Balını yoxla

Maşın mühəndisliyi

Maşın mühəndisliyi ixtisası 8 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 382,1 bal.

8universitet
382,1ən yüksək keçid
200ən aşağı keçid
7dövlət sifarişli proqram

Maşın mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144236
Əyani 382,1 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118332
Əyani 247,4 200
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123281
Əyani 238,5 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116364
Əyani 224 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116356
Əyani 202,1
Bakı Mühəndislik Universiteti
Əyani · 128417
Əyani 200,6 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114517
Əyani 200,3 200
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147233
Əyani 200
Gəncə Dövlət Universiteti
Əyani · 145192
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Maşın mühəndisliyi ixtisası haqqında

İxtisasın təsviri

Sənaye və məişətin müxtəlif sahələrində çox çeşiddə, miqyasda və təyinatda maşınqayırma avadanlıqlarından, vasitələrindən istifadə olunur. Eyni adlı və təyinatlı masinqayırma məhsulları, bir məmulun müxtəlif hissələri müxtəlif müəssisələrdə və hətta müxtəlif ölkələrdə istehsal olunur. Buna baxmayaraq, onlar bir-birlərini bərabər səviyyədə əvəz edə bilməlidirlər. Maşın mühəndisliyi ixtisası məhz bu sahədə ixtisaslı kadrların hazırlanması məqsədi ilə yaradılmışdır. Maşın mühəndisi bütün növ maşınqayırma avadanlıqlarının, vasitələrinin qəbul olunmuş kriteriyalar əsasında dizaynlaşdıran, istehsalını planlaşdıran istehsal texnologiyalarını inkişaf etdirən və test edən şəxslərdir. Bu ixtisas fizika, riyaziyyat, rəsm və kompüter elmləri ilə maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

Bu sahə üzrə ilk ali təhsil müəssisələrindən biri Amerika Birləşmiş Ştatlarında 1817-ci ildə indiki adı ilə Norwich Universiteti olmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  1. Məmulun dizaynının hazırlanması üçün bu məmmulların prototiplərinin araşdırılması və analizi;
  2. Məmulun qrafik təsvirlərinin yaradılması;
  3. İstehsalın səmərəliliyinin artırılması üçün yeni metodların işlənib hazırlanması;
  4. İnkişaf və ya istehsal layihələri üçün texniki və ya resurs tələblərini qiymətləndirin;
  5. Məmulun istehsalının planlaşdırılması, həyata keçirilməsi və test edilməsi;
  6. Müvafiq biliklərin yenilənməsi və istifadəsi;
  7. Standartlara uyğunluğunu müəyyənləşdirmək üçün məlumatların qiymətləndirilməsi;
  8. İşi planlaşdırmaq üçün texniki sənədlərin nəzərdən keçirilməsi;
  9. Dizayn və ya əməliyyat planlarını hazırlamaq üçün texniki heyətlə məsləhətləşmə;

Harada bu ixtisasa sahiblənmək olar

  1. Azərbaycan Dövlət Aqrar Universiteti;
  2. Azərbaycan Texniki Universiteti;
  3. Bakı Mühəndislik Universiteti;

Bu ixtisas üzrə harada çalışmaq olar

Maşın mühəndisliyi ixtisasının məzunları bu sahə üzrə müxtəlif istiqamətlərdə ixtisaslaşmadan asılı olaraq müxtəlif sahələrdə çalışa bilərlər. Bu ixtisas üzrə məzunlar:

  • Fəaliyyəti maşınqayırma avadanlıqlarının istehsalı və istifadəsi ilə bağlı olan özəl və dövlət sənaye müəssisələrində çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1. İxtisas üzrə nəzəri biliklərə sahib olmalıdır;
  2. Riyaziyyat və fizika elmləri üzrə güclü bazaya malik olmalıdır;
  3. İnkişaf etmiş dizayn və vizuallaşdırma bacarıqları olmalıdır;
  4. Bu sahədə istifadə olunan avadanlıq və proqramlardan istifadə bacarığı (Əsasən AutoCAD,SolidWorks və ya Inventor proqramları) olmalıdır;
  5. Microsoft Office Proqramları;
  6. Təhlil bacarığı – işlə əlaqəli texniki sənədləri düzgün təhlil etməyi bacarmaq;
  7. Tənqidi Düşüncə – Alternativ həll yollarının, nəticələrin və ya problemlərə yanaşmanın güclü və zəif tərəflərini müəyyənləşdirmək üçün məntiq və düşüncədən istifadə etməyi bacarmaq;
  8. Əməliyyat monitorinqi – bir maşının düzgün işlədiyinə əmin olmaq üçün ölçmə cihazlarını, yığımları və ya digər göstəriciləri izləyə bilməlidir;
  9. Kompleks Problemlərin Həll edilməsi – Mürəkkəb problemlərin müəyyənləşdirilməsi və variantları inkişaf etdirmək, qiymətləndirmək və həllini həyata keçirmək üçün əlaqəli məlumatları nəzərdən keçirməyi bacarmaq;

Bu sahənin gələcəyi

İnsanlar istifadə etdikləri bütün maşın və texniki vasitələri fasiləsiz olaraq təkmilləşdirirlər. Onlar istismarda olan maşın və texniki vasitələri daha yüksək dəqiqliyə, istismar göstəricilərinə və məhsuldarlığa malik, insanın fiziki və əqli əməyini daha geniş məkanda əvəz edə bilən yeniləri ilə əvəz edirlər. Təbii ki, qeyd olunan nailiyyətlər maşınqayırma sənayesinin müdaxiləsi olmadan mümkün deyildir. Məhz buna görə də dünyanın qabaqcıl ölkələrində, respublikamızda maşınqayırmanın inkişafına xüsusi diqqət yetirilir. Gələcəkdə Maşın Mühəndisliyi və Suni İntellekt -sahələrinin birgə, sıx əlaqəli inkişafı bu sahə üzrə gözlənilən ən real perspektivlərindəndir.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq dəyişir.

500- 1500 AZN.

Tez-tez verilən suallar

Maşın mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Maşın mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 382,1 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 382,1 baldır.

Maşın mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Maşın mühəndisliyi ixtisası 8 universitetdə tədris olunur: Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti.

Maşın mühəndisliyi hansı qrupa aiddir?

Maşın mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Maşın mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Maşın mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 8 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂