşdırılması
  8. Şirkətdaxili şöbələrdən məlumat toplanması və ona uyğun olaraq strateji marketinq qərarları ilə bağlı təkliflərin irəli sürülməsi. Həmin məlumatlar əsasında marketinq kompaniyalarının yaradılması.
  9. Müştəri bazasının artırılması
  10. Potensial istehlakçıların davranışlarını, rəqib təkliflərin xüsusiyyətlərini, zəif və güclü tərəflərini öyrənmək;
  11. Rəqiblərə istiqamətlənmiş strategiyaların hazırlanması
  12. Müştərilərlə əlaqələrin gücləndirilməsi, loyal (sadiq) müştərilərin artırılması üçün müxtəlif işlərin görülməsi
  13. Qiymət strategiyalarının hazırlanmasında iştirak.
  14. Yeni mal və xidmətlərin istehsalı və həyata keçirilməsi üçün ideyaların hazırlanmasında iştirak.
  15. Uyğun məhsul paylama kanallarının seçilməsi.
  16. Məqsədli auditoriyanın şikayətləri və məhdudiyyətləri ilə işləmək, ortaya çıxan məlumatlar əsasında reklam kampaniyalarını tənzimləmək.

Harada bu ixtisasa sahiblənmək olar

  1. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
  2. Azərbaycan Dövlət İqtisad Universiteti
  3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  4. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
  5. Azərbaycan Kooperasiya Universiteti
  6. Azərbaycan Memarlıq və İnşaat Universiteti
  7. Azərbaycan Turizm və Menecment Universiteti
  8. Azərbaycan Texnologiya Universiteti (Gəncə)
  9. Azərbaycan Universiteti
  10. Bakı Avrasiya Universiteti
  11. Bakı Biznes Universiteti
  12. Gəncə Dövlət Universiteti
  13. Xəzər Universiteti
  14. Qərbi Kaspi Universiteti
  15. Lənkəran Dövlət Universiteti
  16. Mingəçevir Dövlət Universiteti
  17. Odlar Yurdu Universiteti
  18. Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Bu sahə üzrə demək olar ki, əksər dövlət və özəl qurumlarda marketinqin seçilən spesifik istiqaməti üzrə müxtəlif vəzifələrdə çalışmaq olar. Bir neçə sahə qeyd edək:

  1. Dövlət qurumları (nazirliklər, səfirliklər, icra hakimiyyətləri və s.)
  2. Reklam agentlikləri
  3. Digital marketinq agentlikləri
  4. Konsaltinq şirkətləri
  5. Araşdırma mərkəzləri və digər özəl qurumlarda Marketoloq, PR Meneceri, CRM mütəxəssisi, Qiymətləndirmə üzrə mütəxəssis və s. kimi vəzifələrdə çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1. Yüksək təhliletmə bacarığı.
  2. Kreativ düşüncə bacarığı (yaradıcılıq qabiliyyəti)
  3. Tənqidi yanaşma bacarığı
  4. Vaxtın idarə edilməsi
  5. Ekonometrika və Statistika biliklərinin olması
  6. Proqram təminatı SBSS , Power Bi bilgiləri
  7. Dizayn proqramları ilə işləmə bacarığı
  8. MS Office proqramlarını xüsusən də, Excell proqramını yüksək səviyyədə bilmək.
  9. Neyromarketinq biliklərinin olması
  10. Satış sahəsi üzrə biliklərin olması
  11. Komanda ilə işləmə bacarığı;
  12. Analitik düşüncə bacarığı;
  13. Dəqiqlik;
  14. Məsuliyyət;

Bu sahənin gələcəyi

İnsan amilinin böyük rol oynadığı digər sahələr kimi Marketinq ixtisasının da həm bu günü, həm də gələcəyi çox parlaqdır. Yüksək perspektivli ixtisasdır.

Bu ixtisas üzrə maaşlar

Bu sahədə çalışan insanın aylıq gəliri müxtəlif sahə və qurumlardan asılı olaraq 300 – 7000 AZN arasında dəyişir.

Tez-tez verilən suallar

Marketinq ixtisasının keçid balı neçədir?

qəbulunda Marketinq ixtisası üzrə keçid balları 168,6 ilə 397,9 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 397,9 baldır.

Marketinq ixtisası hansı universitetlərdə var?

Marketinq ixtisası 20 universitetdə tədris olunur: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Universiteti, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və digərləri.

Marketinq hansı qrupa aiddir?

Marketinq 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Marketinq ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Marketinq ixtisasına ən aşağı keçid balı 168,6 olub. Ödənişli yerlər 41 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂