Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Sosial iş ixtisası

Sosial iş ixtisası ixtisası 17 universitetdə 35 proqram üzrə tədris olunur. keçid balları: 270,1 – 536,1 bal.

17universitet
536,1ən yüksək keçid
270,1ən aşağı keçid
20dövlət sifarişli proqram

Sosial iş ixtisası — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 112443
Əyani 536,1 536,1 —
Bakı Dövlət Universiteti
Əyani · 112427
Əyani 505,4 505,4 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123784
Əyani 487,4 487,4 —
Qərbi Kaspi Universiteti
Əyani · 157561
Əyani 483,2 289,8 —
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151591
Qiyabi 482,3 299,9 —
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Əyani · 171185
Əyani 474,2 316,1 —
Bakı Dövlət UniversitetiQazax filialı
Qiyabi · 112857
Qiyabi 472,5 306,6 —
Azərbaycan Dövlət Pedaqoji UniversitetiQuba filialı
Əyani · 122796
Əyani 471,6 320,9 —
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157553
Əyani 465,7 294,3 —
Azərbaycan Dövlət Pedaqoji UniversitetiŞəki filialı
Əyani · 122552
Əyani 465,2 346,3 —
Bakı Avrasiya Universiteti
Əyani · 162372
Əyani 464,7 312,6 —
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 122269
Əyani 464,1 464,1 —
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Əyani · 134232
Əyani 459 392,3 —
Naxçıvan Dövlət Universiteti
Əyani · 142721
Əyani 458,1 454,4 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Qiyabi · 123792
Qiyabi 458,1 373,6 —
Gəncə Dövlət Universiteti
Əyani · 145524
Əyani 457,7 381,7 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148627
Əyani 457,6 390,2 —
Azərbaycan Universitetitədris ingilis dilində
Əyani · 155496
Əyani 457,1 342,1 —
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136274
Əyani 456,8 395,1 —
Lənkəran Dövlət Universiteti
Əyani · 151583
Əyani 456,5 353,7 —
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148635
Qiyabi — 355,6 —
Mingəçevir Dövlət Universiteti
Əyani · 149583
Əyani — 340,2 —
Gəncə Dövlət Universiteti
Qiyabi · 145532
Qiyabi — 338,5 —
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Qiyabi · 171193
Qiyabi — 332,6 —
Azərbaycan Universiteti
Qiyabi · 155488
Qiyabi — 326,8 —
Azərbaycan Dövlət Pedaqoji UniversitetiAğcabədi filialı
Əyani · 122641
Əyani — 314,6 —
Azərbaycan Universiteti
Əyani · 155471
Əyani — 313,2 —
Odlar Yurdu Universiteti
Əyani · 164479
Əyani — 312,2 —
Bakı Dövlət UniversitetiQazax filialı
Əyani · 112849
Əyani — 308,6 —
Bakı Avrasiya Universiteti
Qiyabi · 162389
Qiyabi — 305,3 —
Bakı Biznes Universiteti
Qiyabi · 165297
Qiyabi — 302,4 —
Odlar Yurdu Universiteti
Qiyabi · 164462
Qiyabi — 301,5 —
Bakı Biznes Universiteti
Əyani · 165289
Əyani — 296,1 —
Azərbaycan Kooperasiya Universiteti
Qiyabi · 154434
Qiyabi — 289,9 —
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154442
Əyani — 270,1 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Sosial iş ixtisası ixtisası haqqında

social-worker

İxtisasın qısa təsviri

Beynəlxalq Sosial İşçilər Federasiyası (BSİF) tərəfindən sosial iş üçün müxtəlif illərdə aşağıdakı təriflər qəbul etmişdir:

1957- ci il – Sosial iş, insanların və qrupların cəmiyyətə daha yaxşı uyğunlaşmaları üçün göstərilən köməyin sistematik bir yoludur. Sosial işçi, cəmiyyətə dəyişiklik gətirmək məqsədinə kömək etmək üçün müştərilərin daxili resurslarını və lazım gələrsə, kənar stimullarını təkmilləşdirməkdə onlarla birgə işləyir. Belə ki, sosial iş, cəmiyyətdə daha böyük harmoniya yaratmaq məqsədinə töhfə verməyə çalışır. Digər peşələr kimi, sosial iş də, mütəxəssis biliyinə, habelə müəyyən prinsip və bacarıqlara əsaslanır.

2000-ci il – “Sosial iş, rifahı artırmaq üçün sosial dəyişikliyi, insan münasibətlərində problemlərin həllini, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyir. İnsan davranışı və sosial sistemlərlə bağlı nəzəriyyələrdən istifadə edərək sosial iş, insanların ətraf mühitlə qarşılıqlı əlaqədə olduğu məqamlara müdaxilə edir. İnsan haqları və sosial ədalət prinsipləri sosial işin əsasını təşkil edir.

2014-cü il – “Sosial iş, təcrübəyə, o cümlədən sosial dəyişikliyi və inkişafı, sosial birliyi, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyən akademik tədrisə əsaslanan bir peşədir. İnsan haqları, sosial ədalət, kollektiv məsuliyyət, eləcə də müxtəlifliyə hörmət prinsipləri, sosial işin mərkəzində dayanır. Sosial iş və sosial elmlərlə bağlı nəzəriyyələrin, habelə humanitar və instinktiv biliyin dəstəklədiyi sosial iş, insanlarla, habelə həyat problemlərinin həllinə və rifahın artırılmasına ünvanlanan strukturlarla məşğul olur.

Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir.

Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (yaşlılar, əlillər, ailə mühitindən məhrum olmuş uşaqlar, QİÇS-ə yoluxmuş insanlar, qanunla münaqişədə olan insanlar, risk qruplarına aid digər şəxslər) həm bilavasitə yardım edərək onların qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrinin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.

Sosial işçinin çalışdığı qruplar

  • Valideyn himayəsindən məhrum olmuş uşaqlar
  • Ahıllar
  • Küçə uşaqları
  • Qanunla münaqişədə olan insanlar
  • Tək valideynlər
  • Əlilliyi olan insanlar
  • Qaçqın və məcburi köçkünlər
  • Təbii fəlakət qurbanları
  • Zorakılığa (ailə, məişət, fiziki, cinsi) məruz almış insanlar və s.

Peşənin tarixi

Sosial iş peşə kimi XIX əsrin sonlarında yaranmışdır. Sosial işin peşə kimi yaranmasının şərtləri aşağıdakı kimidir:

  • Təcrübə göstərdi ki, könüllü filantropiya əhaliyə sosial yardımın bütün məqsədlərini yerinə yetirə bilmir.
  • Fərdi xeyriyyəçilikdən bu məqsədlə yaradılmış təşkilat xeyriyyəçiliyinə keçid baş verir.
  • Xeyriyyəçiliyin yeni formaları yaranır
  • Məzlumlar öz hüquqları uğrunda fəal mübarizəyə başlayır, bu isə sosial işin yaradılması prosesinin gücləndirir
  • Ehtiyacı olanlara yardım etmək üçün dövlət və bələdiyyə yardımı formaları yaranır.

Bu sahədə çalışan şəxs nə ilə məşğul olur (iş öhdəlikləri nələrdir)?

  • Keys menecment prosesini həyata keçirir (Sosial xidmətə ehtiyacı olan insanların vəziyyətini qiymətləndirmək, onların rifahını yaxşılaşdırmaq üçün birlikdə inkişaf planı tərtib etmək, planda nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsində müraciətcilərə dəstək olmaq)
  • Həsas qrupdan olan insanların hüquqlarının qorunması üçün ictimai vəkilliyini etmək
  • Sosial problemlərin aradan qaldırılması üçün makro səviyyədə təkliflər irəli sürmək

Bu sahədə çalışan şəxs hansı bilik və bacarıqlara yiyələnməlidir?

  • Müraciətçi ilə peşəkar işgüzar münasibətlər qurmaq
  • Güclü tərəfləri və ehtiyacları müəyyən etmək, dəyərləndirə bilmək bacarığı
  • Müvafiq və həlledici addım atmaq bacarığı
  • Mürəkkəb məlumatları təhlil etmək bacarığı
  • Böhran vəziyyətinə anında müdaxilə və erkən müdaxilələrlə bağlı xidmət və strategiyaları tətbiq etmək bacarığı
  • Dinləmək bacarığı
  • Asanlıqla uyğunlaşa bilmək bacarığı
  • Ədavətli və ya inadkar olan könülsüz müştərilərlə işləmək bacarığı
  • Terapiya bacarıqları
  • Müxtəlifliyi anlamaq
  • Sərhəd qoya bilmək
  • Ətrafdakı stress amillərini anlamaq

Bu sahə üzrə harada çalışmaq olar

Sosial işin əsas fəaliyyət sahələri

  • Dövlət strukturları
  • Tibbi qayğı müəssisələri
  • Ailə və uşaq rifahı mərkəzləri
  • Reabilitasiya mərkəzləri
  • Tərbiyə müəssisələri

Bu sahənin gələcəyi

Sosial iş sahəsi ölkəmiz üçün yeni olsa da bu qısa müddət ərzində bir sıra irəlləyiş əldə edib. Sosial iş ilk başladığı dövr sadəcə qeyri – hökümət təşkilatları çərcivəsində həyata keçirilsə də, artıq dövlər səviyyəsində sosial işçinin statusu tanınıb, AR Sosial Xidmətlər Haqqında Qanunda sosial işçinin kim olduğu qeyd olunub. Dövlət müəssisələrində əhalinin həssas qrupu ilə iş prosesində sosial işçilərin rolu xüsusi vurğulanır. Buna misal olaraq ölkəmizdə sonuncu açılan DOST agentliyində sosial iş vakant yerlərini göstərmək olar. Bu göstəricilər sosial iş peşəsinin ölkəmizdə surətlə və bundan sonra əhalinin həssas təbəqəsinin rifahının yaxşılaşdırılmasında rolunun artacağını göstərir.

Bu sahədə əmək haqqı nə qədərdir?

Sosial işçi olaraq dövlət və qeyri-dövlət təşkilatlarında çalışmağınıza görə əmək haqqı da fərqli olur. Adətən, hər iki sektorda maaşlar təxminən 450-1500 AZN arası ola bilir.

Tez-tez verilən suallar

Sosial iş ixtisasının keçid balı neçədir?

qəbulunda Sosial iş ixtisası üzrə keçid balları 270,1 ilə 536,1 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 536,1 baldır.

Sosial iş ixtisası hansı universitetlərdə var?

Sosial iş ixtisası 17 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qərbi Kaspi Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Universiteti və digərləri.

Sosial iş hansı qrupa aiddir?

Sosial iş 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Sosial iş ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda Sosial iş ixtisasına ən aşağı keçid balı 270,1 olub. Ödənişli yerlər 35 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂