Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə)

Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə) ixtisası 3 universitetdə 4 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 314,2 bal.

3universitet
314,2ən yüksək keçid
200ən aşağı keçid
2dövlət sifarişli proqram

Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə) — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Texniki Universitetiavtomobil nəqliyyat üzrə
Əyani · 116648
Əyani 314,2 314,2
Bakı Mühəndislik Universitetiavtomobil nəqliyyatı üzrə
Əyani · 128782
Əyani 309,8 200
Bakı Mühəndislik Universitetiavtomobil nəqliyyatı üzrə
Qiyabi · 128799
Qiyabi 200
Azərbaycan Texnologiya Universitetiavtomobil nəqliyyatı üzrə
Əyani · 147469
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Nəqliyyatda servis ixtisası (nəqliyyat növləri üzrə) ixtisası haqqında

İxtisasın təsviri

Nəqliyyatda servis ixtisası tələbələrə sərnişin və yükdaşıma nəqliyyatının xidmət fəaliyyətini öyrədir. Bura ictimai nəqliyyatın intellektual idarəedilməsi, hava limanlarının, avtovağzallarının, dəmiryollarının və ölkənin ümumi nəqliyyat sisteminin idarəçiliyi daxildir. Nəqliyyat sektoru turizmin əsas hərəkətverici sahəsidir.

İxtisasın tarixi

Nəqliyyat servisi yeni yaranmış bir ixtisasdır. Hal-hazırda dünyada və ölkəmizdə nəqliyyat sahəsinin inkişafı bu ixtisası daha da perspektivli edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Beynəlxalq yükdaşımalara nəzarət
  • Avtovağzallarda, dəmiryol stansiyalarında, hava limanlarında hərəkətə nəzarət
  • Ümumi olaraq hər növ nəqliyyatın idarə edilməsi
  • Nəqliyyatda təhlükəsizlik məsələrini bilməli və qeydə almalı
  • Yolların nizamlılığın tənzimləməsinə nəzarət etməli
  • Nəqliyyat sistemlərinin idarəsinə baxmalı
  • Nəqliyyatın iqtisadiyyatına, infrastrukturuna diqqət etməli
  • Nəqliyyatın modelləşməsi, nəqliyyat sistemlərinin istismarı
  • Nəqliyyat vasitələrinin növünün seçilməsi
  • Nəqliyyat növünün seçilməsi

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Azərbaycan Texniki Universiteti
→ Bakı Mühəndislik Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Bakı Nəqliyyat Agentliyində
  • Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində
  • Azərbaycan Avtomobil Yollarında
  • Dövlət Yol Polisində
  • Avtomobil Yolları Dövlət Agentliyində
  • Mərkəzi avtovağzallarda
  • Bakı Beynəlxalq Avtovağzal kompleksində
  • Logistik nəqliyyatda
  • Dövlət Gömrük Komitəsində

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Menecment, riyaziyyat, logistika fənlərini dərindən bilməli
  • Ünsiyyətcil olmalı
  • İdarəetmə bacarığı olmalı
  • Səbirli
  • Məsuliyyətli
  • Çalışqan
  • Nəzarət bacarığı
  • Kompüter bilikləri olmalı (ofis proqramları)
  • Dil biliyi (rus və ingilis)
  • Netcard, Autocad Civil, archica, 3D, Microstation proqramlarını bilməli

İxtisasın gələcəyi

Nəqliyyat sahəsi “Turizm” sektoruna böyük təsir edir. Nəzərə alsaq ki, hazırda dünyada və ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir və burada “Nəqliyyat” sahəsinə böyük ehtiyac duyulacaqdır. Bu baxımdan ixtisasın gələcəyi perspektivlidir.

Əmək haqqı

Dövlət və özəl sektordan, iş yerindən asılı olaraq əmək haqqı 300–1500 AZN arası dəyişir.

Tez-tez verilən suallar

Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisası üzrə keçid balları 200 ilə 314,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 314,2 baldır.

Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisası hansı universitetlərdə var?

Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisası 3 universitetdə tədris olunur: Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti.

Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) hansı qrupa aiddir?

Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 4 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂