Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Beynəlxalq ticarət və logistika

Beynəlxalq ticarət və logistika ixtisası 13 universitetdə 19 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 560,8 bal.

13universitet
560,8ən yüksək keçid
200ən aşağı keçid
11dövlət sifarişli proqram

Beynəlxalq ticarət və logistika — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət İqtisad Universitetitədris ingilis dilində
Əyani · 123379
Əyani 560,8 560,8
Dövlət Gömrük Komitəsinin Akademiyasıtədris ingilis dilində
Əyani · 141547
Əyani 497,5 497,5
Dövlət Gömrük Komitəsinin Akademiyası
Əyani · 141539
Əyani 435,6 435,6
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123346
Əyani 425,8 425,8
Bakı Mühəndislik Universiteti
Əyani · 128588
Əyani 424,2 238,4
Azərbaycan Dövlət İqtisad Universitetitədris türk dilində
Əyani · 123338
Əyani 418,1 354,4
Naxçıvan Dövlət Universiteti
Əyani · 142349
Əyani 418,1 341,7
Azərbaycan Texniki Universiteti
Əyani · 116542
Əyani 418,1 305,3
Bakı Dövlət Universiteti
Əyani · 111528
Əyani 417,9 308
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114711
Əyani 417,8 315,6
Qarabağ Universiteti
Əyani · 152214
Əyani 259,1
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136128
Əyani 246,2
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154175
Əyani 200
Bakı Mühəndislik Universiteti
Qiyabi · 128596
Qiyabi 200
Azərbaycan Dövlət İqtisad Universiteti
Qiyabi · 123354
Qiyabi 200
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148343
Qiyabi 200
Sumqayıt Dövlət Universiteti
Əyani · 148335
Əyani 200
Azərbaycan Universiteti
Əyani · 155155
Əyani 200
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147339
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Beynəlxalq ticarət və logistika ixtisası haqqında

İxtisasın qısa təsviri

Beynəlxalq Ticarət və Logistika ixtisasının əsas yaradılma məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, bu öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdir. Bu ildən əvəz etdiyi “Dünya İqtisadiyyatı” ixtisasının bir istiqamətidir və qeyd etdiyimiz kimi beynəlxalq marketin ticarət bölümünü öyrənir. “Logistika” ixtisası ilə çox yaxın olsa da, bu ixtisas özündə daha çox iqtisadiyyat yönlü məsələləri cəmləyir və bu cəhətdən akademik istiqamətdə də irəliləyərək karyera qurmaq mümkündür.

Bir şirkət mallarını xaricə satırsa, orada məhs bu ixtisas sahibi ixracı idarə edir. Məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdırır, rəqiblərin qiymətlərini təhlil edir, istehlak xüsusiyyətlərinə və onun üçün maraqlandığı ölkədə malların keyfiyyətinə dair tələbləri öyrənir. Eyni zamanda bir logist funksiyasını yerinə yetirərək malların daşınmasını da təşkil edir. Məhsulları hansı nəqliyyatda və hansı marşrutda çatdırmaq üçün daha rahat olduğuna qərar verir. Bu ixtisas iqtisadiyyat, hüquq və xarici dillərlə maraqlananlara uyğundur.

Peşənin tarixi

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Xarici qurumlarla işləmək;
  • Onların nümayəndələrilə danışıqlar aparmaq;
  • Müştərilərin və tərəfdaşların axtarışı;
  • Olduğu şirkətin beynəlxalq nəqliyyat və yükdaşımalarına nəzarət etmək;
  • Malların daşınması xərclərinin optimallaşdırılması;
  • Malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
  • Valyuta məzənnələrinin gündəlik izlənməsi;
  • Şirkət üçün beynəlxalq layihələr hazırlamaq və ya iştirak etmək;
  • Dünya bazarını araşdırmaq;
  • Şirkətə xarici ölkə və ya şirkətlərlə əlaqə yaratmaq üzrə yardımçı olmaq;
  • Şirkətin xarici iqtisadi əlaqələrinin inkişafı strategiyasının hazırlanması;
  • Müqavilələrin icrasının bütün mərhələlərinə nəzarət etmək;
  • Prezentasiya hazırlamaq;
  • Beynəlxalq sərgilərdə iştirak;
  • İş yazışmalarının və müşayiət olunan sənədlərin aparılması;
  • Tabeçiliyində olan işçilərin idarə edilməsi.

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət İqtisad Universiteti.
  • Azərbaycan Kooperasiya Universiteti.
  • Bakı Biznes Universiteti.
  • Bakı Dövlət Universiteti.
  • Qərbi Kaspi Universiteti.
  • Milli Aviasiya Akademiyası.
  • Naxçıvan Dövlət Universiteti.
  • “Odlar Yurdu” Universiteti
  • Sumqayıt Dövlət Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Səfirliklər;
  • Beynəlxalq Ticarət Palatası;
  • Trans Milli Şirkətlər;
  • Xarici ölkələrlə əlaqəli yerli şirkətlər;
  • Logistika şirkətləri;
  • Beynəlxalq Təşkilatlar.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • İqtisadiyyat və kommersiya yönlü fənlərdən dərin məlumatlılıq;
  • Beynəlxalq iqtisadiyyat üzrə informasiyalarla çalışmaq;
  • Texnoloji savadlılıq;
  • Dil bilikləri;
  • Danışıqlar aparma qabiliyyəti;
  • Layihələr icra etmə qabiliyyəti;
  • Araşdırma bacarığı (xüsusilə beynəlxalq bazarı);
  • Ümumi biznes savadlılığı (təməl biliklər);
  • Ünsiyyət bacarığı;
  • Stressə davamlılıq;
  • Özgüvənli olmaq;
  • Təşəbbüskar;
  • Detallara diqqət yetirməyi bacarığı;
  • Nəticələrinin təqdimatını etməyi bacarmaq;
  • Məsuliyyətli olmaq;

Bu sahənin gələcəyi

Müasir dünyamızın ən böyük trendlərindən biri beynəlxalq əlaqələr, ticarət, maliyyə kimi sahələr olacaq. Xüsusilə də Azərbaycanda qeyri – neft sektoru ilə əlaqədar gedən inkişaf ölkədə ümumi beynəlxalq ticarətin inkişaf etməsinə və bu sahə üzrə yetişən kadrlara ehtiyacın artmasına səbəb olacaqdır. Bacarıqlı və bilikli kadrlar üçün xarici ölkələrdə də karyera qurmaq üçün böyük imkanlar var.

Bu ixtisas üzrə maaşlar

İşlədiyi qurumdan asılı olaraq orta aylıq əmək haqqı 800 – 1000 AZN və 1500 – 2000 AZN arasında ola bilər.

Tez-tez verilən suallar

Beynəlxalq ticarət və logistika ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Beynəlxalq ticarət və logistika ixtisası üzrə keçid balları 200 ilə 560,8 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 560,8 baldır.

Beynəlxalq ticarət və logistika ixtisası hansı universitetlərdə var?

Beynəlxalq ticarət və logistika ixtisası 13 universitetdə tədris olunur: Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qarabağ Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Universiteti və digərləri.

Beynəlxalq ticarət və logistika hansı qrupa aiddir?

Beynəlxalq ticarət və logistika 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Beynəlxalq ticarət və logistika ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Beynəlxalq ticarət və logistika ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 18 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂