Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Mühasibat

Mühasibat ixtisası 18 universitetdə 38 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 558,4 bal.

18universitet
558,4ən yüksək keçid
200ən aşağı keçid
16dövlət sifarişli proqram

Mühasibat — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət İqtisad Universitetitədris ingilis dilində
Əyani · 123735
Əyani 558,4 558,4
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123687
Əyani 429,5 429,5
Lənkəran Dövlət Universiteti
Əyani · 151445
Əyani 427,6 200
Azərbaycan Dövlət İqtisad Universiteti
Qiyabi · 123695
Qiyabi 412,8 200
Gəncə Dövlət Universiteti
Əyani · 145338
Əyani 401,4 200
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123946
Əyani 397,3 200
Azərbaycan Dövlət İqtisad Universitetitədris türk dilində
Əyani · 123679
Əyani 393,3 393,3
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144585
Əyani 390,2 200
Mingəçevir Dövlət Universiteti
Əyani · 149412
Əyani 389,2 200
Azərbaycan Dövlət Aqrar Universitetitədris ingilis dilində
Əyani · 144617
Əyani 389,1 200
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128774
Əyani 385,7 385,7
Naxçıvan Dövlət Universiteti
Əyani · 142438
Əyani 376,9 376,9
Bakı Mühəndislik Universiteti
Əyani · 128758
Əyani 376,5 200
Sumqayıt Dövlət Universiteti
Əyani · 148465
Əyani 376,3 200
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158339
Əyani 375,4 200
Qarabağ Universiteti
Əyani · 152263
Əyani 301,3
Azərbaycan Dövlət Aqrar Universiteti
Qiyabi · 144593
Qiyabi 200
Azərbaycan Texnologiya Universiteti
Qiyabi · 147452
Qiyabi 200
Naxçıvan Dövlət Universiteti
Qiyabi · 142446
Qiyabi 200
Odlar Yurdu Universiteti
Qiyabi · 164324
Qiyabi 200
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Əyani · 171177
Əyani 200
Odlar Yurdu Universiteti
Əyani · 164349
Əyani 200
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154329
Əyani 200
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164332
Əyani 200
Qərbi Kaspi Universiteti
Əyani · 157367
Əyani 200
Bakı Biznes Universiteti
Qiyabi · 165264
Qiyabi 200
Azərbaycan Universitetitədris ingilis dilində
Əyani · 155293
Əyani 200
Bakı Biznes Universiteti
Əyani · 165256
Əyani 200
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151453
Qiyabi 200
Qərbi Kaspi Universiteti
Qiyabi · 157375
Qiyabi 200
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147444
Əyani 200
Mingəçevir Dövlət Universiteti
Qiyabi · 149429
Qiyabi 200
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148473
Qiyabi 200
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Qiyabi · 171169
Qiyabi 200
Azərbaycan Kooperasiya Universiteti
Qiyabi · 154337
Qiyabi 200
Bakı Avrasiya Universiteti
Əyani · 162218
Əyani 200
Azərbaycan Universiteti
Əyani · 155285
Əyani 200
Bakı Mühəndislik Universiteti
Qiyabi · 128766
Qiyabi 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Mühasibat ixtisası haqqında

İxtisasın təsviri

Mühasibat uçotu və audit bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərkən və eyni zamanda gələcək fəaliyyətləri barəsində qərar verərkən mühasib və auditlərin verdiyi məlumatlara əsasən hərəkət edirlər. Belə ki, mühasibat uçotu və audit şöbəsinin verdiyi qərarlar müəssisənin mövcud vəziyyətini ifadə etməklə qalmayıb, eyni zamanda gələcək investisiya qərarlarının verilməsinə kömək edir. “ Mühasibat uçotu və audit” ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi,nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Müxtəlif maliyyə təşkilatlarında mühasiblərə ehtiyac duyulur. Bunlara sığorta agentlikləri, vergi müfəttişlikləri, pensiya fondları daxildir. Bundan əlavə, bu mütəxəssislərə sənaye, tibb, nəqliyyat və bir çox fəaliyyət sahələrində ehtiyac duyulur. İnformasiyanı necə təhlil etməyi, sintez etməyi, ümumiləşdirməyi bacaran insanın yaxşı mühasib olmaq şansı var. Bu ixtisas yaxşı riyazi bacarığı olan eləcədə iqtisadiyyat və hüquq ilə maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Mühasibin iş öhdəliləri

  • Vergi, statistika və DMFS (Dövlət Sosial Müdafiə Fondu) hesabatlarının hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registerlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsİ;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • Əmək haqqı və məzuniyyətlərin hesablanması;
  • Anbar hesabatlarının hazırlanması və onlara nəzarət.

Auditor üçün öhdəliklər

  • Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq;
  • Təftiş komissiyalarının işi ilə əlaqədar daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləşməni aparmaq;
  • Rüsumların, vergilərin və ödənişlərin düzgünlüyünün yoxlanılması;
  • İlkin və mühasibatlıq sənədlərinin, haqq-hesabların, ödəmə öhdəliklərinin və qaydalarının nəzarəti.

Harada bu ixtisasa sahiblənmək olar

Dövlət Universitetləri

  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Özəl Universitetlər

  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
  • Azərbaycan Kooperasiya Universiteti
  • “Azərbaycan” Universiteti
  • Bakı Biznes Universiteti
  • Qərb Universiteti
  • “Naxçıvan” Universiteti
  • “Odlar Yurdu” Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  • İqtisadiyyat və Maliyyə Nazirlikləri başda olmaqla müxtəlif nazirliklərdə
  • Dövlət müəssisələrində
  • Böyük Dördlükdə (EY, KPMG, Deloitte, PwC) və s. çalışa bilərlər.
  • Bununla belə demək olar ki, istiqamətindən asılı olmayaraq bütün şirkətlər mühasib və auditlərə ehtiyac duyur.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • İlk növbədə, beynəlxalq standartlaşdırılmış hesablama sistemlərinin öyrənilməsi
  • Maliyyə qanunvericiliyini mükəmməl bilmək;
  • Maliyyə sənədlərinin hazırlanmasının xüsusiyyətləri barədə biliklər;
  • Microsoft Excel, Word və 1C proqramı üzrə dərin biliklər;
  • Hesablama işlərini sevmək;
  • Diqqətli olmaq;
  • Detallara diqqət yetirməyi bacarmaq;
  • Dürüts və obyektiv olmaq;
  • Analitik düşüncəyə sahib olmaq;
  • Məsulliyətli olmaq;
  • Stressli vəziyyətlərdə işləməyi bacarmaq;
  • Məxfilik və davranış peşəkarlığı.
  • ACCA beynəlxalq sertifikatlarını əldə etmək. (ACCA sertifikatına sahib olmaq yerli iş bazarında mütəxəssislərin rəqabət qabliyyətini artırır və gələcəkdə yüksək vəzifə tutmalarında əsas rollardan birini oynayır. Əlavə olaraq beynəlxalq standarları mənimsəyərək, xaricdə işləmək şansını artırmaq üçün uğurlu bir addım sayılır. Gələcəkdə kariyerasını maliyyə, mühasibatlıq və audit sahəsində qurmaq və ya davam etdirmək istəyində olan hər bir kəsə bu sertifikatı almaq məqsədə uyğundur.)

Bu sahənin gələcəyi

Hal-hazırda bu ixtisasa böyük tələbat olsa da, gələcəkdə texnologiyanın asanlıqla insanları əvəz edə biləcəyi sahələrdən hesab edilir. Bununla belə, siz bu yöndə son yaradılan texnologiya və texnikalarla yaxın tanış olub onlara yiyələndiyiniz halda gələcəyin dünyasında da tələb olunan mütəxəssis ola bilərsiniz.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə maaşlar təcrübə və bacarıqlarınızdan asılı olaraq dövlət sektorunda 250 – 2000 AZN, özəl sektorda isə 300 – 5000 AZN aralığında dəyişməkdədir.

İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)

Bu mövzu üzrə materiallar v məqalələr (növbəti mərhələdə edəcəyik)

Tez-tez verilən suallar

Mühasibat ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Mühasibat ixtisası üzrə keçid balları 200 ilə 558,4 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 558,4 baldır.

Mühasibat ixtisası hansı universitetlərdə var?

Mühasibat ixtisası 18 universitetdə tədris olunur: Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Qarabağ Universiteti, Azərbaycan Texnologiya Universiteti, Odlar Yurdu Universiteti və digərləri.

Mühasibat hansı qrupa aiddir?

Mühasibat 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Mühasibat ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Mühasibat ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 37 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂