Balını yoxla

Mühəndis fizikası

Mühəndis fizikası ixtisası 3 universitetdə 3 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 263,9 bal.

3universitet
263,9ən yüksək keçid
200ən aşağı keçid
3dövlət sifarişli proqram

Mühəndis fizikası — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universiteti
Əyani · 111439
Əyani 263,9 263,9
Milli Aviasiya Akademiyası
Əyani · 138372
Əyani 258,9 258,9
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114582
Əyani 220,1 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Mühəndis fizikası ixtisası haqqında

Mühəndis fizikası ixtisası

İxtisasın təsviri

Mühəndis fizikası ixtisasına yiyələnmiş şəxslər maddələrin quruluşu və aralarındakı əlaqələri incələməklə məşğul olurlar. Nəzəri modelləşdirmə, analiz və təcrübələr yoluyla əldə edilmiş nəticələri texnologiyaya tətbiq edirlər. Elm və sənaye texnologiyalarının layihələndirilməsində və yaradılmasında riyazi və fizika biliklərindən istifadə edirlər. Fizika mühəndisliyi qısacası, fizika elminin müasir texnologiyalara tətbiq edilməsini təmin edir və həmçinin tətbiqi fizika adlandırılmaqdadır.

İxtisasın tarixi

Fizika, riyaziyyat və mühəndislik sahələrinin vəhdəti olaraq mühəndis fizikası ixtisasıının yaradılmasına ilk dəfə Birinci Dünya Müharibəsindən sonra cəhd edilmişdir, ancaq ilk dəfə ixtisasın tədrisinə 20-ci əsrin 30-cu illərində başlanılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Bu ixtisas üzrə dəqiq iş öhdəlikləri demək bir qədər çətindir. Belə ki, ixtisası bitirən məzunların davam edə biləcəyi nüvə fizikası, akustika mühəndisliyi, aerokosmik mühəndislik, fizika kimi onlarla istiqamət mövcudur, odur ki, iş öhdəlikləri də onların seçəcəyi sahədən asılı olaraq dəyişir. Lakin qısa olaraq bu öhdəlikləri aşağıdakə kimi ümumiləşdirmək olar:

  • Keyfiyyətə nəzarət, araşdırma və inkişaf üçün davamlı tədqiqatların aparılması;
  • Nüvə elektrik stansiyalarında təhlükəsizliyə, iş prosesinə nəzarət və tədqiqatların aparılması;
  • Dozimetrik cihazlarla bağlı keyfiyyətə nəzarət işləri;
  • Texnologiyada istifadə olunan müxtəlif maddələrin səmərəlilik və spesifik xüsusiyyətlərini təyin etmək üçün testlərin aparılması;
  • Televizor, radio və mobil sistemlərlə bağlı siqnalizasiya və sensorlara əlaqədar lazımi testlərin aparılması, bu qəbildən olan texnologiyaların istehsalı və dizaynı ilə əlaqədar işlər;
  • Molekulyar səviyyədə tədqiqatların aparılması.

Harada bu ixtisasa sahiblənmək olar?

→ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
→ Azərbaycan Texniki Universiteti
→ Milli Aviasiya Akademiyası
→ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
→ Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Azərbaycan Milli Elmlər Akademiyası
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • Sumqayıt Texnologiyalar Parkı
  • İxtisasın tədris edildiyi ali məktəblərdə və s. işləmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

Daha öncə də qeyd etdiyimiz kimi, ixtisas sahiblərinin seçəcəkləri istiqamətdən asılı olaraq lazımi bilik və bacarıqlar da fərqlənə bilərlər, bununla belə aşağıda qeyd edilmiş ümumi bacarıqlar vacibdir:

  • Riyaziyyat və fizika bilikləri;
  • Analitik düşünmə bacarığı;
  • Detallara qarşı diqqətli olmaq;
  • Özünü daima inkişaf etdirməyi və yeniliklərə ayaq uydurmağı bacarmaq;
  • Səbrli olmaq;
  • Xarici dil bilikləri.

İxtisasın gələcəyi

Sahənin özünün hələ yaxın keçmişdə yarandığını və ölkəmizdə nisbətən zəif inkişaf etdiyini demək olar. Bu səbəbdən bu ixtisasın mütəxəssislərinə tələbat ölkəmizdə qismən azdır, ancaq bununla belə, mütləq qeyd etmək lazımdır ki, texniki və texnoloji tərəqqi nəinki bu ixtisasa təhdid yaradır, əksinə bu inkişafın özü birbaşa ixtisas sahiblərindən asılıdır. Odur ki, gələcək illərdə ixtisas sahiblərinə olan tələbatın daha da artacağı qaçınılmazdır. İxtisas həmçinin beynəlxalq səviyyədə geniş perspektivə malikdir.

Əmək haqqı

İxtisas üzrə məvaciblər kadrların təcrübəsindən, işlədiyi sektordan, bilik və bacarıqlarından asılı olaraq 700–5000 AZN arasında dəyişməkdədir.

Tez-tez verilən suallar

Mühəndislik fizikası ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Mühəndislik fizikası ixtisası üzrə keçid balları 200 ilə 263,9 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 263,9 baldır.

Mühəndislik fizikası ixtisası hansı universitetlərdə var?

Mühəndislik fizikası ixtisası 3 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti.

Mühəndislik fizikası hansı qrupa aiddir?

Mühəndislik fizikası 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Mühəndislik fizikası ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Mühəndislik fizikası ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 3 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂