Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Menecment ixtisası haqqında

Menecment ixtisası haqqında ixtisası 22 universitetdə 33 proqram üzrə tədris olunur. keçid balları: 200 – 440,4 bal.

22universitet
440,4ən yüksək keçid
200ən aşağı keçid
12dövlət sifarişli proqram

Menecment ixtisası haqqında — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158322
Əyani 440,4 200 —
Lənkəran Dövlət Universiteti
Əyani · 151429
Əyani 440,2 200 —
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144577
Əyani 420,7 200 —
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əyani · 129195
Əyani 412 412 —
Milli Aviasiya Akademiyası
Əyani · 138461
Əyani 409,9 251,4 —
Bakı Dövlət Universiteti
Əyani · 111593
Əyani 409,5 275,1 —
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114793
Əyani 408,9 322,1 —
Mingəçevir Dövlət Universiteti
Əyani · 149389
Əyani 408,8 200 —
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118616
Əyani 408,3 245 —
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114785
Əyani 407 278 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123646
Əyani 406 335,3 —
Naxçıvan Dövlət Universiteti
Əyani · 142421
Əyani — 298,9 —
Qarabağ Universiteti
Əyani · 152255
Əyani 292,3 — —
Azərbaycan Texniki Universiteti
Əyani · 116623
Əyani — 272 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Qiyabi · 123654
Qiyabi — 200 —
Bakı Biznes Universiteti
Əyani · 165231
Əyani — 200 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148449
Əyani — 200 —
Mingəçevir Dövlət Universiteti
Qiyabi · 149397
Qiyabi — 200 —
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148457
Qiyabi — 200 —
Odlar Yurdu Universiteti
Qiyabi · 164284
Qiyabi — 200 —
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123938
Əyani — 200 —
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Qiyabi · 118624
Qiyabi — 200 —
Azərbaycan Universiteti
Əyani · 155277
Əyani — 200 —
Bakı Avrasiya Universiteti
Əyani · 162194
Əyani — 200 —
Gəncə Dövlət Universiteti
Əyani · 145321
Əyani — 200 —
Bakı Biznes Universiteti
Qiyabi · 165248
Qiyabi — 200 —
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136169
Əyani — 200 —
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154297
Əyani — 200 —
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151437
Qiyabi — 200 —
Azərbaycan Kooperasiya Universiteti
Qiyabi · 154312
Qiyabi — 200 —
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164292
Əyani — 200 —
Odlar Yurdu Universiteti
Əyani · 164316
Əyani — 200 —
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147436
Əyani — 200 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Menecment ixtisası haqqında ixtisası haqqında

Menecment müəssisə qurma, idarəetmə və fəaliyyət formalarını anlamaq və inkişaf etdirmək üçün yaradılmış, eyni zamanda iqtisad ixtisası ilə ortaq sahədə çalışan ixtisas sahəsidir. Texnoloji yenilikləri təqib edərək və faydalanaraq müasir dünyadakı böyük şirkətlərin araşdırma aparmasına və fəaliyyət göstərməsinə yardım edən menecment təşkilatın həm daxili, həm xarici mühit amilləri arasında qarşılıqlı dinamikanı və münasibətləri müəyyənləşdirir. “Menecment” anlayışını daha yaxşı başa düşmək üçün kəlmənin orijinal dildəki mənasına baxmaq lazımdır. Menecment ingiliscə “management”, kəliməsindən götürülüb və idarəetmə mənasını verir. Lakin idarəetmə sözü menecmentdən daha geniş anlayışdır. Menecmentə verilən ən geniş yayılmış tərif: “Menecment – idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür”. Qısa desək, “Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir” . Menecment ixtisasına yiyələnən şəxslərə menecer deyilir və onlardan aşağıdakı bilik və bacarıqlara sahib olmaları gözlənilir:

  1. İqtisadiyyat və idarəetmə ilə bağlı biliklər – menecment ixtisasından məzun olan şəxslərin iqtisadiyyat haqqında dərin biliklərə malik olmaqla yanaşı, bu biliklərin təcrübədə istifadəsinə, iqtisadi məlumatları şərh etməyə imkan verən analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
  2. Psixologiya və sosiologiya ilə bağlı biliklər – menecment, insan resurslarının idarə edilməsi və marketinq ixtisasları kimi insanlarla birbaşa əlaqədə olan sahədir. Nəzərə alsaq ki, menecer birbaşa insanları idarə edən şəxsdir onun psixologiya və sosiologiya ilə bağlı biliklərinin olmağı aydın olar.
  3. İngilis dili və informasiya texnologiyalarından istifadə bacarığı – bu bacarıqlar bu gün demək olar ki, bütün sahələrin mütəxəssislərindən tələb olunur, lakin menecment sahəsində fundamental elmi əsərlər məhz ingilis dilində olduğu üçün bu dili bilməyin əhəmiyyəti daha da artır.
  4. Beynəlxalq və yerli kurslar və layihələr – İnternet üzərində yüzlərlə ödənişsiz kurslar var, bu kurslara həmçinin ixtisasla əlaqədar beynəlxalq və yerli layihələrə qoşulmaq bilik və bacarıqlarınızı daha yüksək səviyyəyə çatdırar.
  5. Bu sahədə atıla biləcək növbəti addım isə menecmentin bir istiqamətini (maliyyə, innovasiya, təhsil, səhiyyə, aqrar və s.) seçərək xarici ölkədə magistr təhsili almaqdır. Bakalavr təhsili üçün Azərbaycanın bir çox universitetlərində imkan var, amma istər kadr potensialı, istərsə də şəhərin özünün təqdim etdiyi imkanlar (iri şirkətlər, müxtəlif QHT-lər, beynəlxalq təşkilatların ofisləri və s.) nəzərə alındıqda Bakıda təhsil daha üstündür. İngilis, rus və ya ən azından Türkiyə türkcəsini bilmək internet üzərindən yayımlanan kurslardan faydalanmaqla xaricdə təhsilə yaxın səviyyədə təhsil almağa imkan verir.

Menecment sahəsində uğurlu bir karyera qurmaq üçün yuxarıda sadalanan bilik və bacarıqlarda əlavə nəzərə alınmalı, ən mühüm məsələ gələcək iş həyatında ən çox işinizə yarayacaq olan komanda qurmaq və komanda ilə işləmək bacarığıdır. Nəzərə almaq lazımdır ki menecerin birbaşa işi hansısa kollektivi idarə etməkdir və bu bacarığı ancaq təcrübə ilə əldə etmək mümkündür, bu təcrübəni isə təhsil müddətində əldə etmək lazımdır – layihələrə qoşulmaq, könüllü kimi fəaliyyət göstərmək və s. İstənilən sahədə karyera qurmaq üçün atılan addımlar menecment sahəsində də aiddir: əvvəlcə özünüzü (bilik və bacarıqlarınız, hədəf və arzularınız və s) tanıyın; karyera qurmaq istədiyiniz sahəni yaxından və dərindən araşdırın (http://ixtisas.az/ və s. bu kimi saytlardan məlumat toplayın); bu sahədə çalışan insanlarla görüşüb söhbət edin – əgər mümkün olarsa, onların yanında təcrübə keçin; Nadir Adilov müəllifi olduğu “Gəncsən başla!” kitabını oxumaq da uğurlu karyera qurmaq üçün gözəl bir başlanğıc ola bilər.

Menecment sahəsində arzuedilən bir karyeraya sahib olmaq, həmçinin ilk işinizi tapmaq üçün ən yaxşı yol layihə menecmentini dərindən öyrənmək və kiçik layihələr icra etməkdir. Layihə menecmenti menecment ixtisasının tələbələrinə tədris edilir, bununla yanaşı, iki-üç günlük intensiv kurslar və müxtəlif online kurslar da sizə bu sahəni öyrənməkdə kömək edəcəkdir. Layihə yazılışını öyrənmək üçün hansısa layihəyə planlaşdırmadan hesabata qədər bütün mərhələlərində iştirak etmək şərti ilə qoşulmaq və ya professionallardan kömək almaq olar. Bir çoxunuzun bildiyi kimi Azərbaycan Gənclər Fondu (https://youthfoundation.az/) gənclərin fərdi layihələrini dəstəkləyən ən yaxşı yerli qurumdur. Bu fondun dəstəyi ilə həmçinin xaricdə qısamüddətli kurslara və s. tədbirlərə də getmək mümkündür. Saytda həmçinin iş tapmaq üçün də “Gənclərin məşğulluq proqramına da qoşulmaq mümkündür. Proqram gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə vermək üçün nəzərdə tutulmuşdur. Proqram çərçivəsində işə cəlb olunan gənclərlə minimum 1 illik əmək müqaviləsinin bağlanması və əmək haqqının müəyyən müddətə qismən(50%) Fond tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük verilir. Gənclər, həmçinin, Fond və Məşğulluq Xidməti tərəfindən təşkil edilən karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edirlər. Yuxarıda adını çəkdiyim kitabda bu cür imkanlar haqqında daha ətraflı məlumatlar əldə etmək olar. Hər kəsə Uğurlar!

Fərrux Rəhimov

Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrobiznes və menecment kafedrasının assistenti.

Tez-tez verilən suallar

Menecment ixtisasının keçid balı neçədir?

qəbulunda Menecment ixtisası üzrə keçid balları 200 ilə 440,4 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 440,4 baldır.

Menecment ixtisası hansı universitetlərdə var?

Menecment ixtisası 22 universitetdə tədris olunur: Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti və digərləri.

Menecment hansı qrupa aiddir?

Menecment 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Menecment ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Menecment ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 32 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂